Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-48/2023 16.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən mənzildə aparılmış qanunsuz tikilinin sökülməsi və tikinti nəticəsində iddiaçıya məxsus olan Minəçevir şəhəri, Ə.Vahid küçəsi ev 4, mənzil 22-yə vurulmuş 315 (üç yüz on beş) manat məbləğində ziyanın, həmçinin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 (yiiz) manat və hüquqi xidmətlə bağlı sahibkar hüquqşünasa ödədiyi 250 (iki yüz əlli) manat və mənzilə dəymiş ziyanın hesablanması üçün "xxxx" MMC-yə ödədiyi 100 (yüz) manat, cəmi: 765 (yeddi yüz altmış beş) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 3 ildənn artıq müddətdir ki, cavabdehin təqsiri üzündən hamam otağına və yardımçı giriş hissəyə su axıdılır. Dəfələrlə cavabdehə bunun qarşısını almağı bildirsə də heç bir nəticəsi olmamışdır. Onu da bildirir ki, onun mənzili 1-ci mərtəbədə, cavabdehin mənzili isə 2-ci mərətəbə yerləşir. Suyun axınının hansı səbəbdən olmasını öyrəndikdə ona məlum olmuşdur ki, cavabdeh hamam otağında olan vannanı götürərək əvəzində onun yerində kafeldən çimmək üçün hörgü aparmışdır. Bundan əlavə cavabdeh mətbəxin də yerini dəyişərək mənzilin giriş hissəsində yeni mətbəx yaratmışdır. Bütün bunların nəticəsində cavabdeh qanuna zidd olaraq yaşayış sahəsini tikinti normalarına zidd olaraq və icra hakimiyyətindən icazə almadan mətbəxin yerini dəyişməklə və hamam otağında dəyişiklik etmişdir. Mənzil Məcəlləsinin 23 və 24-oü maddələrində göstərilmişdir ki, "‘Yenidən quraşdırılma, yer dəyişmə icra hakimiyyətinin qərarı əsasında aparılır”, lakin cavabdeh qanunun bu tələblərini kobud surətdə pozaraq qanunsuz olaraq mənzildə yenidənqurma işləri aparmışdır. Onun bu hərəkəti nəticəsində ona məxsus olan mənzil 315 (üç yüz on beş ) manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehə ona vurduğu ziyanın ödənilməsi ilə bağlı müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Hüquq savadım olmadığı üçün fərdi qaydada xidmət göstərən sahibkar hüquqşünasa müraciət etdi. Onun sənədlərlə tanış olmasına sərf etdiyi vaxta və iddia ərizəsinin hazırlanmasına görə aralarında olan razılaşmaya əsasən 250 manat xidmət haqqı ödədi. Bundan əlavə dəvmiş ziyanın hesablanması üçün rəsmi olaraq "xxxx" MMC-yə müraciət etdi. Bundan sonra onun müraciəti əsasında "xxxx" MMC-nin rəhbəri tərəfindən mənzilə baxış keçirildi, 315 manat məbləğində dəymiş ziyan aşkar oundu. Ona görə də Cavabdeh tərəfindən mənzildə aparılmış qanunsuz tikilinin sökülməsi və tikinti nəticəsində iddiaçıya məxsus olan Minəçevir şəhəri, Ə.Vahid küçəsi ev 4, mənzil 22-yə vurulmuş 315 (üç yüz on beş) manat məbləğində ziyanın, həmçinin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 (yiiz) manat və hüquqi xidmətlə bağlı sahibkar hüquqşünasa ödədiyi 250 (iki yüz əlli) manat və mənzilə dəymiş ziyanın hesablanması üçün "xxxx" MMC-yə ödədiyi 100 (yüz) manat, cəmi: 765 (yeddi yüz altmış beş) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstrədi ki, həmin mənzil onun mülkiyyətində deyil və o həmin mənzildə yaşamır. Həmin mənzil onun uzaq qohumunun tanımadığı bir dostu olan bir şəxsindir. O, sadəcə həmin mənzildə təmir işləri aparılan zamanı qohumunun xahişi ilə bir neçə dəfə həmin mənzildə olmuş və təmir aparılmasına nəzər yetmirmiş və həmir vaxtı iddiaçı onu orada görmüşdür. O, həmçinin hazırda həmin mənzildə kimin yaşayıb yaşamadığını da bilmir. Hesab edir ki, iddiaçının ona qarşı tələbi əsasszıdr ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İşə əlavə olunmuş Qeydiyyat Vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən ümumi sahəsi 30,06 kv.m, yaşayış sahəsi 17,11 kv.m bir otaqdan ibarət olan ev 4, mənzil 22 saylı yaşayış mənzili 2 saylı notariat kontorunun 18 may 2001-ci il tarixli 4Ə İ-237 reyestr saylı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş 14 saylı MİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri Ə.Vahid küəsində yerləşən 22 saylı mənzilə dəymiş ziyan 6 kv.m təşkil edir. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilə dəymiş ziyanın ümumi məbləği 315 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 9/6263 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 311 manat məbləğində müəyyən olunur. İşdə olan məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Əliağa Vahid küçəsində yerləşən 4 saylı evin 25 saylı mənzili X2 mülkiyyətindədir. İşə əlavə edilmiş X1 edilmiş sorğu nətəcəsində əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh yaşayış yeri Mingəçevir şəhəri Nizami ünvan 2 ünvanıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri maddi və mənəvi ziyanla bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın sübutetmə yükü iddiaçının, lakin qeyd olunan qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığnı sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. İş materiallarına əsasən və bu normaların tələbinə müvafiq məhkəmə hesab edir ki, İddiaçı cavabdehə qarşı maddi ziyanla bağlı tələbində iddi tələbinin təmin edilməsi üçün sübutların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tələbində qeyd etdiyi maddi ziyanın ödənilməsini və qanunsuz tikilinin sökülməsini cavabdeh kimi qeyd etdiyi Cavabdeh tələb edir. Lakin məhkəmə araşdırması zamanı mübahisəli mənzilin Cavabdeh mülkiyyətində olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlapk Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil X3 adlı başqqa şəxsin mülkiyyətindədir. Cavabdeh həmin mübahisəli mənzillə bağlı üzərində öhdəlik yaradan hər hansı bir müqavilə mövcud deyildir və onun hər hansı bir məsulmiyüyəti müəyyən olunmur. İşin hallarından da görünür ki, Cavabdeh Rusiya Fede6rasiyavsında yaşayan qohumunun xahişi ilə mübahisəli mənzilddə təmir işlərinin həyata keçirilməsi zamanı iştirak etmişdir. İddiaçı həmçinin cavabdehin həmin mənzildə hər hansı bir hüququnun və ya öhdəliklərinin yaramasını təsdiq edən hər hansı mötəbər sənədi də məhkəməyə təqdim etməmişdir. Həqiqətən də iddiaçının mülkiyyətində olan mənzilə dəymiş ziyanın mövcudluğu işdə olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapır. Lakin yuxarıda qeryd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbini əslində Cavabdeh qarşı deyil mənzilin əsl mülkiyyətçisinə qarşı qaldırmalıdır. Buradan aydın olur ki, iddiaçı tələbini yönəldiyi cavabdeh əslində əsl olmayan cavabdehdir. Göründüyü kimi iddiaçı iddiasında qeyd olunan tələblərə əməl etməmiş, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı, yəni Cavabdeh qarşı verilmişdir. Qanunun tələbində isə qeyd olunur ki, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin məhkəmə proseslərinin heç bir mərhəsində, iddiaçı tərəf buna təşəbbüs etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi qanunsuz olduğundan iddianın məhkəmə tərəfindən təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb qanunun tələblərinə məcmu halda qiymətm verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-48/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-48/2023
16.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver