Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-463/2024 20.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağalkişiyeva Aləmzar Həmid qızının katibliyi , İddiaçı, onun nümayəndəsi (vəkili)-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Mingəçevir Şəhər Mərkəzi X5 Şəxsinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Mərkəzi X5 Şəxsin xx.xx.2023-cü il tarixli 1379 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili)-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydiyyat bölməsinin qeydiyyatçısı vəzifəsində işləyir. İddiaçı evin tək uşağıdır, himayəsində İ qrup əlil atası və İİ qrup əlil anası var. Onun intizam tənbehinə cəlb oğlunmaqla əlaqədar bildirmişdir ki, iddiaçının atası İ qrup əlildir və onun himayəsində olması səbəbindən analizdən keçmək məqsədilə qeydiyyatdan keçirmişdir. Lakin ona qərəz olması səbəbindən ona əsassız olaraq bu barədə töhmət verilmişdir. Bununla bağlı heç bir məhdudiyyət yoxdur və iddiaçı, əsassız olaraq intizam məsuliyyətinə cəlb olunmuş. Odur ki, bu iş üzrə araşdırma aparılmış X6 X10 şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu qərarı ilə iddiaçıya verilmiş töhmətin əsassız olması müəyyən olunmuşdur. Ona görə də ləğv edilməlidir. Odur ki, Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X5 Şəxsin nümayəndəsi X8 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı əmrin ləğv edilməsi tələbinə dair vermiş iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı Mingəçevir Şəhər Mərkəz Xəstəxanasında qeydiyyatçı vəzifəsində çalışır. Qeydiyyat qaydalarına görə vətəndaş şəxsiyyət vəsiqəsi ilə qeydiyyata yaxınlaşmaqla həkim qəbuluna yazıla bilər. İddiaçı isə bir gün qabaqcadan atasını həkim qəbulu və nümunəlrin götürülməsi üçün laboratoriyaya qeydiyyatdan keçirmişdir. Xəstəxanada iddiaçının atasının birinci qrup əlil olması və iddiaçının atasının patronajı olması ilə bağlı məlumat var. Bu üzrlü halı iddiaçı rəhbərlikdən nəzərə alınmasını xahiş etsə idi, atasının qeydiyyatının aparılmasına icazə verilərdi. Belə olan halda özbaşına olaraq qeydiyyat qaydasını pozaraq atası olmadan onu həkim qəbuluna və nümunələrin götürülməsinə qeydiyyata salmışdır. Düzdür atası qeydiyyat olunan tarixə gəlmiş, nümunələri götürülmüşdür. Bununla belə əgər iddiaçının atası hər hansı bədbəxt hadisə nəticəsində qəbula gəlməsəydi bu xəstəxana üçün çətinliklər yarada bilərdi. Ona görədə iddiaçının töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2023-cü il tarixli 1379 №li Əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in tərəfindən İddiaçı Azərbaycan Respublikası ƏM-in 186.2-ci maddəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli № 928 saylı arayışdan görünür ki, İddiaçı “arterial hipertoniya” diaqnozu ilə xəstədir. X6 X10 şöbəsinin xx.xx.2023-cü il tarixli, № 3-17-5/2M-50507/2023 saylı məktubdan görünür ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanın PHŞ tərəfindən verilmiş №1379 saylı xx.xx.2023-cu il tarixli əmr əsassızdır. Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli №11 saylı Sərəncamına əsasən İddiaçı xx.xx.1959-cu il təvəllüdlü atası X2 üzərində patron (koməkçi) təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosisl Ekspertiza və Reabilitasiya xidməti 23 saylı TSEK-ı tərəfindən berilmiş arayışa əsasən X2 İ dərəcə əlildir. İşin mübahisə edilməyən halları aşağıdakılardır. İddiaçı xəstəxanada qeydiyyatçı vəzifəsində işləyir. İddiaçı bir gün qabaqcadan 1-ci qrup əlilliyi olan və özünün patronluğu təyin edilmiş atasını qeydiyyatdan keçirmiş, səhəri günü qeydiyyatdan keçirilən vaxta şəxs labarotoriyaya yaxınlaşmış, nümunələri götürülmüşdür. Daha sonra bu hal rəhbərlik tərəfindən aşkar edilmiş, bnunla bağlı iddiaçıya töhmət verilmişdir. İddiaçı ona töhmət verilməsi barədə əmrin ləğv edilməsini tələb edir. Cavabdehin nümayəndəsi iddiaçının qanun pozuntusuna yol verdiyinə görə ona töhmət verildiyini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; və sair 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 292.3-cü maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 39.1. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. 39.2. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. 39.3. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır. Tibbi sığorta haqqında Azərbaycan Republikasının Qanunun 15-4.2. İcbari tibbi sığorta üzrə sığortaolunanların vəzifələri aşağıdakılardır: 15-4.2.2. tibb müəssisəsinə müraciət etdikdə, şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əmrin əsasını o təşkil edir ki, iddiaçı tərəfindən şəxsin özü gəlib şəxsiyyət vəsiqəsini təqdim etmədən həmin şəxs qeydə alınmışdır. İddiaçının təqdim etdiyi sərəncamdan görünür ki, iddiaçı xəstənin qızı olmaqla eyni zamanda onun patronajı təyin olunmuşdur. Bu halda iddiaçının patronaj kimi həmin şəxsin iştirakı olmadan qeydə almağa qanuni səlahiyyəti olmuşdur. Əmrin əsasını təşkil edən bu hal iddiaçının qeydiyyatı qanunsuz aparması hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya töhmət verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmamış və işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, Mingəçevir Şəhər Mərkəzi X5 Şəxsi idarəsi iddiaçını Əmək Məcəlləsinin 186.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan töhmət verildiyindən, Mingəçevir Şəhər Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 1379 saylı əmri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı cavabdeh Mingəçevir Şəhər Mərkəzi X1rşı əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin olunsun. Mingəçevir Şəhər Publik Hüquqi Şəxsinin İddiaçı töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli 1379 saylı əmri ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-463/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-463/2024
20.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver