Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-397/2025 04.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla hüquqi faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri rezin məmulatları zavodunun “Şəfəq” kollektiv bağçılığının adlı siyahısında göstərilən X6, ölüm haqqında şəhadətnamədə göstərilən Ərizəçi Misir oğlu ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 102 nömrəli qərarı ilə xx.xx.1980-cı ildə X16 zavoduna bağçılıq üçün ayrılmış 7,6 ha torpaq sahəsindən 0,06ha hissəsi mərhum atası Ərizəçi Misir oğluna verilmişdir. Mərhum atası Ərizəçi Misir oğlu xx.xx.1999-cu ildə vəfat etmişdir. X1 arvadı X7 mərhum atası Ərizəçilə birgə X14 zavodunda işləmişlər. Mingəçevir şəhər Texniki Rezin ASC Həmkarlar İttifaqının xx.xx.2011-ci il tarixli 06/07 saylı arayışına əsasən məlumdur ki, mərhum atasına məxsus torpaq sahəsi 1984-cü il tarixdən həmin zavodda işləmiş qardaşı arvadı Qaraxanım Mustafayevin adına xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol ilə keçirilmişdir. Qaraxanım Mustafayeva torpaq sahəsini rəsmiləşdirmək üçün müraciət etdikdə öz adının “Şəfəq” kollektiv bağçılığının adlı siyahısında qeyd edilmədiyini, mərhum atası Ərizəçi Misir oğlunun adının isə Mingəçevir şəhər texniki rezin məlumatları zavodunun “Şəfəq” kollektiv bağçılığının adlı siyahısında “X15” kimi qeyd edilməsi göstərilmişdir. Qeyd olunan adlı siyahıda göstərilən “X15” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi Misir oğlu” adları arasında uyğunsuzluq olmuşdur. Halbuki, sözügedən adlı siyahıda “Bəhlul Misir oğlu” adları “Bəhman Misir oğlu” kimi yazılmalı idi. Göstərilən səhv yazılma onların hüquqlarını pozur və torpağa mülkiyyət sənədinin, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Ərizəçi məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1961-ci il tarixdə Ərizəçi Misir oğlunun oğludur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 408360 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Misir oğlu xx.xx.1999-cu il tarixdə ağ ciyər ürək çatmamazlığı xərçəng intoksikasiyası səbəbindən ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Mingəçevir şəhəri X14 zavodunun “Şəfəq” kollektiv bağçılığının adlı siyahısında mərhum Ərizəçi Misir oğlunun adı X3 qeyd edilmişdir. Nəzərə çatdırır ki, hüquq subyektlərinin adı, atasının adı və ya soyadında hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyəinə aid deyil. İşdə olan Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS icraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərarı ilə TRM zavoduna bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli 161 saylı sərəncamından çıxarışdan görünür ki, təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüuqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir. İşdə olan “X17” Açıq Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqı Komitəsinin 06/07 saylı, xx.xx.2011-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçının atasına məxsus torpaq sahəsi 1984-cü il tarixdən həmin zavodda işləmiş qardaşı arvadı Qaraxanım Mustafayevin adına xx.xx.2007-ci il tarixli 06 nömrəli protokol ilə keçirilmişdir. İşdə olan 22 iyun 2007-ci il tarixli TRASC HİK-nin 06 №-li protokoldan çıxarışdan görünür ki, Şəfəq –İ bağçılığındakı 108 №-li yerin sahibi Mustafayev Bəhlul rəhmətə getdiyi üçün həmin torpaq sahəsi onun gəlini X2 adına keçirilmişdir. İşdə olan “X17” Açıq Səhmdar Cəmiyyətinin “Şəfəq” Bağçılıq Kollektivi tərəfindən verilmiş 22 iyun 2007-ci il tarixli 108 nömrəli sahənin pasportundan görünür ki, X4 20 əkilmiş ağacı olan 0.06 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi ərizəçinin atası Ərizəçi Misir oğluna Mingəçevir şəhər XDS icraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərarı ilə TRM zavoduna bağçılıq üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi “Şəfəq” kollektiv Bağçılığındakı siyahıya ərizəçinin atası daxil edilmişdir. Lakin həmin sənəddə Ərizəçi Misir oğlunun adı səhvən “Bəhlul” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər XDS icraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərarı ilə TRM zavoduna bağçılıq üçün 0.06 ha torpaq sahəsi torpaq sahəsi ərizəçinin atasına verilmişdir. Bu səbəblə həmin 0.06 ha torpaq sahəsi Ərizəçi Misir oğluna məxsusdur, həmin sənəddə yazılmış “X10” nun adı “Ərizəçi Misir oğlu” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən “Şəfəq” kollektiv bağçılığının adlı siyahısı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin “Şəfəq” kollektiv bağçılığının adlı siyahısındakı “X10” kimi qeyd edilmiş şəxsin əslində atası Ərizəçi Misir oğlu olmasını sübuta yetirmək üçün məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhəri rezin məmulatları zavodunun “Şəfəq” kollektiv bağçılığının adlı siyahısında göstərilən “X10”nun ölüm haqqında şəhadətnamədə göstərilən Ərizəçi Misir oğlu ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-397/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-397/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver