Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-443/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə (Üçüncü şəxs Əliyeva Hicran Ramiz qızı) qarşı mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzildəki payının özgəninkiləşdirilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 1/5 hissədə paylı mülkiyyətdə olan 36 saylı mənzilinin həmin mənzildə qeydiyyatda olan Əliyeva Hicran Ramiz qızının razılığı olmadan özgəninkiləşdirilməsi barədə əqdin bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsindəki 14/1 N°-li evin 36 N°-li mənzili əvvəllər mərhum əri X2 mülkiyyətində olmuş və o, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X22 ölümündəns sonra miras qalmış Ş.İ.Xətai küçəsindəki 14/1 Ns-li evin ümumi sahəsi 71.90 kv.metr olan mənzilinə Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2023-cii il tarixli e-2(051)-782/2023 saylı qətnaməsi ilə oğlu X6, qızı X10 və Əliyeva Hicran Ramiz qızının 1/5 hissədə miras payı müəyyən edilmiş, qalan 1/5 hissədə miras payı mərhum X2 adında saxlanmışdır. Məhkəmə qətnaməsi əsasında onlara 1/5 hissə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarış verilmişdir. Paylı mülkiyyətlərində olan mənzildə yetkinlik yaşma çatmış gəlini X8 (xx.xx.1989-cu il təvəllüdlü), paylı mülkiyyətçi oğlum X13 (xx.xx.1990-cı il təvəllüdlü), paylı mülkiyyətçi Əliyeva Hicran Ramiz qızı (xx.xx.1994-cü il təvəllüdlü), eləcə də yetkinlik yaşma çatmayanlar X14 (xx.xx.2011-ci il təvəllüdlü), X15 (xx.xx.2010-cu il təvəllüdlü), X16 (xx.xx.2012-ci il təvəllüdlü) qeydiyyatdadırlar. Mən 13 noyabr 2023-cü il tarixdə ərizə ilə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müracitə edərək mənzilin paylı mülkiyyətimdə olan 1/5 hissəsinin həmin mənzilə 1/5 hissə paylı mülkiyyəti olan oğlu X9 bağışlamaq istədiyini və mənzildə qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Əliyeva Hicran Ramiz qızı razılıq vermədiyinə görə onun razılığı alınmadan bağışlama müqaviləsini rəsmiləşdirməyi xahiş etdi. Hicran Əliyevadan başqa mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X3 isə bağışlama müqaviləsinin təsdiq edilməsinə razılığı var. X20 “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X29 13 noyabr 2023-ci il tarixli qərarı ilə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina etdi. İmtinanın əsası kimi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında ” Təlimatın 49-cu bəndinə əsasən mənzildə qeydiyyatda olan Əliyeva Hicran Ramiz qızının razılığının olmadığını göstərmişdir. Hesab edir ki, cavabdeh notariusun müqaviləni təsdiq etməkdən imtinası qanunsuz və əsassızdır və mən öz mülkiyyətimdə olan əmlak payım üzərində sərbəst sərəncam vermək hüququna malikəm və onu oğlu Vüsal İmamverdiyeva bağışlamaq üçün heç bir qanuni məhdudiyyət və qadağa yoxdur. O, oğlu ilə bir mənzildə bir ailə üzvü kimi birgə yaşayır, ona oğlu və onun həyat yoldaşı Elnarə İmamverdiyeva baxır, diqqət və qayğı göstərir, daim qulluğumdadırlar. Odur ki, məhkəmədən Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 1/5 hissədə paylı mülkiyyətdə olan 36 saylı mənzilinin həmin mənzildə qeydiyytada olan Əliyeva Hicran Ramiz qızının razılığı olmadan özgəninkiləşdirilməsi barədə əqdin bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinə əsasən Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 36 saylı mənzilin İddiaçı paylı mülkiyyətində olan 1/5 hissəsinin bağışlama müqaviləsinin Əliyeva Hicran Ramiz qızının razılığı olmadan təsdiq edilməsinin cavabdeh Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs Əliyeva Hicran Ramiz qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdıraraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 13 noyabr 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizəsi üzrə notariat hərəkəti olaraq bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən mtina edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, Şah İsmayıl küçəsi ev 14/1, mənzil 36 Yeni qaydalarla AZ4502, Mngəçevir şəhəri, X31 küçəsi, 76, M1 m1 ünvanında yerləşən, ümumi sahəsi 71,90 kv.metr olan 4 otaqlı mənzil üzərində Əliyeva Hicran Ramiz qızının 1/5, X10 1/5, X6 1/5, İddiaçı 1/5 və X2 1/5 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 və X4 nikahı 14 dekabr 1973-cü ildə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 10 may 2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində X7 və X1 birgə nikahlarından doğulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, Şah İsmayıl küçəsi ev 14/1, mənzil 36 Yeni qaydalarla AZ4502, Mngəçevir şəhəri, X31 küçəsi, 76, M1 m1 ünvanında yerləşən, ümumi sahəsi 71,90 kv.metr olan 4 otaqlı mənzil üzərində Əliyeva Hicran Ramiz qızının 1/5, X10 1/5, X6 1/5, İddiaçı 1/5 və X2 1/5 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin mənzildə olan 1/5 hissədə olan payını oğlu Vüsal İmamverdiyevə bağışlamaq istəyir. Bununla bağlı notarial ofisinə müraciət etməsinə etmiş, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi qeydiyyatda olan şəxslərin razılıq ərizələrini tələb etmişdir. Digər şəxslər razılıq ərizələrini versələr də, iddiaçının həmin ailə üzvülərindən qızı olan Əliyeva Hicran Ramiz qızı razılığının alınması mümkün olmadığından, iddiaçının mülkiyyətində olan mənzili bağışlamsına dair müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, maraqlı şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsinin (bağışlama) qadağan olunması iddiaçı olan mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə həm beynəlxalq hüquq həm də Azərbaycan Konstitusiyası və qanunları ilə öz əksini tapmış və belə məhdudiyyətlərin yaranmasını bir mənalı şəkildə qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini və həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 218.1 ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilklik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqularının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda məhkəmə daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktı tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarındabu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.10-cu maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 1/5 hissədə paylı mülkiyyətdə olan 36 saylı mənzili oğlu X11 bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış Əliyeva Hicran Ramiz qızının razığı alınmadan cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 1/5 hissədə paylı mülkiyyətdə olan 36 saylı mənzili mülkiyyət hüququ ilə 1/5 hissədə İddiaçı oğluna məxsus olan mənzilin oğlu X9 bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış Əliyeva Hicran Ramiz qızının razılığı alınmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. Əliyeva Hicran Ramiz qızına və X10 miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 sayl evin 36 saylımənzilinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-443/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-443/2024
13.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver