Məhkəmə qərarları › İş №2(051)-409/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-409/2023

18.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-409/2023 18.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh və nəvəsi X5 Mingəçevir şəhəri M.Maqomayev prospekti 48 saylı evin 7 saylı mənzilindən istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə yaşayır. Həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi tərəfindən verilmiş 31 iyul 2007-ci il tarixli 7 saylı “Orderə” əsasən İddiaçı Osabəli oğluna və ailə üzvləri olan Qarayeva Zemfıra, Qarayeva Sima və Qarayeva Samirə verilmişdir. Mənzil bir otaqlıdır. Həmin vaxtdan da, indiyə kimi ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşayırlar. O, hərbi qulluqçu olduğuna görə qeyd edilən mənzil ona verilmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və müharibə veteranı kimi Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edir. Cavabdeh keçmiş gəlinidir. Belə ki, oğlu X10 ilə 17 mart 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşalar. Birgə nikahlarından X8 adlı bir övladları var. Münasibətləri pozulduğundan Tərtər rayon məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Cavabdeh və nəvəsi X8 mənzildə qeydiyyatdadırlar. Mingəçevir Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən X2 və X1 şəhəri M.Maqomayev pr, ev 48, mənzil 7 ünvanında qeydiyyatdadırlar. Lakin Aysel mənzildə qeydiyyatı olsa da, bir gündə olsun həmin mənzildə yaşamamışdır. Çünki oğlu Samir hərbi qulluqçu olduğundan toylarından sonra arvadını özü ilə aparmış və onlar əvvəlcə Biləsuvar rayonunda olan hərbi hissəyə aid olan şəhərcikdə, sonra isə Göytəpədə yerləşən hərbi şəhərcikdə birlikdə yaşamışlar. Hazırda, da onun cehiz əşyaları həmin evdədir. Onun qeydiyyatı isə yalnız sənəd üzərindədir. Dəfələrlə müraciət etsə də, o, könüllü olaraq mənzildən qeydiyyatdan çıxmır. Ona görə də Cavabdeh Mingəçevir şəhəri M.Maqomayev prospekti 48 saylı evin 7 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək digər cavabdeh X5 cavabdeh siyahısından çıxarılmasını və Cavabdeh Mingəçevir şəhəri M.Maqomayev prospekti 48 saylı evin 7 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. İşə əlavə olunmuş Tərtər rayon məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(051)- 32/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X10 arasında olan X11 qeydə alınmış 17 mart 2017-ci il tarixli 71 saylı nikah qeydinin pozulması qət edlmişdir. İşə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, ünvan 3 ünvanda X12. X9, X2, X7 və X10 qeyd olunan mənzildə qeydiyyatda olan digər şəxslərdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi tərəfindən verilmiş 31 iyul 2007-ci il tarixli, 7 saylı orderdən görünür ki, Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən 1 otaqdan ibarət 7 saylı evin, 48 saylı mənzili İddiaçı verilmişdir. Orderdə iddiaçının yoldaşıZemfira, qızı Sima, oğlu Samirın adları qeyd olunmuşdur. İşdə olan Qarabağ müharibəsi əlilləri, veteranları, və şəhid ailələri ictimai birliyinin MV № 007860 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan 18 fevral 2023-cü il tarixli, 821 saylı vətəndaşların mənzillərdə yaşayıb yaşamaması haqqında aktdan görünür ki, Qarayeva X3 şəhəri M.Maqomayev küçəsi bina 48, mənzil 7 ünvanında qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Tərəflər arasında yaranan hüquq münasibətləri 2009-cu ildən sonra, yəni 2011-ci ildən əmələ gəldiyindən və mübahisəli ev orderlə iddiaçıya məxsus olduğundan hazırkı mübahisəyə qanunun analogiyası tətbiq edilməklə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına əsasən hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının orderlə verilmiş mənzilə gözlənilən mülkiyyət hüququnun olması onun hazırki iddia tələbini irəli sürmək hüququnu istisna etmir . AR Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən mənzilə istifadə hüququnun mövcud olmasının (yəni bu hüquq əsasında istifadə hüququna xitam verilməsi) sübutetmə yükü iddiaçının, lakin həmin mənzildə istifadə hüququnun olmasının sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olmadığı qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlamır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlmir. Onlar arasında ziddiyyət olduğu aşkar edilmişdir. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, Cavabdeh 17 mart 2017-ci il tarixdə İddiaçı oğlu ilə rəsmi nikah qeyd edirməklə ailə qurmuşdur. Cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra iddia tələbində qeyd olunan və iddiaçı tərəfindən mübahisələndirilən ünvan 5 ünvanında qeydiyyata alınsa da, orada yaşamamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan mənzil order əsasında İddiaçı verilmişdir. İddiaçının keçmiş gəlini Cavabdeh həmin mənzildə qeydiyyatda olsa da iddiaçının izahatına və təqdim edilmiş akta əsasən həmin mənzildə yaşamamışdır. Sözü gedən mənzil qanunun tələbindən də görünür ki, xüsusi təyinatlı mənzil hesab olunur və həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsində qeyd olunduğu kimi ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmçinin Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə görə Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.3.2-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarımın yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.1-ci maddəsinə görə xidməti» yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə görə Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə/ dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi – cavabdeh həmin mənzildə yaşamadığından və onun həmin mənzilə istifadə hüququnun mövcud olmadığından ona xitam verilməsi tələbi də təmin edilməməlidir. Cavabdehin istifadə hüququnun olmaması Mingəçevir şəhəri M.Maqomayev prospekti 48 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət e t d i : İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun xitam verilməsinə dair iddia tələbi təmin olunmasın. Hazırkı qətnamə Cavabdeh Mingəçevir şəhəri M.Maqomayev prospekti 48 saylı evin 7 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh 100 azn məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar