Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-411/2023 17.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, doğum qeydinin bərpasına dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi doğum qeydinin bərpasına dair məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, məlum hadisələrlə əlaqədar 1988-ci ildə Ermənistan Respublikasının Amasiya rayonundan Azərbaycana gəlmiş və Mingəçevir şəhərində yaşamışdı. xx.xx.1992-ci ildə X13 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1993-cü ildə X20 adlı oğlu anadan olmuşdur. Əri X1 Hərbi Komissarlığı tərəfindən məlum hadisələrlə əlaqədar Qarabağa göndərilmiş və 1-ci Qarabağ müharibəsində iştirak edərək Laçın, Ağdərə istiqamətlərində ağır yaralanmış və hərbi hospitalda uzun müddət müalicə aldıqdan sonra ona 2-ci qrup əlillik verilmişdir. X6 xx.xx.2018-ci ildə vəfat etmiş, bundan sonra onun doğum haqqında şəhadətnaməsi naməlum şəkildə itmişdir. Belə ki, X13 xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş və doğum haqqında şəhadətnaməsi Amasiya rayonunun qeydiyyat şöbəsindən alınmışdır. Hazırda həmin sənədin başqa cür əldə edilməsi mümkün deyil. Arxiv sənədləri Ermənistan Respublikasının Amasiya rayonunda yerləşir. Bu barədə Maraqlı şəxsnə X5 doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə müraciət etmiş, həmin sənədin əvvəllər olmasını təsdiq edən digər sənəd təqdim edilmədiyindən sənədin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi ona izah edilmişdir. Hazırda həmin doğum haqqında aktın qeydə alınması barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacım vardır. Ona görə də ərizəsinin təmin olunmasını, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, xx.xx.2018-ci ildə vəfat etmiş X5 doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum akt qeydində X5 xx.xx.1971-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulması, soyadı Məmmədov, adı Kamran, ata kimi X10, “ana” kimi X8 yazılması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X3 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, Kamran onun əmisi oğludur. Kamran Məmmədov xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, xx.xx.2018-ci ildə vəfat etmişdir. X4 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı Kamranın arvadıdır. Qardaşı Kamran həqiqətən də xx.xx.1971-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. Onlarn atasıX10, anası X2r. Qardaşı Kamranın doğum haqqında şəhadətnaməsi var idi. Sonra naməlum şəraitdə itmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi arasında olan nikah 26 fevral 1992-ci ildə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 1993-cü il təvəllüdlü X14 atası X12, anası Ərizəçidır. İşə əlavə edilmiş şəxsyyət vəsiqəsinin surətindən görünür ki, X12 05 may 1971-cı ildə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 oktyabr 2018-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 fevral 2018-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 avqust 2018-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-563/15 №-li 08 dekabr 2022-ci il tarixli arayışda göstərilir ki, xx.xx.1971-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş X12 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və arvadı Ərizəçi(xx.xx.1970), oğlu X20 (xx.xx.1993) aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Polis şöbəsindən verilmiş 13 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2002-ci il tarixdən, vəfat edənədək ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçinin əri X12 Ermənistanda anadan olmuş, məlum hadisələrlə bağlı sonra valideynləri ilə Azərbaycan Respublikasına köçmüşlər. Kamran Məmmədov xx.xx.1971-ci ildə doğulmuş, ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonra doğum haqqında şəhadətnamə itmişdir. Kamran Məmmədov 2018-ci ilin oktyabr ayında vəfat etmişdir. Ərizəçiyə və birgə nikahdan doğulmuş uşağa mərhum Kamran Məmmədovun doğum haqqında şəhadətnaməsi zəruridir. Lakin hazırda həmin sənədin başqa cür əldə edilməsi mümkün deyil. Ona görə də ərizə təmin olunmalı, X5 doğum haqqında akt qeydi bərpa edilməli, doğum akt qeydində onun xx.xx.1971-ci ildə Ermənistanın Amasiya rayonunda doğulması, soyadı Məmmədov, adı Kamran, “ata” kimi X10, “ana” kimi X11 yazılmalıdır. Faktın müəyyən edilməsi ərizəçinin mərhum əri X9 doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. X5 doğumunun qeyd edilməsi, doğum akt qeydində xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması, soyadı Məmmədov, adı Kamran, “ata” kimi X10, “ana” kimi X8 qeyd olunması faktı müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-411/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-411/2023
17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver