Məhkəmə qərarları › İş №2(051)-418/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-418/2022

18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-418/2022 18.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, Ərizəçi 23 iyul 1974-cü ildə Əsgəran rayonu, Aranzamin kəndində doğulmuşdur. 1978-ci ildə Mingəçevir şəhərinə köçmüşlər. 1993-cü ildə SSRİ pasportu almışdır. Bir vaxt diqqət etdikdə görmüş ki, pasportunda doğum tarixi səhv yazılıb. Yəni 1974-cü il oduğu halda, 1971-ci il yazılmışdır. Halbu ki o, 23.*7.1974-cü ildə doğulmuşdur. Bununla bağlı o, Qeydiyyat Şöbəsinə müraciət etdiyi zaman naməlum şəraitdə doğum haqqında şəhadət naməsini də itirmişdir. O, doğum haqqında şəhadətnaməsini qaçqınlıq dövründə naməlum şəraitdə itirmişdir. Hal-hazırda istəyir ki, məhkəmə yolu ilə doğum tarixi bərpa edilsin, ona yeni doğum haqqında şəhadətnamə verilərək, təvəllüdü 23.*7.1974-cü il yazılsın. Ona görə də məhkəmədən onun, yəni Ərizəçi 23.*7.1974-cü il tarixdə Əsgəran rayonu Aranzamin kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 1.1-ci maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.*.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. Həmin Qanunun 2.*.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2**7-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələrinin qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati-prosessual xarakter daşıdığından, inzibati məhkəmələrdə mübahisələndirilməlidir. Ərizədən də görünür ki, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair ilkin olaraq Maraqlı şəxsnə müraciət etmiş, lakin ərizəçinin müraciətinə imtina edildiyi üçün mülki mühakimə icraatı qaydasında Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, tələb məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən, yəni şəxsiyyət vəsiqəsi və digər sənədlərdən də aydın görünür ki, ərizəçinin tələb etdiyi hüquqi faktlar rəsmi sənədlərlə müəyyən olunmuşdur və məhkəmə qaydasında fakt təsdiqi kimi müəyyən olunmasına ehtiyac yoxdur. İkinci növbədə məhkəmə ərizəçinin izahatını və tələbini və iş materiallarını müqayisəli şəkildə nəzərdən keçirib hesab edir ki, hazırkı iş üzrə ərizəçinin tələbi doğum akt qeydində dəyişiklik edilməsi olmuşdur. Belə ki, ərizənin mətnindən və ərizəçinin məhkəmədə verdiyi izahatından da görünür ki, ərizəçi doğum akt qeydində düzəliş edilərək xx.xx.1971-ci il doğulma tarixini 23.*7.1974-cü il tarixlə əvəz edilməsini xahiş edir. Həmin işlərə baxma səlahiyyəti ümumi məhkəmələrin deyil, inzibati icraat qaydasında işlərə baxan məhkəmələrin səlahiyyətindədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 37-ci («Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi») fəsli «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2*13-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2**9-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair mülki iş Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Ərizəçi hazırkı iş üzrə səlahiyyətli İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.*.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.3-ci maddəsinə əsasən Bu Məcəllənin 261.*.1ci və ya 261.*.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.*.1,263-264-cü maddələrini rəhbər tutub məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi hazırkı iş üzrə səlahiyyətli İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 1* gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar