Məhkəmə qərarları › İş №2(051)-42/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-42/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-42/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Cavabdeh3 iştirakı ilə, İddiaçı: “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək: 1.Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 5739.44 manat məbləğində kredit borcu, 1845.23 manat məbləğində faiz borcu və 3336.54 məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10921 (on min doqquz yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumununvə 20 manat xidmət haqqının tutulması;

2. ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilin açıq hərracdan satılması, 10921 (on min doqquz yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; 3.Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması;

4. ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1, Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onun həmin mənzildən çıxarılmasına, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı «xxxx» QSC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli 015L**********19 saylı uzunmuüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli 015R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015ci il tarixli 015R**********S saylı, xx.xx.2016-cı il tarixli 015R**********SA saylı, xx.xx.2018-ci il tarixli 015R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11260.56 manat ödəmiş, onun 5739.44 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 170 gün üçün hesablanmış faiz borcu 1845.23 manat təşkil edir. Kred razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 170 gün üçün hesablanmış cərimə 3336.54 manat təşkil edir. Lakin, onlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişlər. Qeyd olunanlara əsasən: 1.Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 5739.44 manat məbləğində kredit borcu, 1845.23 manat məbləğində faiz borcu və 3336.54 məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10921 (on min doqquz yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumununvə 20 manat xidmət haqqının tutulması;

2. ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilin açıq hərracdan satılması, 10921 (on min doqquz yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; 3.Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması;

4. ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1, Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onun həmin mənzildən çıxarılmasına, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 015L**********19 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olamqla 30000 ABŞ dolları məbləğdə kredit almışdır. İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan özünə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 83.41 m2 ümumi, 60.76 m2 yaşayış, 22.65 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilini ipotekaya qoymuşlar. Lakin, ödəniş etməkdə çətinlik çəkmiş borcu yaranmışdır. Cərimə məbləği çox hesablanmışdır, cəriməsinin silinməsini xahiş edir. Mülki işə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 015L**********19 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» QSC ilə müqavilə bağlayaraq 120 ay müddətinə 30000 ABŞ dollarıməbləğdə kredit xəti açılmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 015R********** №li kredit razılaşmasından görünür ki, Cavabdeh1 «xxxx» QSC ilə kredit razılaşması müqavilə bağlayaraq 17000 manat məbləğdə kredit almış, aldığı borc məbləğini aylıq 1.8333 faiz əlavəsi ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim olunmuş xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 6A saylı evin 26 saylı mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 35.0000 ABŞ dollarıməbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli borcunun hesablanmasına dair cədvəldən görünür ki, Cavabdeh1 ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015R********** saylı kredit müqaviləsinə əsasən cavabdehin 5739.44 manat kredit borcu, 1845.23 manat kreditdən istifadəyə görə faiz borcu, 3336.54 manat penya olmaqla, cəmi 10921.21 manat borcu yaranmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83.41 kv.m, yaşayış sahəsi 60.76 kv.m, yardımçı sahəsi 22.65 kv.m olan 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 83.41 kv.m, yaşayış sahəsi 60.76 kv.m, yardımçı sahəsi 22.65 kv.m olan olan 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxx 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli 0413/21/AB saylı rəyindən görünür ki, ünvan 5, mənzil 26 nömrəli mənzilin bazar dəyəri 55000 manat likvid qiyməti 47000 manat məbləğdə qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə olunmuş xəbərdarlıq və bildirşlərdən görünür ki, iddiaçı dəfələrlə cavabdehlərə borcun ödənilməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit, zaminlik və ipoteka aid müddəalarına, tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 3336.54 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 3336.54 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 10 manat miqdarda dəbbə pulu alınmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pulun iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. «İpoteka haqqında» qanunun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, həmin yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İş materiallarından görünür ki, ipoteka qoyanın özü və ailə üzvləri mübahisəli mənzilin ipotekaya qoyulmasına və həmin evə tutma yönəldilməsinə, evi qeyd-şərtsiz təhvil verməyə razı olduqları barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişlər. Buna görə də məhkəmə hesab edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, cavabdehlər həmin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5739.44 manat məbləğdə əsas borc, 1845.23 manat məbləğdə faiz borcu və 10 məbləğdə cərimə borcu olmaqla, cəmi 7594.67 manat məbləğdə borc alınıb «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən, 1-ci mərtəbəsində yerləşən 83.41 kv.m ümumi, 60.76 kv.m yaşayış və 22.65 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 26 saylı mənzilinə tutma yönəldilsin. Mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub banka olan borcu ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlərdən tutulub «xxxx» QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar