Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-398/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, JN- 459F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara yəni Ərizəçi, X1 və X2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, hal-hazırda Mingəçevir şəhəri Koroğlu küçəsi ev 58/42 ünvanda yaşayır. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.13 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi onlara məxsusdur. Bununla bağlı onlara “JN-459F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədədə göstərildiyi kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.13 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmiş, şəhadətnamə isə 2084 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə göstərilən “Hənifə Camal qızı” və “ E”tibar ” adları ilə şəxsiyyət vəsiqəsindəki “Qənifə Cəlil qızı” və “Etibar” adları arasında uyğunsuzluq olmuşdur. Halbuki, sözügedən şəhadətnamədə “Hənifə Camal qızı” və “ E”tibar ” adları “Qənifə Cəlil qızı” və “Etibar” kimi yazılmalı idi. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yalnışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarımızı məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də JN-459F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara yəni Ərizəçi, X1 və X2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəçinin izahatına uyğun izahat verərək ərizə tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadıtnamələrin surətlərindən görünür ki, Ərizəçi 12.03.1970-ci ildə, X5 isə 28.05.1971-ci il anadan olmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X6 12.06.2006-cı ildə, X4 isə 01.06.2012-ci ildə ölmüşdür. İşə əlavə olunmuş DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi 03 dekabr 2021-ci il tarixli, **********48 nömrəli məktub ilə bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-459A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hər hansı bir düzəlişin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 23.1 maddəsində qeyd edildiyi kimi Qeydiyyat Orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq Dövlət Reyestr Daşınmaz Əmlaka hüquqların qeydiyyatını dəqiqiliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.13 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi ərizəçi və onun ailə üzvlərinə məxsusdur. Bununla bağlı onlara “JN-459F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədədə göstərildiyi kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.13 hektar torpaq sahəsi ərizəçi və ailə üzvlərinin mülkiyyətinə verilmiş, şəhadətnamə isə 2084 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə göstərilən “Hənifə Camal qızı” və “ E”tibar ” adları ilə şəxsiyyət vəsiqəsindəki “Qənifə Cəlil qızı” və “Etibar” adları arasında uyğunsuzluq olmuşdur. Halbuki, sözügedən şəhadətnamədə “Hənifə Camal qızı” və “ E”tibar ” adları “Qənifə Cəlil qızı” və “Etibar” kimi yazılmalı idi. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-459F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X1 və X2 olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materialları və bununla bağlı qanunvericilik aktları müqayisəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilən və yuxarıda qeyd edilən hər 3 hall mövcuddur. Ona görə də ərizə tələbinin təmin olunması qanunla mümkündür. Bundan əlavə məhkəmə iclasında ərizəçi tərəfindən təqdim edilmiş sübutlar mötəbər sübut kimi qəbul edilmiş və bu sübutları istisna edəcək heç bir hall müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: Ərizə tələbi təmin edilsin. JN-459F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X1 və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-398/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-398/2022
20.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver