Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-501/2021 16.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi və vəkili X8 iştirakı ilə, miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri M.F.Axundov küçəsi 15/16 №-li evin 2 №-li mənzili atası X3 xüsusi mükiyyətidir. O və ailə üzvləri həmin mənzildə yaşayırdılar. Atası xx.xx.2015-ci ildə, anası isə xx xxxx 2020-ci ildə vəfat etmişlər. Həmin vaxtdan həmin mənzilə o, sahiblik edir və faktiki olaraq miras əmlakı qəbul etmiş, bu gün də istifadəsindədir və sahiblik edir. Onun Tahir adlı qardaşı və Sədaqət adlı bacısı var. Onlar uzun müddətdir ki, yəni 40 ildən çoxdur ki, Rusiyada yaşayırlar. Mingəçevirə gəlib-getmirlər və bir gün də olsun həmin mənzili idarə etməmişlər. O, miras əmlakı qəbul etmiş, mənzilin bütün idarəçiliyi və saxlanması onun tərəfindən həyata keçirilmişdir. Ona görə də atası X2 miras qalmış Mingəçevir şəhəri M.F.Axundov küçəsi 15/16 №-li evin, 2 №-li mənzilinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən olunması ona vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi vəkili X14 da məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirlmiş X10 ifadəsində göstərdi ki, uşaq yaşlarından ərizəçi ilə qonşudur. Ərizəçi valideynləri ilə birlikdə Mingəçevir şəhəri M.F.Axundov küçəsi 15/16 №-li evin, 2 №-li mənzilində yaşamış, valideynlərinin ölümündən sonra da həmin mənzildə Ərizəçi uşaqları ilə birlikdə yaşayır. Valideynlərinə Sevinc baxmış, yaslarını da o, vermişdir. Sevincin bacı-qardaşlarının həmin mənzildə yaşadıqlarını, mənzilə gəlib-getdiklərini görməmişdir. X7 məhkəmə iclasında ifadəsndə bildirdi ki, Ərizəçi qohumudur. Həqiqətən də, Sevincin valideynləri öləndən sonra mənzilə ərizəçi sahiblik etmiş və hal-hazıradək uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. X1 məhkəmə iclasında ifadəsında bildirdi ki, Sevinclə qonşudur. Anasına və atasına Sevinc baxıb, valideynləri rəhmətə gedəndə yası da Sevinc götürüb. Sevincin bacıqardaşları heç vaxt həmin mənzilə gəlib-getməmişlər. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri M.F.Axundov küçəsi 15/16 №li evin, 2 №li mənzili tam mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1974-cü il təvəllüdlü Ərizəçi valideynləri X9 və X6r. İşə əlavə olunmuş nikahın bağlanması haqqında arayışdan görünür ki, X9 ilə X4 nikahı xx xxxx 1957-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 117 №-ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 qızı xx xxxx 2020-ci ildə ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx xxx 2015-ci ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X3 vərəsələri həyat yoldaşı X12 oğlu, oğlu Hüseynov Tahir, qızları Ərizəçi və X22 qızıdır. İşə əlavə olunmuş 05 №-li MİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 58 № li forma 2 arayışdan görünür ki, Mingəçevir şəhəri M.F.Axundov küçəsi 15/16 № li evin 2 № li mənzili X3 mülkiyyətindədir, mənzildə Ərizəçi Nazxanım və Hüseyn adlı uşaqları ilə birlikdə qeydiyyatdadırlar. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər, M.F.Axundov küçəsi 15/16 № li evin 2 № li mənzili X3 mülkiyyətindədir. Mülkiyyətçi X9 xx xxx 2015-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi miras qoyan Salik Hüseynovun qızıdır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi atasından miras qalmış mənzildən istifadə edərək ona sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinə əsasən X5 məxsus olan və miras qalmış Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 15/16 №-li evin 2 №-li mənzilinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X3 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri M.F.Axundov küçəsi 15/16 №-li evin 2 №-li mənzilinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-501/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-501/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver