Məhkəmə qərarları › İş №2(051)-407/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-407/2021

16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-407/2021 16.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildə yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan, Mingəçevir şəhərinin M.Maqomayev küçəsində yerləşən 52 saylı evin 12 saylı mənzilində yaşayış hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhərinin M.Maqomayev küçəsindəki 52 saylı evin 12 saylı mənzili onun mülkiyyətindədir və bu barədə ona qeydiyyat vəsiqəsi verilmişdir. X1 xx xxxx 2001-ci ildə Cavabdeh Kamal qızı ilə nikahlarını bağlamışlar. Onalrın birgə nikahlarından övladları olmamışdır. X8 ilə Cavabdeh münasibətləri pisləşdiyinə görə aralarındaki nikah Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə köçürülməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının onun mülkiyyətində olan mənzilə köçürülməsi və yaşayış hüququnun verilməsi qət edilmişdir. Lakin Cavabdeh 2002-ci ildən sözügüdən mənzildən çıxıb getmiş və bir daha orada yaşamamışdır. Onda olan məlumata əsasən Cavabdeh yenidən ailə qurmuş və özünə məxsus mənzildə yaşayır. Bundan başqa cavabdehin onun mülkiyyətində olan mənzildə istifadə hüququnun olması onun mülkiyyət hüququnu pozur. Məhkəmədən Cavabdeh onun mülkiyyətində olan Mingəçevir şəhərinin M.Maqomayev küçəsində yerləşən 52 saylı evin 12 saylı mənzilində yaşayış hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirmiş və verdiyi izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər Asan Xidmətin ******* saylı arayışından görünür ki, Qarayeva X2 şəhərinin M.Maqomayev küçəsindəki 52 saylı evin 12 saylı mənzilində yaşayır. Mülki işə əlavə olunmuş xx xxxxxx 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1 saylı notariat kontorunun xx xxxxxx 2000-ci il tarixli, 3M3-476 saylı müqaviləsi əsasında Mingəçevir şəhərinin M.Maqomayev küçəsindəki 52 saylı evin 12 saylı mənzili İddiaçı verilmişdir. Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhəri Mənzil Təsərrüfat və Abadlaşdırma idarəsinin xx.xx.2020-ci il tarixli AKT-ından görünür ki, Cavabdeh M.Maqomayev küçəsindəki 52 saylı evin 12 saylı mənzilində pasport qeydiyyatında olmasna baxmayaraq uzun müddədir ki, həmin mənzildə yaşamır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh (Məmmədova) arasında yaranmış hüquq münasibətləri mənzildə yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı xx xxxx 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas vermir. Sübutlar işə aid olmamaqla iddia üzrə iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlmir. Onlar arasında ziddiyyət vardır. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, Cavabdeh sözügedən mənzildə uzun müddətdir qeydiyyatdadır. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh Mingəçevir şəhərinin A.Məmmədov küçəsindəki 52 saylı evin 12 saylı mənzilindən yaşayış hüququna xitam verilməsi və onun mənzildən çıxarılması üçün heç bir əsas yoxdur. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə işin hallarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin olunmasın. İddiaçı Cavabdeh qarşı mənzildən yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar