Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-45/2024 05.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar X11, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması və sair tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar X17 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin cavabdehlərlə onların arasında paylara uyğun naturada ayrılması və torpaq sahələrində ayrıca giriş-çıxış yolunun müəyyən olunması haqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanda yerləşən 0,18 ha torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Əliəskər Cəfərov iddiaçıların və cavabdehlərin atası və babasıdır. Əliəskər Cəfərov 28 iyun 1964-cü ildə, Raqif Salahov isə 04 fevral 2011-ci ildə rəhmətə getmişlər. Mingəçevir şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(051)-88/2022 saylı qətnaməsinə əsasən 28 iyun 1964-cü ildə vəfat etmiş X3 miras qalmış, Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanda yerləşən 0,18 ha torpaq sahəsinin İddiaçı2, Cavabdeh3, X4, X15 və X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilmiş, X5 miras qalmış ünvan 2 ünvanda yerləşən 0,18 ha torpaq sahəsindən X2 payı 1/5 hissə, Cavabdeh3 payı 1/5 hissə, X4 payı 1/5 hissə, X9 payı 1/5 hissə və X7 payı 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. Buna baxmayaraq cavabdehlərlə onlar aralarında razılığa gələ bilmirlər. Belə ki, cavabdehlər onlara qeyd olunan torpaq sahəsindən istifadə etməyinə mane olur. Ona görə də onlar qeyd olunan torpaq sahəsinin paylara uyğun naturada bölünməsini xahiş edirlər. Qeyd edir ki, o, yəni Nərmin Cəfərova şəhid qızıdır və X9 vərəsəsidir. Atası 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Bundan əlavə Ramazan Cəfərov və Afina Cəfərova da rəhmətə getmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X17 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçılar X11 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavadeh Cavabdeh3 məhkəmə iclası zamanı paylı mülkiyyət də olan torpaq sahəsinin paylara uyğun 1/5 hissə də naturada bölünməsinə etiraz etmədiyini bildirdi. Cavadeh Cavabdeh2 da məhkəmə iclası zamanı paylı mülkiyyət də olan torpaq sahəsinin paylara uyğun 1/5 hissə də naturada bölünməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını, işdə olan sənədləri, ekspert rəylərini, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 12 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Cəfərova X10 şəhəri V.Abdullayev küçəsi ev 7, mənzil 8 ünvanda yaşayır. İşdə olan 7 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Cəfərov X1 şəhəri Təbriz küçəsi ev 21, mənzil 40 ünvanda yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********393 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,18 kv.m olan Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında yerləşən torpaq sahəsi üzərində X6 3/5 hissə, İddiaçı2 payı 1/5 hissədə və İddiaçı1 payı 1/5 hissədə paylı mülkiyyət hüquqları müvafiq olaraq xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(107)-88/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək X5 miras qalmış Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında yerləşən torpaq sahəsindən üzərində X4 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissədə, X9 payı 1/5 hissə, X7 payı 1/5 hissə və Cavabdeh3 payı 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1022/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(051)-88/2022 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1964-cü ildə vəfat etmiş X8 vərəsəsi İddiaçı2dur, o, miras əmlakdan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-88/2022 saylı qətnaməsinə əsasən 1/5 hissədə pay almalıdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş, X9 vərəsəsi İddiaçı1dır, o, miras əmlakdan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-88/2022 saylı qətnaməsinə əsasən 1/5 hissədə pay almalıdır. İşdə olan ölüm haqqında şəhdətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X18 xx.xx.1992-ci il tarixdə, X14 xx.xx.1964-cü il tarixdə ölmüşdür. İşdə olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6082 nömrəli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mülki iş materiallarında olan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsi 3/5 hissəsi X8, 1/5 hissəsi İddiaçı2 və 1/5 hissəsi İddiaçı1 paylı mülkiyyətində olan Mingəçevr şəhəri Təbriz küçəsi, ev 18 ünvanda yerləşən torpaq sahəsi payının naturada ayrılmasının Məhkəmə Tikinti-X12 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyi kifayət qədər aydın, tam və əsaslandırılmışdır. Ona görə də xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbulediləndir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, mübahisəli torpaq sahəsinin X6 3/5 hissə, İddiaçı2 payı 1/5 hissədə və İddiaçı1 payı 1/5 hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Sonradan Mingəçevir şəhər Məhkəməsinin 2(107)-88/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək X5 miras qalmış Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında yerləşən torpaq sahəsindən üzərində X4 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissədə, X9 payı 1/5 hissə, X7 payı 1/5 hissə və Cavabdeh3 payı 1/5 hissədə müəyyən edilmişdir. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçıların ümumi əmlakdan istədiyi kimi istifadə etmələri mümkün olmamışdır. Ona görə də iddiaçılar öz paylarının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. Aparılmış tikinti-texniki ekspertizası zamanı iddiaçının 1/5 hissədə payının naturada ayrılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçılar ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 1/5 hissədə payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi üçün hesab edir ki, iddiaya qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göstərilən normaların tələbinə görə iddia tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, tərəflər paylı mülkiyyətçi olmalı, onlar arasında ümumi paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmamalı, iddiaçı payının naturada ayrılmasını tələb etməli, payının naturada ayrılması mümkün olmalı, payın dəyərinin ödənilməsinə iddiaçının razılığı olmamalıdır. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq, hesab edir ki, hazırkı mübahisə predmeti olan Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi, yəni iddiaçıların 1/5 hissədə payının naturada ayrılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçılar ilə cavabdehlər paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçılar payının naturada ayrılmasını tələb edir, cavabdehlər isə buna maeələr yaradırlar. Hazırda iddiaçılar paylı mülkiyyətdə olan torpaq sahəsindən özlərinin 1/5 hissədə payının naturada ayrılıb onlsara verilməsini tələb edirlər. Ona görə də iddiaçıların tələbi əsaslıdır. Mübahisəli topaq sahəsində iddiaçıların 1/5 hissədə mülkiyyət payı naturada ayrılmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli əmlak – Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında yerləşən torpaq sahəsində iddiaçıların 1/5 hissədə payının naturada ayrılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçılar ilə cavabdehlərin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəisnə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsinin yalnız payın naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçinin razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin həcmindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür. (MM-nin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrıla bilmədikdə; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də aydın olur ki, hazırki iş üzrə iddiaçılar ümumi paylı mülkiyyət mülkiyətçisi kimi payının naturada ayrılmasını tələb etməkdə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, **********93 reyestr nömrəli çıxarış əsasında ümumi paylı mülkiyətdə olan Mingəçevir şəhəri, Təbriz küçəsi 18 ünvanında yerləşən, ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən iddiaçıların 1/5 hissədə payları naturada ayrılmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti– texniki ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 2(107)-88/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında paylı mülkiyyətdə olan, ümumi sahəsi 0,18 ha olan, ünvan 5 ünvanında yerləşən torpaq sahəsindən iddiaçılar İddiaçı1 1/5 hissədə payı, İddiaçı2 1/5 hissədə payı, cavabdehlər Cavabdeh3 qıznın 1/5 hissədə, Cavabdeh1 1/5 hissədə payından və Cavabdeh2 1/5 hissədə payından xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən qaydada və ölçüdə naturada ayrılsın və torpaq sahəsindən ayrıca giriş-çıxış yolu müəyyən olunsun. Cavabdehlər (Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-45/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-45/2024
05.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver