Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-398/2021 18.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bidirdi ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən 3/1 №-li evin 38 №-li mənzili iddiaçının mülkiyyətindədir və bu barədə iddiyaçıya Qeydiyyat vəsiqəsi verilmişdir. X10 iddiaçının qızıdır. İddiaçının qızı Müşgünaz 1990-cı ildən işləmək üçün Rusiya Federasiyasına getmişdir. Cavabdeh Rusiyada ailə qurmuş və hazırdada ailə üzvləri ilə birlikdə orada yaşayır. Cavabdeh 1990-cı ildən iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də iddianın təmin olunmasını, cavabdeh X3 Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən 3/1 №-li evin 38 №-li mənzilinə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasışı xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməməiş, məhkəməyə ərizə göndərərək iddia tələbini qəbul etdiyini, Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən 3/1 №-li evin 38 №-li mənzilinə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. X5 məhkəmə iclasında izahatında bildirdi ki, 2008-ci ildən 3 №li MİS-də nəzarətçi işləyir. İddiaçı qızı Xanımnazla yaşayır. İddiaçının qızı Müşgünaz isə həmin evdə yaşamasını görməmişdir. Mingəçevir şəhəri İ.Qayıbov küçəsi, 3/1 №-li evin 38 №-li mənzil MİS-ə yaxın məsafədə yerləşdiyinə görə iddiaçının ailə üzvlərini yaxından tanıyır. Şahid İbrahimova Hicran Lətif qızı məhkəmə iclasında izahatında bildirdi ki, 1994-cü ildən MİS-də işləyir. Müşgünazı heç vaxt görməmişdir. Məleykə xala yalnız qızı Xanımnazla yaşayır. X7 məhkəmə iclasında izahatında bildirdi ki, 10 ildən çoxdur ki, iddiaçı ilə qonşudur. Müşgünazı Məleykə xalanın yaşadığı evdə görməmişdir və cavabdehi tanımır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, toplanmış materialı araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 11 № li evin 38 № li mənzili xx xxxxxxxx 2001-ci ildə İddiaçı adına qeydiyyata almışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, ünvan 11 № li evin 38 № li mənzili İddiaçı mülkiyyətindədir, mənzildə 4 nəfər, o cümlədən cavabdeh X6 qeydiyyatdadırlar. İşdə olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı qızı X6 1990-cı ildən Rusya Federasiyasına işləmək üçün getmişdir. X1 şəhəri İ.Qayıbov küçəsi 3/1 № li evin 38 № li mənzilində qeydiyyatda olmasına baxmayaraq 1990-cı ildən həmin ünvanda yaşamır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 11 № li evin 38 № li mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh Müşgünaz İmanova iddiaçının qızıdır. 1990-cı ildə cavabdeh Rusiya Federasiyasına getmiş və həmin vaxtdan Rusiya Federasiyasında yaşayır. Cavabdeh məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razlığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam veridiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya odənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdeh X3 iddiaçının mülkiyyətində olan ünvan 11 № li evin 38 № li mənzilinə kompensasiya verilmədən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh X3 ünvan 11 № li evin 38 № li mənzilinə kompensasiya verilmədən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-398/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-398/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver