Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-478/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı «xxxx” ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və X2 iştirakı ilə, iddiaçı «xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı “xxxx” KB ASC hərrac vasitəsi ilə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilini almışdır. Bu barədə DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş Çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********21-05101-093010 saylı reyestr nömrəsi ilə ********** nömrəli qeydiyyat aparılaraq, Mingəçevir şəhəri, Naxçıvani küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilinə “xxxx” KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli “Asan 1” vasitəsi ilə əldə olunmuş DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışla məlum olmuşdur ki, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və onun ailə üzvü X8 qeydiyyatdadırlar. Bu şəxslərin həmin mənzildə qeydiyyatda qalmaları iddiaçı “xxxx” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan mənzildə hazırda mülkiyyətçi olan iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və onun ailə üzvü X8 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və onun ailə üzvü X4 həmin mənzilə heç bir hüququ yoxdur. Belə səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və onun ailə üzvü X4 Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilində qeydiyyatda olması qeyri-qanunidir. Ona görə də iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və onların ailə üzvü X4 istifadə hüququna xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, onların banka kredit borcu olmuş və kredit borcunun təminatı olaraq mülkiyyətlərində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilini ipotekaya qoymuşlar. Kredit borcunu ödəyə bilmədikləri üçün sözügedən mənzil hərraca çıxarılmışdır. İddiaçı “xxxx” KB ASC hərrac vasitəsi ilə onların mənzilini almışdır. Onların başqa yaşayış sahələri yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(051)-4232/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 və X3 24551 ABŞ dolları məbləğdə əsas kredit borcu, 3553,98 ABŞ dolları məbləğdə faiz borcu və 10 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 28114,98 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» KB ASC-nə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 və X5 banka olan borcunun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X4 Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 46 saylı mənzilindən çıxarılmaları, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumün X12 və X3 alınıb «xxxx» KB ASC- nin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-208/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Ali Məhkəmənin 2(102)-2405/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Şəki Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)- 208/2018 nömrəli qətnaməsi iddianın cavabdeh X6 aid təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2201/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(051)-4232/2016 nömrəli qətnaməsi “cavabdeh (zamin) X6 aid təmin edilmiş hissədə” ləğv edilmiş və mülki işin icraatına həmin hissədə xitam verilmişdir. İşə əlavə edilmiş “Əmlak ixtisaslaşdırılmış hərrac Mərkəzi”nin keçirdiyi hərracın nəticələri haqqında Y-256 №-li xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh2 məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 №-li evin 46 №-li mənzilini keçirilən iki hərrac baş tutmadığına görə “xxxx” KB ASC əmlakı “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən 20400 manata almışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhər Naxçıvan küçəsi 40 №li evin, 46 №li mənzili xx.xx.2020-ci ildən «xxxx” ASC-nin mülkiyyətindədir. İşə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin ******* № li xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 №li ev, 46 №li mənzildə Cavabdeh1, Cavabdeh2, X7, X8 və Cavabdeh4 qeydiyyatadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 iddiaçı «xxxx” ASC-dən aldığı kreditin ödənilməsinin təminatı olaraq onun mülkiyyətində olmuş Mingəçevir şəhəri Naxçıvan küçəsində 40 №li evin 46 №li mənzil ipoteka qoyulmuşdur. Kredit borcu ödənilmədiyi üçün məhkəmənin qətnaməsi ilə ipoteka predmeti hərraca çıxarılmış, lakin hərracda satılmadığına görə ipoteka predmeti olan mənzil «xxxx» ASC-yə təklif edilmişdir. İddiaçı mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almış və mülkiyyət hüququ əldə edilmişdir. Lakin cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1. maddısinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, cavabdehlərin Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 40 №li evin 46 №li mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və onların ailə üzvü X4 Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 40 saylı evin 46 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-478/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-478/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver