Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-46/2021 07.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şərifova Ruqiyə Yusif qızının katibliyi İddiaçılar: X1, İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 və onun vəkili X2 Cavabdeh: Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətə qaytarılması, otaqlardan yaşayış hüququnun bərpa edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması, otaqlardan yaşayış hüquqlarının bərpa edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən ünvan 1 ünvanda yerləşən, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualet-hamamın öz vəsaiti hesabına sökülməsi, Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə Məmmədov Məmməd Əziz oğluna 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra Məmmədov Məmməd Əziz oğlunun və arvadı Afəyətin, qardaşı Etibarın, bacısı Arzunun və onun adına 353 saylı order yazılmışdır. Cavabdeh sonradan doğulduğundan, adı orderə yazılmamışdır. İddiaçı2 1988-ci ildən həmin ünvana gəlin köçmüş, 2001-ci ildən həmin ünvanda qeydiyyatdadır. Tural və İddiaçı4lar həmin ünvanda doğulub, boya-başa çatmışlar. Order üzrə həyətdə 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzil vardır və həmin otaqlar həyətin girişindədir. Mənzil özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin 2 otaqlı evin biri otağı 4 nəfər ailə üzvü ilə birlikdə onun, 1 otağı isə Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh mənzilin bir otağının digər otağa girişini bağlamış, pəncərənin yerini dəyişmiş, onların öz vəsaitləri hesabına inşa etdikləri evin divarına sanuzel quraşdırmış, onların digər otaqdan istifadələrini məhdudlaşdırmışdır. Həmçinin İddiaçı1 atası Məmməd Məmmədovun sağlığında onun üçün inşa edilmiş otağa girişlərini bağlamışdır. Onlar Mingəçevir şəhəri, Topçubaşov küçəsi 6 ünvanda yerləşən 2 otaqlı mənzildə qeydiyyatdadırlar, onların hər iki otaqdan sərbəst istifadə etmək hüquqları olmalıdır. Hesab edir ki, cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş özbaşına tikililər sökülməli, yəni mübahisəli mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılmalı, cavabdehin istifadəsində olan otağın pəncərəsi əvvəlki yerinə qaytarılmalı, mövcud olan pəncərə bağlanmalı, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otağın hər birinin yaşayış sahəsindən istifadə hüquqları bərpa edilməli, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılmalı, mənzilə giriş əvvəlki vəziyyətdə bərpa olunmalı, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi sanitar qovşağını öz vəsaiti hesabına sökülməli və mərhum Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneə aradan qaldırılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı ekspert işin hallarına uyğun rəy verməmiş, yəni ekspert qarşısında qoyulmuş suallara tam və ətraflı cavab verməmişdir. Ona görə də ekspert rəyi ilə də razı deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar ona qarşı məzilin əvvəlki vəziyyətə qaytarılması, otaqlardan yaşayış hüquqlarının bərpa edilməsi tələbinə dair iddia qaldırsalar da, əslində onlarin məqsədi ondan torpaq sahəsi tələb etməkdir. Bundan başqa iddia ərizəsində qeyd olunan halların dəqiqləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti texniki ekspertiza təyin olunmuşdur. Ekspertin 17 iyul 2021-ci il tarixli, 10/1045 saylı rəyində ekspert qarşısında qoyulmuş suallar tam olaraq cavablandırılmış, iddiaçıların tələbləri tam həcimdə inkar olunmuş və iddia ərizəsində göstərilənlərin qeyri mümkünlüyü qeyd olunmuşdur. Bu da onu göstərir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, həmçinin üçüncü şəxslər X6 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçıları İddiaçı1 təmsil etmiş, lakin üçüncü şəxslər gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin iddiaçıların və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər 3 saylı MİS-nin 17 iyul 2019-cu il tarixli, 230 saylı arayışından görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yaşayırlar. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 09.08.2019-cu il tarixli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 10 aprel 1969-cu il tarixli 01 saylı protokolunda Məmmədov Məmməd Əziz oğlunun adına ev bölgüsü qeyd edilmişdir. Belə ki, işdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 3/8 hissədə Cavabdeh, 3/8 hissədə İddiaçı1, 1/8 hissədə X11 və 1/8 hissədə X7 adına 25.08.2016-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. işdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı1 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25.08.2016-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər 3 saylı MİS-nin 17 dekabr 2019-ci il tarixli, 369 saylı arayışından görünür ki, X8 2005-ci ildən pasport qeydiyyatsız ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri Topçubaşov küçəsi 6 ünvanında yaşayır. işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 14 iyul 2005-ci il tarixdə Mingəçevir şəhər VVADQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 257 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından 17.08.2006-cı il tarixdə Murad, 20.02.2008-cı il tarixdə Nərmin, 26.04.2012-cı il tarixdə Fərhad adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı1 məxsus həyətyanı torpaq sahələri arasında sərhəd naturada müəyyən edilmişdir. Cavabdeh və İddiaçı1 arasında faktiki istifadəsində olan variantda müəyyən edilmişdir. İddiaçı1 tərəfindən aparılan söküntü işləri və digər qanunsuz əməllər qadağan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3437/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsi Şəki Apelyasiya məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Milli Arxiv İdarəsi tərəfindən verilmiş 03.05.2005-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 10 aprel 1969-cu il tarixli 01 saylı protokolunda Zabolniçni döngəsi 4, 35 kvadrat sahədən ibarət mənzil ailə tərkibi 5 nəfərdən ibarət olan Məmmədov Məmməd Əziz oğlunun adına verilmişdir. İşdə olan məhkəmənin 19 fevral 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş, məhkəmə tikintitexniki ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması mümkün deyildir. Belə ki, ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin faktiki olaraq iki hissəyə təcrid şəklində bölündüyünü nəzərə alaraq, həmin 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarıldıqda iki hissəyə bölünmüş mənzillərin təcrid şəklində olduğu pozulur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.9. bəndinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə ziddir. Eyni zamanda Cavabdeh 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzildən istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılmaqla, mövcud olan pəncərənin bağlandıqda həmin yaşayış otağı təbii işıqla təmin olunmur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.3.bəndinin tələblərinə ziddir. Bu səbəbdəndə, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması daşınmaz əmlakın təyinatına tənasübsüz zərər vurulmadan mümkün deyildir. ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin 1 saylı tikiliyə bitişik Cavabdeh istifadəsində olan torpaq sahəsinin daxilində ümümu sahəsi 138,78 kvadrat metr yaşayış və yardımçı sahə və 2 saylı tikiliyə bitişik İddiaçı1 istifadəsində olan torpaq sahəsinin daxilində ümümi sahəsi 102,77 kvadrat metr yaşayış və yardımçı sahə inşa olunmuşdur. Həmin tikililər bir dam altında və bir mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyini nəzərə alaraq, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilə bitişik inşa olunmuş tikililərə ara məsafəsinin olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.6 bəndinə əsasən zəruri deyildir. ünvan 2 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilə bitişik əlavə tikililər bir dam altında vahid tikili şəklində oduğundan, həmin tikililərin sökülərək əvvəlki vəziyyətinə qaytarılması mümkün deyildir. Azərbaycan Respublikası Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş sxemə əsasən, ünvan 3 ünvanında yerləşən 35 kvadrat metrlik yaşayış evinə əsas giriş sahəsi 16,91 kvadrat metirlik olan otaqdakı olmuşdur. Tədqiq olunan ünvanda yaşayış evinə bitişik inşa edilmiş tualet-hamam tikilisinin ümumi sahəsi 18,56 kvadrat metr təşkil etdiyini nəzərə alaraq, həmin tualet-hamam tikilisinin inşa olunması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddələrinin 79.1 və 79.1.1 bəndlərində göstərilənlərə əsasən icazə tələb olunmadığını, eləcə də Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddənin 69.6 bəndinə əsasən ara məsafəsini saxlanılması zəruri olmadığını nəzərə alaraq, yaşayış evinə bitişik inşa edilmiş tualethamam tikinti normalarına uyğundur. Eyni zamanda tualet-hamam tikilisinin arxa hissəsində olan İddiaçı1 istifadəsində olan otağın daxilindən hər hansı bir ziyan olmadığını nəzərə alaraq, həmin evə bitişik inşa olunmuş tualet-hamam yaşayış evindən təyinatı üzrə istifadəsinə maneçilik törətmədiyi müəyyən olunur. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin hazırda həmin evdə yaşayanların mənafeyi və bir-birinə münasibətləri nəzərə alınmaqla evin qapılarının açılıb əvvəlki vəziyyətə qaytarıldıqda iki hissəyə bölünmüş mənzillərin təcrid şəklində olduğu pozulur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.9. bəndinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə ziddir. ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin faktiki olaraq iki hissəyə bölündüyünü, tikililəri torpaq sahəsinin orta hissədə yerləşdiyini, ayrıayrılıqda giriş-çıxış yolu, yaşayış və yardımçı tikililəri olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin 1/2 paylara uyğun şəkildə 2 hissəyə bölünməsi Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Məhkəmə tərəfindən tərəflərin, iştirakı ilə keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, baxış keçirilən ərazi Mingəçevir şəhəri Topçubaşov ( keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıları və pəncərələr hörülmüş, hər iki tərəf istifadələrində olan otaqlara əlavə otaq, mətbəx və sanuzel qovşaqlarıinşa etmişlər. Hər iki evə ayrı giriş-çıxış vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi, 6 saylı ünvanda yerləşən 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzil İddiaçı1 və Cavabdeh ataları mərhum Məmmədov Məmməd Əziz oğlunun adına verilmişdir. Həmin mənzilin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 və Cavabdeh hər birinin 1\2 hissədə paylı mülkiyyəıt hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, mübahisəli mənzilin otaqları arasında olan qapıları və pəncərələr hörülərək mənzil və paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsi faktiki olaraq iki hissəyə bölünmüşdür. İddiaçı1 tərəfindən istifadəsində olan torpaq sahəsi daxilində faktiki istifadə etdiyi tikiliyə bitişik 102,77 kvadrat metr yaşayış və yardımçı sahə, Cavabdeh tərəfindən də eyni qaydada olan istifadəsində olan torpaq sahəsi daxilində faktiki istifadə etdiyi tikiliyə bitişik 138,78 yaşayış və yardımçı sahə inşa olunmuşdur. Həmin tikililər bir dam altında və paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyi və mübahisəli mənzilə bitişik inşa olunduğundan, tikililərə ara məsafəsinin olması zəruri olmamış, həmçinin hər iki hissə təcrid şəklində ayrıca giriş-çıxış yoluna malik olduğundan, tərəflərin istifadələrində olan tikililərdən və torpaq sahəsindən istifadə etmələrinə heç bir məhdudiyyət yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdeh tərəfindən öz istifadəsində olan torpaq sahəsində yaşayış evinə bitişik inşa edilmiş tualet-hamam tikilisinin ümumi sahəsi 18,56 kvadrat metr təşkil etdiyindən, onun tikintisinə qanunda nəzərdə tutulmuş qaydada icazə tələb olunmamış, həmçinin ara məsafəsini saxlanılması zəruri olmamışdır. Eyni zamanda tualet-hamam tikilisinin arxa hissəsində İddiaçı1 istifadəsində olan otağa hər hansı bir ziyan dəyməmiş, ümumiyyətlə Cavabdeh tərəfindən inşa edilmiş tualet-hamamın mübahisəli evə bitişik olması, iddiaçının istifadəsində olan yaşayış evindən təyinatı üzrə istifadəsinə maneçilik törətməsi müəyyən olunmamışdır. Bu hal həm məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı, həm də ekspert rəyində öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən, hazırkı mülki mübahisənin qanuni həlli üçün ilk növbədə, iddiaçının müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyindən görünür ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla əlaqədar olaraq məhkəmə müəyyən etdi ki, iddiaçının hazırkı vəziyyətdə cavabdehin hərəkətlərində iddiaçının qanunla qorunan obyektiv hüquqlarının və subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, onun cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi qanunverici qanunun qeyd olunan normasında qanunsuz tikilinin sökülməsi ilə bağlı yalnız müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin məhkəməyə müraciət etmək hüququnun olduğunu müəyyən etmişdir. Maraqlı tərəf kimi isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranmış subyektiv hüququ pozulan fiziki şəxsi nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzil üzərində nə İddiaçı1, nə də Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, yalnız hə r iki tərəfin mübahisəli mənzilin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Göründüyü kimi həm İddiaçı1, həm də Cavabdeh mübahisəli mənzildən bərabər hüquqlar və şərtlər daxilində istifadə etmək hüquqlarına malikdirlər. Hazırkı vəziyyətdə tərəflərin heç biri qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə hüquqi ixtiyar əldə etməmişdir. Belə olan halda mübahisəli predmeti olan, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin bağlanması, mövcud pəncərənin açılması, mənzilə girişin hazırkı vəziyyətdə olması, həmçinin Cavabdeh istifadəsində olan torpaq sahəsində mübahisəli mənzilin iddiaçının istifadə etdiyi hissəyə bitişik tualet-hamam inşa etdirməsi zamanı cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, tərəflər uzun müddət öz aralarında olan faktiki razılıq əsasında mövcud vəziyyəti müəyyən etmişlər, yəni mübahisəli mənzilin bir hissəsindən İddiaçı1, digər hissəsindən isə Cavabdeh istifadə bərabər şərtlər daxilində etmək üçün özlərinə zəruri şərait yaratmışlar. Ona görə də mənzilin otaqları arasında olan qapılar və pəncərə bağlanmışdır. Ondan sonra tərəflərin istifadəsində olan yaşayış sahələri bir-birindən təcrid olunmuşdur. Bu isə mübahisəli mənzilə iki giriş yolunun açılması ilə nəticələnmişdir. Qeyd olunan hal baş verdikdən sonra tərəflər öz yaşayış şəraitinə uyğun olaraq yardımçı sahələr inşa etmişlər. Mübahisəli mənzilin daxilində və xaricində aparılmış dəyikliklər nə İddiaçı1, nə də Cavabdeh mənzildən istifadə hüquqlarını məhdudlaşdırmamış, əksinə daha da yaxşılaşdırmışdır. Ona görə də bu hal uzun müddət davam etmiş, tərəflərin heç biri qeyd olunan bölgüyə və dəyişikliyə həmin vaxt etiraz etməmişdir. Bundan başqa, iddiaçının yaşadığı mənzildən və həyətyanı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməsi cavabdeh tərəfindən məhdudlaşdırılmamışdır. Hazırkı vəziyyətdə cavabdehin inşa etdirdiyi yarımçıq tikililər iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, həmçinin onun və ailəsinin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Bu da onu deməyə əsas verir ki, iddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə işin müəyyən olunmuş faktiki halların əsasən hesab edir ki, iddia tələbi həmin hissədə iddiaçının subyektiv hüququ pozulmadığına görə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə birbirlərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Bunula yanaşı, məhkəmə iddianın orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan istifadə hüquqlarının bərpa edilməsi və mərhum Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş yerli baxış və məhkəmə tikinti texniki ekspertizası zamanı iddiaçıların mübahisəli mənzilin və həyətyanı torpaq sahəsinin bir hissəsindən sərbəst istifadə etdikləri, hətta yardımçı sahələr inşa etdirdikləri müəyyən olunmuşdur. Hər bir tərəf özünə aid hissədən sərbəst istifadə edir. Cavabdeh tərəfindən iddiaçıların faktiki istifadələrində olan həm yaşayış, həm də qeyri-yaşayış sahələrindən istifadə etmələrinə heç bir məhdudiyyət qoyulmamışdır. Həmin hallar məhkəmə iclası zamanı tədqiq edilərək sübut növü kimi qəbul edilmiş ekspert rəyində öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin hesab edir ki, mübahisəli mənzilin hazırkı vəziyyətdə hüquqi qeydiyyatı olmadığından, Cavabdeh da İddiaçı1 kimi mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməkdə bərabər hüquqa malikdir. Ona görə də tərəflər mübahisəli mənzildən təcrid olunmuş şəkildə faktiki istifadə edirlər. Belə olan halda İddiaçı1 mübahisəli mənzildən tam şəkildə istifadə etməsinə və əlavə sahələr əldə etməsinə dair tələb irəli sürməsi, işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29.03.2016–cı il tarixli Qərarında formalaşmış hüququ mövqeyində müəyyən etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228–ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360– cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin: İddiaçılar İddiaçı1, İddiaçı2 Əsabilə qızı, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualet-hamamın öz vəsaiti hesabına sökülməsi, Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-46/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-46/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver