Məhkəmə qərarları › İş №2(051)-458/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-458/2021

16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-458/2021 16.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi və Maraqlı şəxs rəisi Sevinc Hüseynovanın iştirakı ilə, Ərizəçi: Ərizəçi «Doğum akt qeydinə düzəliş edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxx 2004-cü il təvəllüdlü X7 “Doğum haqqında akt qeydində” atasının adının “Ümudvar” deyil, “Umudvar” kimi göstərilməklə akt qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi Adgözəlova Vəfa Mürsəl qızı məhkəmə iclasında izahatında göstərmişdir ki, X11 ilə nikahlarını xx xxxxxx 2003-cü ildə qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2004-cü ildə Aysun və xx xxxx 2006-cı ildə Ayxan adlı iki nəfər uşaqları olmuşdur. Sonradan ailə münasibətləri pozulduğu üçün, o, iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-1077/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən mənimlə cavabdeh X11 arasında xx xxxxxx 2003-cü ildə Yevlax şəhər İHB-nin Havarlı kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 23 №-li nikah pozulması, nikah pozulduqdan sonra xx xxxx 2004-cü il təvəllüdlü X14 və xx xxxx 2006-cı il təvəllüdlü X8 onun yanında qalmaları müəyyən olunması, xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, xx xxxx 2006-cıil təvəllüdlü Ağadurlu Ayxan Umudvar oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment hər ay cavabdeh X3 tutularaq, ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, o, nikahın pozulması haqqında şəhadətnamə almışdır. Təxminən bir-iki ay əvvəl qızım xx xxxx 2004cü il təvəllüdlü X10 şəkilli şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etdi. Oradan ona bildirildi ki, xx xxxx 2004-cü il təvəllüdlü X7 doğum haqqında akt qeydində atasının adı “Umudvar” deyil, “Ümudvar” kimi qeyd edilmişdir. Aysun adlı qızımın doğum haqqında şəhadətnaməsində atasının adı “Ümudvar” kimi göstərilmişdir. Ancaq xx xxxx 2004-cü il təvəllüdlü X7 AZE 12144065 №li şəxsiyyət (şəkilsiz) vəsiqəsində atasının adı “Umudvar” kimi göstərilmişdir. Bundan başqa xx xxxx 2006-cı il təvəllüdlü Ayxan adlı oğlunun da doğum haqqında şəhadətnaməsi və şəxsiyyət (şəkilsiz) vəsiqəsində atasının adı “Umudvar” kimi göstərilmişdir. Sonradan ona məlum oldu ki, xx xxxxxx 2003-cü ildə Yevlax şəhər İHB-nin Havarlı kənd İƏD üzrə nümayəndəliyində onunla Umudvar arasında bağlanmış 23 №-li nikah qeydində, nikahın başlanması haqqında şəhadətnamədə X1 göstərilmişdir. Nikah pozulduğu üçün həmin şəhadətnamə ləğv edilmişdir. Ancaq qızı xx xxxx 2004-cü il təvəllüdlü X7 doğum haqqında akt qeydində atasının adı “Ümudvar” kimi göstərildiyi üçün ona şəkilli şəxsiyyət vəsiqəsi ala bilmir. Aysun ali məktəbə hazırlaşır. Ona şəkilli şəxsiyyət vəsiqəsi mütləq alınmalıdır. Maraqlıdır ki, heç bir sənədlərdə keçmiş əri X6 adı “Ümudvar” kimi göstərilməmişdir. Ərizəyə əlavə etdiyi xx.xx.1975-ci il təvəllüdlü X9 məxsus şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsinin ksero surətindən də görünür ki, Aysunun atasını adı “Ümudvar” deyil Umudvardır. Keçmiş əri, Aysunun atası X11 hazırda Rusiya Federasiyasındadır, onun marağında deyil ki, qızına şəkilli şəxsiyyət vəsiqəsi alına bilmir. Ona görə də xx xxxx 2004-cü il təvəllüdlü X7 “Doğum haqqında akt qeydində” atasının adının “Ümudvar” deyil, kimi göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 X17 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin sentyabr ayının 29 günündə 87 № ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2004-cü il təvəllüdlü X7 valideynləri X11 və X15r. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1077/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamədən görünür ki, xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, xx xxxx 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment hər ay cavabdeh X5 tutularaq, iddiaçı X16 verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Qarayeva X13 şəhəri X25 küçəsi ev 7, mənzil 25 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. xx xxxx 2004-cü il təvəllüdlü X7 atalığın müəyyən edilməsi haqqında akt qeydində ata qrafasında “Ümudvar” əvəzinə, “Umudvar” kimi qeyd edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar