Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-400/2024 20.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən onun torpaq sahəsinin qarşısını kəsən və yolun mühafizə zolağında yerləşən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi və ona məxsus torpaq sahəsinə olan gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən onun torpaq sahəsinin qarşısını kəsən və yolun mühafizə zolağında yerləşən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi və ona məxsus torpaq sahəsinə olan gediş gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsinin və vəkilinin ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1 və 170.2, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir şəhər Bələdiyyəsinə qarşı cavabdehlər tərəfindən onun torpaq sahəsinin qarşısını kəsən və yolun mühafizə zolağında yerləşən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi və ona məxsus torpaq sahəsinə olan gediş gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş cəmi 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-400/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-400/2024
20.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver