Məhkəmə qərarları › İş №2(051)-37/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-37/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-37/2022 20.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi” tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, bank ilə cavabdeh arasında xx.xx.2016-ci il tarixli MF-KL1/13 saylı krediti və girov/ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə illik 20%-lə 60 ay müddətinə 50000 manat məbləğində kredit vermiş və kreditin qaytarılması üçün qrafik tərtib etmişdir. Bundan əlavə kreditin təminatı kimi cavabdeh tərəfindən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və eyni zamanda Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzil girov qoyulmuş və girovun dövlət qeydiyyatı aparılmışdır. Kredit müqaviləsinə görə Cavabdeh1 qrafik üzrə hər ay faizlə birlikdə kreditə görə hesablanmış məbləği ödəmədiyindən 34936 manat əsas, 19054 manat cari faiz, cəmi 53990 manat krdit borcu, 30 manat dövlət rüsumu ipoteka predmetinə tutumanın yönəldlməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsum, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu təşkil etmişdir. Bankın dəfələrlə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh1 tərəfindən ödənilməmiş borcun qaytarılması üçün zəruri tədbirlər görülməmişdir. Ona görə də iddiaçının nümayəndəsi məhkəmədən cavabdehdən İddiaçı ASC-nin xeyrinə 34936 manat əsas, 19054 manat cari faiz, cəmi 53990 manat krdit borcu, 30 manat dövlət rüsumu ipoteka predmetinə tutumanın yönəldlməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsum, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənəsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və eyni zamanda Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi və evin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı izahatında bildirdi ki, evin satılmasın razı deyil. Belə ki, onu yaşayış yeri bu evdir. Maddi imkanı aşağı olduğundan hazırda krediti ödəyə bilmir. Ancaq qısa zamanda borcu hissə-hissə ödəyəcəyinə dair söz verir. Evin ilkin qiymətinin likvid dəyəri ilə razıdırlarş Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank X3 50000 manat krediti almaq üçün illik 20% olmaqla 60 ay müddətinə 50000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Cavabdeh2 ilə xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Cavabdeh3 ilə xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzil kretidin təminatı kimi ipoteka ilə yüklü edilmidir. İş materiallarında olan İddiaçı Acıq Səhimdar Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıqlardan görünür ki, cavabdeh borcun müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və vaxta ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan gorunur ki, ünvan 3 ünvanında yerləşən ev Cavabdeh2 məxsusdur və girov müqaviləsinə əsasən LPO İddiaçı ASC qarşısında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan gorunur ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh3 məxsusdur və girov müqaviləsinə əsasən LPO İddiaçı ASC qarşısında yüklü edilmişdir. Mülki işdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 9/7614 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 banka olan borcu əsas borc üzrə 44,982,11 manat, faiz borcu üzrə 9,121,37 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçı LPO İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lazımi qaydada xəbərdar edilsə də pul öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi ücün onun iştirakcıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. İddiaçının tələbin girov predmetinə yönəldilməsi tələbi əsaslıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestridə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu catışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normalardan çıxış edərək, sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 150 manat məbləğdə ekspertiza xərci cavabdehə aid edilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə, 34936 manat əsas, 9,121,37 manat faiz, cəmi 44,057,37 manat krdit borcu, 30 manat dövlət rüsumu ipoteka predmetinə tutumanın yönəldlməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsum, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən 164,9 kv.m ümumi sahəsi, 99,6 kv.m yardımçi sahədən və 65,3 kvm yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh3 məxsus ünvan 6 ünvanda yerləşən 83,37 kv.m ümumi sahəsi, 22,61 kv.m yardımçi sahədən və 60,76 kvm yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilə yönəldilsin. Mənzillərin ilkin satış qiyməti müvafiq olaraq 50750 (əlli min yeddi yüz əlli) manat və 100250 (yüz iki min iki yüz əlli manat manat müəyyən edilsin. Mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilsin. Satışdan əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutulsun. İş üzrə 150 manat məbləğdə ekspertiza xərci Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar