Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-399/2022 11.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı Doğumun qeydə alınması faktının müəyyən olunması barədə ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi Qədirov X* şəxs Maraqlı şəxsnə qarşı Doğumun qeydə alınması faktının müəyyən olunması barədə qətnamənin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Maraqlı şəxsnə qarşı Doğumun qeydə alınması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, ərizə Ərizəçi etibarnamə üzrə nümayəndəsi kimi qeyd olunmuş X2 adlı şəxs tərəfindən imzalanmışdır. Məhkəmə belə hesab edir ki, ərizənin X2 adlı şəxs tərəfindən imzalanması zamanı MPM-in 69.*-*-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin mənasından da görünür ki, ərizəçinin məhkəmədə nümayəndəsi yalnız yaxın qohumu və ya vəkil ola bilərdi. Lakin məhkəmə işin faktiki hallarını araşdırarkən məlum olmuşdur ki, ərizəçi ilə etibarnamə üzrə nümayəndəsi arasında hər hansı yaxın qohumluq faktını müəyyən edən sənəd işə əlavə olunmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.*-*-ci maddəsinə əsasən Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 7*-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49.*-ci maddələrinə əsasən iddia ərizəsi Ərizəçi və ya buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5*.*-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət etməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.*.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Həmçinin, izah edilməlidir ki, MPM-nin *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı Doğumun qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-399/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-399/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver