Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-413/2023 06.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, atası X2 ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Atası xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Anası isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə 4 uşaq olmuşlar. Maraqlı şəxslər ailələri ilə birlikdə müxtəlif ünvanlarda yaşayırlar. O, isə qeyd olunan miras əmlakı qəbul edərək ondan ardıcıl surətdə istifadəni davam etdirir. Beləliklə, o miras əmlakı faktiki olaraq qəbul etmiş və hazırda həmin əmlaka faktiki sahiblik edir, idarəçiliyi və digər saxlanılma işlərini həyata keçiririr. Bacı və qardaşları ilə heç bir mübahisələri yoxdur. Onlar da buna razıdırlar. Yəni atasının ondan başqa üç qanuni vərəsələri vardır. Onlar miras əmlakı qəbul etmədikləri və miras əmlakla bağlı heç bir tələbləri olmadığı və gələcəəkdə olmayacağı barədə rəsmi ərizə təqdim etmişlər. Mirasın qəbulu və miras şəhadətnaməsinin verilməsi ilə bağı digər vərəsələr arasında heç bir mübahisə yoxdur. O, miras əmlakla bağlı notariusa müraciət etmiş, ona məhkəməyə müraciət etməyi barədə cavab verilmişdr. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onun tərəfdən qəbul olunması faktı müəyyən edilməlidir. Həmin faktı başqa qaydada təsdiq etmək mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, mərhum atası X2 miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi 38 saylı evin 41 saylı mənzilinin bütövlükdə yalnız onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Atasından Mingəçevir şəhəri N.Nərimanov küçəsi 38 №-li evin 41 №-li mənzili miras qalmışdır. Həmin mənzildən bacısı Tərgül istifadə edir, mirası ancaq bacısı Tərgül qəbul etmişdir. O, atasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi onun bacısıdır. Atasından Mingəçevir şəhəri N.Nərimanov küçəsi 38 saylı evin 41 saylı mənzili miras qalmışdır. Həmin mənzildən bacısı Tərgül istifadə edir, mirası ancaq bacısı Ərizəçi qəbul etmişdir. O, atasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs3 İsmyıl oğlu məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, Ərizəçi onun bacısıdır. O, atasından qalmış mirası qəbul etməmşdir. Mirasın bacısı Tərgül tərəfindən qəbul olunmasına etiraz etmir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə 1994-cü ildən qonşudur. Tərgül atası İsmayıl kişinin vəfatından sonra atasından miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi 36 №-li evin 41 №-li mənzildə yaşayır. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə 1996-cı idən qonşudur. İsmayıl kişi vəfat edəndən sonra ondan miras qalmış N.Nərimanov küçəsi 36 №-li evin 41 №-li mənzidə ancaq Tərgülün yaşadığını görmüşdür. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 38 mənzil 48-də yaşayır, ərizəçi və onun atası İsmayıl kişi ilə 1994-cü ildən qonşudur. İsmayıl kişi vəfat edəndən sonra ondan miras qalmış mənzidə Tərgül yaşayır. Məhkəmə ərizəçini, şahidləri, maraqlı şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 38 №-li evin 41 №-li mənzili 08 sentyabr 1994-cü ildə mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 iyul 2018-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 oktyabr 2020-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 11 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 15 dekabr 2022-ci il tarixli 05/Q- 578/15 №-li arayışdan görünür ki, X3 vərəsələri arvadı X14, uşaqları Maraqlı şəxs2, Maraqlı şəxs3, X8,Maraqlı şəxs4dur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 1976-cı il təvəllüdlü Maraqlı şəxs2, xx xxxxxx 1973-cü il təvəllüdlü Maraqlı şəxs4, xx xxxxxxxx 1967-ci il təvəllüdlü X8 qızı, 13 yanvar 1970-ci il təvəllüdlü Maraqlı şəxs3 valideynləri X7 və X9r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edildi ki, Ərizəçi miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, vərəsələrdən yalnız Ərizəçi atasından miras qalmış Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 38 №-li evin 41 №-li mənzilinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 miras qalmış Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 38 №-li evin 41 №-li mənzilinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X2 miras qalmış, Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 38 №-li evin 41 №-li mənzilinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə mirası bütövlükdə yalnız onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsi 38 №-li evin 41 №-li mənzilin bütövlükdə yalnız vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-413/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-413/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver