Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-396/2022 25.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Maraqlı şəxs: Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, mərhum X7 onun əridir. Rövşən Məmmədov ilə birgə nikahlarından Qönçə və Oruc adlı uşaqları doğulmuşdur. X16 Rövşən oğlu 17.10.2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuşdur. Hazırda qızı Qönçə ilə birlikdə yaşayır. Mərhum əri 09.05.2016-ci il tarixdə vəfat etmişdir. Mərhum əri ilə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir. Mərhum əri və oğlu vəfat etdikdən sonra başı qarışmış və miras əmlakın rəsmi qaydada qəbul edilməsi ilə bağlı müraciət edə bilməmişdir. Bundan sonra o, notariat kontoruna müraciət etmiş və mərhum ərindən miras qalmış əmlakı qəbul etmək istədiyini bildirmişdir. Ancaq notariat kontoru tərəfindən ona məhkəməyə müraciət etmək tövsiyyə edimişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 təqdim etdiyi ərizəsində məhkəmə iclası verdiyi izahatında ərizəçinin göstərdiklərini qəbul etdi və əlavə olaraq göstərdi ki, mərhum atasından miras qalmış mənzil anası tərəfindən faktiki olaraq tam şəkildə qəbul edilmişdir. Belə ki, miras açılan gündən anası həmin mənzildə yaşamaqla mirasın qorunub saxlanmasını və idarə edilməsini təmin etmişdir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə ərizəçi 17.01.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasınada iştirak edə bilməyəcəyinə görə işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 9496 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 28.11.2001-cı il tarixdə X5 adına mülkiyyət hüququ əsasında 4740a nömrəli reyestrdə qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 803471 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 oğlu 09.05.2016-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 05/Q-673/15 saylı məktubdan görünür ki, X5 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 12.05.2016-ci il tarixli 280 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri ünvan 1 qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 05/Q-673/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 14.04.1963-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 17.12.2021-ci il tarixədək aparılmış və xx.xx.1964-cü il tarixdə doğulmuş arvadı Ərizəçi, 06.10.1989-cu il tarixdə doğulmuş X6 və xx.xx.1991-ci il tarixdə doğulmuş qızı X8 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan XİV-JQ 460210 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası X7, anası isə Ərizəçi olmaqla xx.xx.1991-cı il tarixdə doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi 04.12.1988-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X8 03.10.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada “Cavadova” soyadı verilmişdir. İşdə olan Mingəçevir regional ASAN xidmət mərkəzi tərəfindən verilmiş AZ-İİ 128158 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 oğlu 17.10.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14.12.2021-ci il tarixli 2372 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən tərəflərin izahatı və digər iş materialları ilə müəyyən edildi ki, 09.05.2016-cı il tarixdə vəfat etmiş X7 Ərizəçi əridir. X1 ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. X2 birinci növbəli qanun üzrə vərəsələri xx.xx.1964-cü il tarixdə doğulmuş arvadı, iş üzrə Ərizəçi, 06.10.1989-cu il tarixdə doğulmuş X6 və xx.xx.1991-ci il tarixdə doğulmuş qızı, iş üzrə maraqlı şəxs X8 olmuşdur. X9 17.10.2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuşdur. Maraqlı şəxs Cavadova (Nəcəfli) Qönçə Rövşən qızı mirasın yalnız ərizəçi tərəfindən qəbul edildiyini, həmçinin miras əmlakdan pay istəmədiyini bildirmişdir. İşin müəyyən edilmiş hallarından da görünür ki, miras açılan vatdan ərizəçi həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, X2 qanun üzrə birinci növbəli vərəsəsi X9 vəfat etmiş, digər qanun üzrə birinci növbəli vərəsəsi, iş üzrə maraqlı şəxs Maraqlı şəxs2 isə mirasdan pay almaq istəmədiyini bildirmişdir. Ona görə məhkəmə hesab edir ki, X4 miras qalmış mənzili yalnız ərizəçi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2 saylı notariat kontorunun 20.11.2001-ci il tarixli 4Ə-2-521 reyestr nömrəli müqaviləsi əsasında verilmiş, 9496 nömrəli Qeydiyyat vəsiqəsi ilə mülkiyyət hüququ 28.11.2001-ci il tarixdə 4740a nömrəli reyestrdə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən mənzilin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-396/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-396/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver