Məhkəmə qərarları › İş №2(051)-510/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-510/2021

30.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-510/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialının nümayəndəsi və vəkili X4, Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialının cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı şəhadətnaməni və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair isə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı şəhadətnaməni və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək izahatında bildirdi ki, “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialının mülkiyyətində olan torpaq sahəsinin 1.5179 ha torpaq sahəsi 066 N-li Şəhadətnamə əsasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmaqla Cavabdeh verilmişdir. Odur ki, “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq 1.5179 ha hissəsinin cavabdehə verilməsini təsdiq edən 066 N-li Şəhadətnamə və xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialının cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı şəhadətnaməni və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №li qərarının 6.1-ci bəndində qeyd edilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə görə inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah edilməlidir ki, işə ümumi məhkəmədə baxılmalı olmadığına görə həmin tələblə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı “Çernobl Əlilləri Cəmiyyəti” X2 filialının cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı şəhadətnaməni və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar