Məhkəmə qərarları › İş №2(051)-469/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-469/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-469/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi Maraqlı şəxslər: Mingəçevir şəhər Asan Xidmət Mərkəzi Notariat Xidməti və Yevlax rayon Reyestr Xidmətinə qarşı Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə xx xxx 2019-cu il tarixdə vəfat etmiş mərhum həyat yoldaşım X2 qalan Mingəçevir şəhər 20 yanvar küçəsi ev 8 mənzil 36-da yerləşən mənzilin mirasçı olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. X1 məhkəmə hazırlıq iclasında verdiyi ərizəsində iddia ərizəsinin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması zamanı iddiaçının iddia ərizəsinin qaytarılması haqqında vəsatəti o halda təmin oluna bilər ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməsin. Lakin məhkəmə hazırlıq iclasında iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatətinin həlli üçün cavabdeh tərəfin mövqeyi əhəmiyyətli deyildir. Ona görə də baxılan iş üzrə iddiaçının iddia ərizəsinin qaytarılması barədə vəsatəti təmin olunmalı və iddia ərizəsinin qaytarılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi Maraqlı şəxslər Mingəçevir Asan Xidmət Mərkəzi Notariat Xidməti və Yevlax rayon Reyestr Xidmətinə qarşı Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar