Məhkəmə qərarları › İş №2(051)-44/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-44/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-44/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-nə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinənə qarşı "xxxx"MMC-nin 06 fevral 2020-ci il tarixli Y-16/8 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinənə qarşı "xxxx"MMC-nin 06 fevral 2020-ci il tarixli Y-16/8 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"MMC tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06 fevral 2020-ci il tarixli Y-16/8 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı3 İddiaçı1 məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilini yüklü edərək "xxxx" ASC-nin Mingəçevir filialından 20.000 manat məbləğində kredit götürmüşlər, onlardan asılı olmayan səbəblərdən krediti vaxtında ödəyə bilməmişlər. Bundan sonra "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 30.09.2010-cu il tarixli 2(051)-861/2010 saylı qətnaməsi ilə İddiaçı3la "xxxx" ASC-nin Mingəçevir filialı arasında 26.01.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19166 manat əsas, 2.223 manat 28 qəpik faiz borcu, borcun qaytarılması gecikdirildiyinə görə hesablanmış 314 manat 70 qəpik məbləğində cərimənin, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ödənilməsi təmin edilənədək əsas borc məbləğinə illik 40 % hesablanan cərimə məbləğinin ödənilməsi ipotekaya qoyulmuş, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 saylı evin 27.000 manat məbləğində qiymətləndirilmiş 1 saylı mənzilinə yönəldilməklə mənzilin açıq hərracda satılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Həmin vaxt İddiaçı3 "xxxx" ASC-yə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, kredit ödənişləri davam etdirilsin, borc ödənildikdən sonra ev onlara qaytarılacaqdır. Bundan sonra kreditin ödənilməsi təmin edilmiş, İddiaçı3 28.01.2010-cu il tarixdən 24.12.2012-ci il tarixinədək müxtəlif vaxtlarda 10.270 manat, 07.01.2013-cü ildən 03.02.2014-cü il tarixinədək müxtəlif vaxtlarda 11.474 manat, cəmi 21744 manat kredit borcunu "xxxx" ASC-nin Mingəçevir filialına tam ödəmiş, banka borcu qalmamışdır. Buna baxmayaraq, yəni borcun ödənilməsinə yönələn hərəkətlər davam edildiyi bir vaxtda İddiaçı1 məxsus olan ipotekaya qoyulmuş mənzil iddiaçının xəbəri olmadan və iştirakı təmin edilmədən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "Külək”MMC tərəfindən keçirilmiş hərracda 06.03.2012-ci il tarixli 22/03 saylı hərracın yekunları barədə protokola və 06.03.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sifarişçi-satıcı Mingəçevir şəhər İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə 17.212 manat 50 qəpiyə satılmışdır. Göründüyü kimi "xxxx" ASC 19800 manat kreditin əvəzi olaraq 21744 manat almaqla bərabər 27000 manat qiymətləndirilmiş 4 otaqlı mənzili də 17212,50 manata almışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” həmin müqaviləyə müvafiq olaraq DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 20.06.2012-ci il tarixli Çıxarış verilmişdir. Hüquqları "xxxx"ASC və Mingəçevir İcra şöbəsi tərəfindən pozulduğuna görə İddiaçı3 və ipoteka qoyan İddiaçı1 "xxxx"MMC-yə, "xxxx"ASCyə, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinə qarşı "xxxx" MMC tərəfindən keçirilmiş 06.03.2012-ci il tarixli 22/03 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair əvvəl X5 Məhkəməsində, sonra isə məhkəmə aidiyyəti pozulduğuna görə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışlar. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2014-cii il tarixli 2-1(84)- 412/2014 saylı qərarı və Mingəçevir Şəhər Məhkəməsinin 01 may 2015-ci il tarixli 2(051)-443/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək hərracın yekunları barədə protokol etibarsız edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 18.07.2016cı il tarixli 2(107)- 807/2016 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.Buna müvafiq olaraq mənzil üzərində "xxxx"ASC-nin mülkiyyət hüququnu təsdiq edən 20.06.2012-ci il tarixli MA seriyalı 0392205JNb-li Çıxarış DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən ləğv edilmiş və mənzil yüklülükdən azad edilərək əvvəlki mülkiyyətçi İddiaçı1 qıznın mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* JVs-li 11.02.2017-ci il tarixli yeni reyestrdən Çıxarış verilmişdir. Bu hüquqi nöqteyi-nəzərdən Mingəçevir Şəhər Məhkəməsinin 30.09.2010-cu il tarixli 2(051)-861/2010 saylı qətnaməsi əsasında İcra vərəqəsi üzrə icraat Mingəçevir şəhər İcra şöbəsinin DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə göndərdiyi yazılı göstəriş əsasında tam icra olunmuş, mənzil ipotekadan çıxarılaraq mənzil üzərindən yüklülük götürülmüşdür. Bundan sonra ailə vəziyyətləri ilə əlaqədar həmin mənzil Mingəçevir şəhəri 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16.03.2017-ci il tarixli 4Ə-196 Reyestr nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı2 bağışlanılmışdır və informasiya sisteminə daxil edilmişdir. Mənzil üzərində heç bir məhdudiyyət və yüklülük olmamışdır, əgər hər hansı bir məhdudiyyət, yüklülük (ipoteka, girov, həbs və s.) olmuş olsaydı informasiya sistemində belə bir qeyd olardı və mənzilin özgəninkiləşdirilməsi notarius tərəfindən həyata keçirilə bilməzdi. Həmin bağışlanma müqaviləsi əsasında İddiaçı2 adına DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarış verilmiş və mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra, "xxxx" ASC hazırkı iş üzrə iddiaçılar İddiaçı1 qızma və mənzilin mülkiyyətçisi İddiaçı2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 16.03.2017-ci il tarixli 4-Ə-196 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(051)-2390/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış, Mingəçevir şəhəri 1 saylı Notariat Kontorunda təsdiq olunmuş reyestrdə 4-Ə-196 nömrə ilə qeyd edilmiş, 16.03.2017-c il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. İddiaçılar tərəfindən həmin qətnamədən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(107)-1050/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(051)- 2390/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2019cu il tarixli 2(102)-5971/2019 saylı qətnaməsi ilə iddiaçıların Şəki Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra, bu mülki işə Şəki Apellyasiya Məhkəməsində yenidən baxılaraq Şəki Apellyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar Şəki Apellyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə razılaşmadıqlarına görə həmin qətnamədən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, "xxxx" ASC ilə İddiaçı1 və mənzilin həmin vaxt qanuni əsaslarla mülkiyyətçisi olmuş İddiaçı2 arasında mübahisələndirilən mənzilin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə mübahisəsi davam etdiyi və mənzil həmin ərəfədə İddiaçı1 mülkiyyətində olmadığı halda tələbkar kimi "xxxx" ASC, borclu kimi İddiaçı1 göstərilməklə İddiaçı2 mülkiyyətində olan Naxçıvan küçəsi 36№-1İ evin l№-li mənzili satılmaq üçün "xxxx" MMC-də hərraca çıxarılmış və açıq hərracın keçirilməsi ilkin olaraq 18 dekabr 2019-cu il tarixinə təyin olunmuşdur.Özgəsinin, yəni borclu olmayan İddiaçı2 mənzilinin hərracının keçirilməsindən iddiaçıların xəbəri olmamışdır və hərracda iştirak etməmişlər. Yəni iddiaçılara münasibətdə mülkiyyət hüququ ilə bağlı qanunsuzluğa yol verilmişdir. Mənzil İddiaçı2 mülkiyyətində olduğu və "xxxx" ASCyə münasibətdə heç bir öhdəliyi və borcu olmadığı halda mənzil İddiaçı1 mənzili kimi hərraca çıxarılmışdır. Hərrac iddiaçıların məlumatı və iştirakı olmadan, habelə mənzil barədə məhkəmə mübahisəsi davam etdiyi müddətdə keçrilmişdir. Bu səbəbdən də iddiaçılar hərracda iştirak edə bilməmişlər. Mənzilin hərracı 06 fevral 2020-ci il tarixdə baş tutaraq 27 000 manat ilkin satış qiyməti olan mənzil 17212 (on yeddi min iki yüz on iki) manata "xxxx" ASC-yə satılmış və hərracın nəticələri haqqında qanunsuz olaraq Y-16/8N°-li protokol tərtib edilmişdir. Protokolun 3-cü bəndində qeyd olunur ki, əmlakın mülkiyyətçisi guya İddiaçı1dır, halbuki bir daha bildirir ki, mənzilin mülkiyyətçisi həmin ərəfədə "xxxx" ASC-yə münasibətdə heç bir öhdəliyi olmayan İddiaçı2 olmuşdur. Bu məlumatları DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə vəkil sorğusu əsasında verilən 24 avqust 2020-ci il tarixli **********075 saylı cavabdan və Cavabdeh4ndən 24 avqust 2020-ci il tarixdən sonra aldıqları “SİFARİŞF məktubunun surətini oxuduqdan sonra bilmişlər. Hərracdan sonra hərracın yekunu üzrə alqı-satqı müqaviləsi bağlanmış və mənzil qanunsuz olaraq "xxxx" ASC-nin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC tərəfindən hərrac qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. İddianın təmin olunmasını, "xxxx" MMC tərəfindən keçirilmiş, Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 №li evin 1№li mənzilinin hərracda "xxxx" ASC-yə satılmasına dair 06 fevral 2020-ci il tarixli, Y-16/8 nömrəli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı1 məhkəmə iclasında nümayəndəsinin izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı, eləcə də digər İddiaçı3 hüquqi varisi İddiaçı2 oxşar məzmunlu ifadə verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, 28.01.2010-cu il tarixdə "xxxx" ASC-nin Mingəçevir filialından İddiaçı3 20000 manat məbləğində kredit almış, həmin kreditin təminatı kimi İddiaçı1 mülkiyyətində olan, 27.000 manat məbləğində qiymətləndirilmiş, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 saylı evin, 1 saylı mənzilinə yönəldilməklə mənzilin açıq hərracda satılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından alınması üçün təklif edilmiş, bank buna öz razılığını bildirərək 17212, 50 manat borcun əvəzinə mənzili qəbul etmişdir. İddia tələbi əsassızdır. Ona görə ki, hərracların keçirilməsi barədə bildirişlər ipoteka qoyana poçt vasitəsilə göndərilmiş, eləcə də hərracların keçirilməsi barədə «Market» qəzetində elan verilmişdir. Poçt vasitəsi ilə göndərilmiş bildirişlərin ona çatmamasını iddiaçı sübut etməlidir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər "xxxx" MMC-nə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və Mingəçevir şəhər İcra Şöbəsinə məlumat verilmiş, lakin onların nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1991-ci il təvəllüdlü İddiaçı2 valideynləri İddiaçı3 və İddiaçı1dır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 22 mart 2022-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-861/2010 №li, 30.09.2010cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı3 ilə "xxxx" ASC-nin Mingəçevir filialı arasında 26.10.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19166 manat əsas, 2223 manat 28 qəpik faiz borcunun, borcun qaytarılmasının gecikdirildiyinə görə hesablanmış 314 manat 70 qəpik məbləğində cərimənin, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ödənilməsi təmin edilənədək əsas borc məbləğinə illik 40% hesablanan cərimə məbləğinin ödənilməsi ipotekaya qoyulmuş, İddiaçı1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 27000 manat məbləğində qiymətləndirilmiş 1 saylı mənzilinə yönəldilməklə mənzilin açıq hərracda satılması” qət edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin 24 avqust 2020-ci il tarixli, **********75 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 36 nömrəli binanın 1 saylı mənzili «X1 Mərkəzi» Hərracın nəticələri haqqında 06 fevral 2020-ci il tarixli, Y-16/8 nömrəli protokolu, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və 06.02.2020-ci il tarixli, 13/1 nömrəli Cavabdeh4 məktubuna əsasən "xxxx" ASC-nin adına tam mülkiyyət hüququ 07.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin "xxxx" ASC-yə, İddiaçı3 və İddiaçı1 ünvanladığı 22.11.2019-cu il tarixli 1146 saylı bildirişin surətindən görünür ki, Cavabdeh4 24.10.2019-cu il tarixli, 241722/2018-3 saylı sifariş məktubuna əsasən ilkin satış qiyməti 27.000 manat qiymətləndirilmiş Mingəçevir şəhər Naxçıvan küçəsi 36 saylı evin, 1 saylı mənzilinin satışına dair 18.12.2019-cu il tarixdə, saat 11:00-a keçiriləcək hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin "xxxx" ASC-yə, İddiaçı3 və İddiaçı1 ünvanladığı 22.11.2019-cu il tarixli 1146 saylı bildirişin surətindən görünür ki, Cavabdeh4 24.10.2019-cu il tarixli, 241722/2018-3 saylı sifariş məktubuna əsasən ilkin satış qiyməti 22.950 manat qiymətləndirilmiş Mingəçevir şəhər Naxçıvan küçəsi 36 saylı evin, 1 saylı mənzilinin təkrar hərraca çıxarılmasına dair 07.01.2020-ci il tarixdə, saat 11:00-a keçiriləcək hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Hərracın nəticələri haqqında 06 fevral 2020-ci il tarixli Y-16/8 saylı protokoldan görünür ki, Cavabdeh4 24.10.2019-cu il tarixli 241722/2018-3-11 saylı sifariş məktubuna əsasən İddiaçı1 məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 nömrəli evin, 1 nömrəli mənzili ilkin satış qiyməti 27.000 (iyirmi yeddi min) manata hərraca çıxarılaraq, son qiyməti 17212 ( on yeddi min iki yüz on iki manat) manata "xxxx" ASC-nə satılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-2390/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış Mingəçevir şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş reyestrində 4-ə-196 nömrə ilə qeyd edilmiş 16.03.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-3274/2019 №li 25.12.2019cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 və İddiaçı2 şikayəti təmin olunmamış, mingəçevir şəhər məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3224/2020 №li 01.06.2020-ci il tarixli qərarından görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3274/2019 №li 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçılar tələbində ipoteka predmeti olan mənzilin satılması ilə bağlı hərracların qanunvericiliyin tələblərinə uyğun keçirilməməsini bildirmiş, iddialarını isə keçirilmiş hərracların vaxtı və yeri barədə onlara məlumat verilməməsi ilə, eləcə də sözügedən mənzilin bağışlanmasına dair müqavilənin etibarsızlığı ilə əlaqədar məhkəmə mübahisəsi getdiyi vaxtda, həmin vaxt mənzilin mülkiyyətçisi İddiaçı2 olduğu halda, borclu kimi mülkiyyətçi İddiaçı1 göstərilməsi ilə əsaslandırmışlar. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı Mingəçevir şəhəri Naxçıvan küçəsi 36№li mənzilin bağışlanmasına dair 06.03.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən mənzilin özgəninkiləşdirilməsi, mülkiyyətçisi ilə bağlı məhkəmə mübahisələri getdiyi vaxtda mənzil açıq hərracda satışa çıxarılmış, "xxxx" MMC-nin hərracın nəticələri ilə 06 fevral 2020-ci il tarixdə "xxxx" ASC-yə 17212 manat satılmışdır. Hərracın nəticələri haqqında 06 fevral 2020-ci il tarixli protokolda da satılan əmlakın İddiaçı1 məxsus olması göstərilmişdir. Bundan əlavə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 №li evin, 1№li mənzilin açıq hərraca çıxarılmasının vaxtı və yeri barədə "xxxx" MMC-nin borclular İddiaçı1 və İddiaçı3 göndərdiyi bildirişlərin borclular tərəfindən alınması barədə poçt sənədinin surətindən görünür ki, həmin poçt sənədləri «Hacıyeva» və «Budaqov» tərəfindən imzalanmışdır. Lakin İddiaçı1 və İddiaçı3 məhkəmə iclasında poçt sənədində olan imzaların onlara məxsus olmadığını bildirmişlər. Ona görə də iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək rəy verilməsi üçün iş ekspertizaya göndərilmiş, lakin qeyd edilən sənədlər surət olduğuna görə rəy verilməmiş, sənədlərin əsli tələb olunmuşdur. Bundan sonra "xxxx" MMC-nin ünvanına – ünvan 1ərilərək sənədlərin əslinin məhkəməyə göndərilməsi bildirilmiş, lakin məktublar «ünvanda yoxdur» qeyd edilməklə, geri qaytarılmışdır. Halbuki məhkəməyə təqdim edilmiş poçt sənədləri (xəbərnamələr) "xxxx" MMC tərəfindən təsdiq edilmiş, ünvan kimi də yuxarıda qeyd edilmiş ünvan göstərilmişdir. Qeyd edilən səbəbdən hərracın keçirilməsinə dair bildirişlərin iddiaçıları tərəfindən alınması mötəbər sübutla öz təsdiqini tapmadı. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. «İpoteka haqqında» Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. «İpoteka haqqında» Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. «İpoteka haqqında» Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Qanununun 44-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06 fevral 2020-ci il tarixli Y-16/8 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06 fevral 2020-ci il tarixli Y-16/8 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar