Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-359/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı İsa qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Birgə nikah dövründə alınmış, şəhid həyat yoldaşına məxsus avtomobilin və avtomobilin sənədlərinin cavabdeh X1 alınıb ona verilməsi tələbinə» dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsa qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, birgə nikah dövründə şəhid həyat yoldaşı X5 oğlunun adına olan avtomobilin və avtomobilin sənədlərinin cavabdeh X1 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı İsa qızı iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o X5 oğlu ilə xx xxxxxx 2005-ci ildə Mingəçevir Şəhər Qeydiyyatşöbəsində rəsmi nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2006-cı ildə Ömər və xx.xx.2010-cu ildə Turan adlı övladları olmuşdur. Onun həyat yoldaşı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ müharibəsində gedən döyüşlərdə Suqovuşan ərazisində şəhid olmuşdur. Həyat yoldaşı birgə nikah dövründə VAZ 2106 markalı **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. X4 şəhid olduqdan sonra Cavabdeh nə avtomobili nə də avtomobilin sənədlərini ona vermir. Həmin nəqliyyat vasitəsi hal-hazırda Naftalan şəhər Polis Şöbəsindədir. Naftalan şəhər Polis şöbəsinin rəis müavini nəqliyyat vasitəsinin sənədlərini Cavabdeh vermiş, lakin nəqliyyat vasitəsi naftalan şəhər Polis şöbəsindədir. Ona isə bildirilmiş ki, getsin məhkəməyə müraciət etsin və həmin avtomobili və avtomobilin sənədlərini alsın. Məhkəməyə müraciət etmək üçün o Mingəçevir “Asan xidmət” Mərkəzində olmuş ki, vərəsəlik şəhadətnaməsi alsın, lakin avtomobilin sənədləri onda olmadığı üçün ona vərəsəlik şəadətnaməsi verilməmişdir. Ona görədə Məhkəmədən birgə nikah dövründə şəhid həyat yoldaşı X2 adına olan nəqliyyat vasitəsini və sənədlərinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə kifayət qədər məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq sözügedən həmin nəqliyyat vasitəsini satıb oğlunun borclarına yönəldəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də təmin olunmamalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1982-ci il təvəllüdlü X2 atası Cavabdehdur. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2005-ci il tarixdə X4 və İsgəndərova (Rzayeva) Könül İsa qızı arasında nikah bağlanmışdır. İşə əlavə olunmuş xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 VAZ 2103 minik markalı, 10HU739 dövlət qeydiyyat nişanlı 1979-cu buraxılış illi AA257242 seriyalı nəqliyyat vasitəsini X3 1500 manat satmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxxx 2020-ci il tarixdə döyüş meydanında hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr nəticəsində vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları və yuxarıda qeyd edilən qanun normaları müqayisəli şəkildə təhlil edilərkən belə nəticəyə gəlmək olar ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının miras əmlakı kimi iddia qaldırdığı əmlak mübahisəli miras kütləsinə daxildir. Həmçinin sözügedən həmin nəqliyyat vasitəsi ilə bağlı payların müəyyən edilməsi haqqında vərəsə müəyyən edilməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «Birgə nikah dövründə alınmış, şəhid həyat yoldaşına məxsus avtomobilin və avtomobilin sənədlərinin cavabdehdən alınıb ona verilməsi tələbinə» dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-359/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-359/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver