Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-359/2025 02.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı2, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, onunla birgə yaşayan anası Cavabdeh2 və əşyalarının onların mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 №li evin 16 №li mənzilindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 22 avqust 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 42 №li evin 4 otaqlı 16 №li mənzilini onlara – ½ hissədə İddiaçı2, ½ hissədə Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsindəki 16 №-li evin 59 №-li mənzilində qeydiyyatda olan İddiaçı1, hər birilərinə 50 000 manat olmaqla 100 000 manata satmış və onlar da bu mənzili həmin qiymətə almışlar. Tərəflər arasında razılaşdırılmış hesablaşmaya görə alıcılar hər biri Cavabdeh1 ilkin olaraq 30 000 manat, cəmi 60 000 manat pulu notariusun AZ73AİİB410400E**********212 nömrəli "xxxx" ASC-nin Mingəçevir şöbəsindəki depozit hesabı vasitəsi ilə ödəyib, qalıq qalan hər birinə 20 000 manat olmaqla, cəmi 40 000 manat pulu isə nisyə alqı-satqı müqaviləsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçılar həmin qalıq 40 000 manatı öhdəliklərinə müvafiq olaraq notariusun bankda açılan depozit hesabına ödəyib və Mingəçevir şəhəri, H.Əliyev prospektindəki 42 №-li evin 16 №-li mənzili üzərində mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2024-cü il tarixli **********96-05101-093012-reyestr nömrəli dövlət reyestrindən çıxarış almışlar. Aralarında bağlanmış 22 avqust 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 29 noyabr 2024-cü il tarixədək mənzillə əlaqədar məhkəmə mübahisəsinin olmadığına, mənzildən qeydiyyatdan çıxmağına və mənzili tam boşaldıb onlara təhvil verməyinə təminat vermişdir. Odur ki, 01 dekabr 2024-cü il tarixədək öhdəsinə götürdüyü müqavilədən irəli gələn həmin öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh və onunla bir yerdə onların mülkiyyətlərində olan mənzildə yaşayan anası Cavabdeh2 cavabdehə ünvanladıqları yazılı bildirişdən sonra da mənzili könüllü surətdə boşaltmırlar, bununla da onların mənzillərinə köçməyinə mane olurlar və mülkiyyət hüquqularını pozurlar. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 1 saylı ümumi sahəsi 83.35 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 alıcı İddiaçı1 və İddiaçı2 ünvan 1 saylı ümumi sahəsi 83.35 kv.m. olan mənzili tam mülkiyyət üzrə 100000 manata satmışdır. Həmin müqaviləyə əsasən alıcılar Cavabdeh1 ilkin olaraq 30 000 manat, cəmi 60 000 manat pulu notariusun AZ73AİİB410400E**********212 nömrəli "xxxx" ASC-nin Mingəçevir şöbəsindəki depozit hesabı vasitəsi ilə ödəyib, qalıq qalan hər birinə 20 000 manat olmaqla, cəmi 40 000 manat pulu isə nisyə alqı-satqı müqaviləsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdələrinə götürmüşlər. Satıcı Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İddiaçı2 Famil oğlu tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmaq və mənzili boşaldıb onlara təhvil verməyi barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında Cavabdeh1 qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdən Mingəçevir şəhəri, N.ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli 385 №li 2 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, ev 42, mənzil 16 ünvanında yaşayır Anası Cavabdeh2 qeydiyyatda deyil, qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Cavabdeh1 qanayan babasil. Anal çat. Hemorroidentomiya diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xx.xx.2025-ci il tarixdə daxil olmuş və xx.xx.2025-ci il tarixdə çıxmışdır. İşin faktiki halı: ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıların mülkiyyətindədir. Tərəflər arasında qeyd olunan əmlakla bağlı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə mülkiyyət hüququ iddiaçıya keçmiş mənzildən çıxmamışdır. İddiaçı tələbin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmədə iştirak etməmiş və tələblə bağlı etiraz bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdeh2 və Cavabdeh1 hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus mənzildən çıxmaması iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdehlər əşyaları ilə birlikdə qeyd olunan mənzildən çıxarılmalıdır. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan **********96-05101-093012 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-359/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-359/2025
02.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver