Məhkəmə qərarları › İş №2(051)-355/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-355/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-355/2021 25.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil)- X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan, ünvan 1 mənzil 53 ünvanında yerləşən mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) X4 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs cavabdehlə xx xxxxxx 2003-cü il tarixdə Mingəçevir şəhər Nikah evində nikah bağlamaqla evlənmişdir. Evləndikdən sonra cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçmüş və ona məxsus cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Birgə nikahlarından xx.xx.2004-cü il tarixdə Riad, xx.xx.2007cü il tarixdə Sehri adlı uşaqları doğulmuşdur. Hazırda cavabdeh onu və uşaqlarını mənzildən qovmuşdur. Hazırda mübahisəli mənzil xx xxxxxxxx 2003-cü il tarixdən cavabdehin mülkiyyətindədir. O, cavabdehlə evləndikdən sonra həmin mənzildə onunla birlikdə yaşamışdır. Əvvəl münasibətləri normal olmuşdur. Sonradan aralarında narazılıq yarandığından, cavabdeh uşaqları ilə birlikdə onu 2020-ci ilin noyabr ayında mənzildən qovmuşdur. Ona görə də o, qohumlarının evində yaşamaq məcburiyyətində qalmışdır. Hazırda onun yaşayış sahəsinə ehtiyacı vardır. Lakin cavabdeh isə onu və uşaqlarını könüllü olaraq mənzilə buraxmır. Hesab edir ki, onun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ vardır. Ona görə də o, uşaqları ilə birlikdə mənzilə köçürülməlidir. Odur ki, məhkəmədən iddianın təmin olunması haqda qətnamə çıxarılmaısnı xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin bildirdiklərini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Səfərəliyeva (Əhmədova) Vüsalə Namiq qızı arasında xx.xx.2003– cü il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2004–cü il tarixdə Riad, xx.xx.2007– ci il tarixdə Sehri adlı uşaqları doğulmuşdur. Mülki işin materiallarına əlavə edilmiş qanuni qüvvəyə minməmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, xx xxxxxx 2004-cü il tarixli X3 və 2007-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalamaları müəyyən edilmişdir. İşdə olan AR ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********81 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 nömrəli binanın 53 saylı mənzili xx.xx.2003-cü il tarixli, 4Ə-446 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə xx.xx.2007-ci il tarixli, ********* nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx xxxxxx 2003-cü il tarixdə Mingəçevir şəhər Nikah evində nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2004-cü il Riad, xx.xx.2007-cü təvəllüdlü Sehri uşaqları doğulmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra cavabdehin mülkiyyətində olan, ünvan 2 mənzil 53 ünvanında yerləşən mənzilə gəlin köçüb onunla birlikdə yaşamışdır. İddiaçı gəlin köçən vaxt özünə məxsus cehiz əşyalarını da həmin mənzilə yığmışdır. Həmin vaxt cavabdeh iddiaçını ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. İddiaçının Riad və Sehri adlı uşaqları da həmin evdə doğulmuşdur. Sonradan aralarında yaranmış narazılığa görə cavabdeh iddiaçını və uşaqlarını 2020-ci ilin noyabr ayında mənzildən qovmuş, lakin iddiaçıya məxsus cehiz və geyim əşyaları mübahisəli mənzildə qalmışdır. Sonradan iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı 2003–2020–ci illər ərzində həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamışdır. Hazırda cavabdeh iddiaçını və uşaqlarını mübahisəli mənzildən istifadə etmələrinə icazə vermir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında ailə hüquq münasibətləri xx xxxxxx 2003-cü il tarixdən yarandığından mübahisələndirilən hüquq münasibətinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2001–ci il tarixli qərarında göstərilmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Qeyd edilənləri nəzərə alan Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının uşaqlarının cavabdehin mülkiyyətində olan mənzildən ailə üzvü kimi istifadə hüquqları müvafiq olaraq xx.xx.2003-cü, xx.xx.2004-cü və xx.xx.2007-il tarixdən etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Qeyd edilən tarixlərdən mənzildən istifadəyə dair “qazanılmış hüquq”lar onların yaşayış sahəsinə ehtiyacının olduğu müddətcdə qüvvədədir. İddiaçının və onun himayəsində olan uşaqların başqa yaşayış yerlərinin olmadığı və onların mübahisəli mənzildən yaşayış yeri kimi istifadə etmələrinə ehtiyaclarının olduğu məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə iddiaçının tələbini onun qazanılmış hüququndan irəli gələn qanuni gözləntisi olmaqla əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, iddiaçının mübahisəli mənzilə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsizvə etirazsız olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaqlar doğulduğu andan cavabdehin mülkiyyətində olan mübahisəli mənzildə yaşamış, azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli mənzilə köçüb yaşaması onların mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan, ünvan 2 mənzil 53 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuş Riad, xx.xx.2007-ci il tarixdə doğulmuş Sehri adlı uşaqları ilə birlikdə Cavabdeh mülkiyyətində olan, ünvan 2 mənzil 53 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar