Məhkəmə qərarları › İş №2(051)-397/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-397/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-397/2021 21.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh: Cavabdeh iştirakı ilə, «mənzildən məcburi qaydada çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh və onun az yaşlı övladları – X10 və X5 onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Nəcəf bəy Vəzirov küçəsində yerləşən 14 saylı evin 44 saylı mənzilindən məcburi qaydada çıxarılmaları haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərinin Nəcəf bəy Vəzirov küçəsində yerləşən 14 saylı evin 44 saylı mənzili onun mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. O həmin mənzili xx xxxx 2018-ci ildə X3 alqı-satqı müqaviləsi əsasında almışdır. Buna baxmayaraq o mülkiyyətində olan mənzildən istifadə edə bilmərəm. Belə ki, onun mülkiyyətində olan mənzildə Cavabdeh övladları ilə birlikdə yaşayır. Cavabdeh X13un keçmiş həyat yoldaşıdır. X13 Cavabdeh ilə xx xxxxxxx 2010-cu ildə ailə qurmuşlar. Onların birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. O 2018-ci ildə qeyd olunan mənzili alandan sonra qardaşı və onun ailəsinə mülkiyyətində olan mənzildə müvəqqəti yaşamalarına icazə vermişdir. X13 ilə Cavabdeh münasibətləri pisləşdiyinə görə aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra o cavabdehə ona məxsus mənzildən çıxmasını tələb etmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun mülkiyyətində olan mənzilini boşaltmır. O hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Lakin cavabdeh buna mane olaraq onun mülkiyyət hüququnu pozur. Ona görə də məhkəmədən Cavabdeh və onun az yaşlı övladları – X10 və X5 onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Nəcəf bəy Vəzirov küçəsində yerləşən 14 saylı evin 44 saylı mənzilindən məcburi qaydada çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızı iddia tələbi ilə razı olmadığını bildirmiş və verdiyi izahatında göstərmişdir ki, iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəməyə təqdim olunmuş çıxarışdan görünür ki, 35.5 kv.metr ümumi sahəyə malik Mingəçevir şəhər Nəcəf bəy Vəzirov küçəsi ev 14, mənzil 44-də yerləşən daşınmaz əmlak İddiaçı tam xüsusi mülkiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Texniki-Paspotundan görünür ki, Mingəçevir şəhər Nəcəf bəy Vəzirov küçəsi ev 14, mənzil 44-də yerləşən daşınmaz əmlakın ümumi sahəsi 35.5 kv.metr, yaşayış sahəsi isə 17.3 kv.metrdir. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın ******* saylı, xx.xx.2018-ci il tarixli Alqı- Satqı Müqaviləsindən görünür ki, Mingəçevir şəhər Nəcəf bəy Vəzirov küçəsi ev 14, mənzil 44-də yerləşən ümumi sahəsi 35.5 kv.metr, yaşayış sahəsi isə 17.3 kv.metr, yardımçı sahəsi 15.8 kv.metr olan daşınmaz əmlak satıcı X7 alıcı İddiaçı 15.000 manata satmışdır. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən məcburi qaydada çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan mənzilin özünə məxsus olduğuna əsaslanaraq cavabdehlərdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı xx xxxx 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehlərin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X4 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhərinin Nəcəf bəy Vəzirov küçəsində yerləşən 14 saylı evin 44 saylı mənzili İddiaçı oğlunun adına xx xxxxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydə alınmışdır. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddiaçı oğlunun Cavabdeh qızına qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh və onun az yaşlı övladları X10 və X1 Cəmil Famil oğlunun mülkiyyətində olan, Mingəçevir şəhəri N.B.Vəzirov küçəsində yerləşən 14 saylı evin 44 saylı mənzilindən məcburi qaydada çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar