Məhkəmə qərarları › İş №2(051)-510/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-510/2022

26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-510/2022 26.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsinin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X5 onun əri olmuşdur. Bəxtiyar Hüseynovla birgə nikahlarından Kəmalə və Etibar adlı iki uşaqları olmuşdur. Uşaqları yetkinlik yaşına çatmışlar. X3 xx.xx.1998-ci ildə vəfat etmişdir. X10 işlədiyi Azərbaycan SSR Tikinti Nazirliyinin 6 №-li tresti 60 №-li Ti-nin Həmkarlar İttifaqı Komitəsinin tərəfindən ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi verilmişdir. Miras əmlakın rəsmi qaydada qəbul edilməsi ilə bağlı rəsmi qaydada müraciət edə bilməmişdir. Lakin sözügedən bağ sahəsini faktiki istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. Torpaq sahəsi onun tərəfindən qəbul olunmuş və idarə olunur. O, artıq uzun müddətdir ki, sözügedən mirası qəbul etmiş və əmlak onun tərəfindən idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə, ona Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun ərindən qalmış miras əmlakı qəbul etmək faktını başqa yolla müəyyən etmək imkanı yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə Maraqlı şəxs3 məhkəməyə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılaraq əmlakın məhz ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi xahiş etmişdir, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 05/Q-688/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1951-ci il tarixdə Şəki rayonunun, Zəyzid kəndində doğulmuş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021ci il tarixədək aparılmış və xx.xx.1962-cı il tarixdə doğulmuş arvadı-Ərizəçi, xx.xx.1986-cı il tarixdə doğulmuş qızı- X6, xx.xx.1996-cı il tarixdə doğulmuş oğlu-Maraqlı şəxs3 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q-688/15 saylı məktubdan görünür ki, mərhum X4 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixli, 297 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 1, mənzil 18” qeyd olunmuşdur. İşdə olan İşdə nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X5 xx.xx.1995-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İşdə olan Mingəçevir Şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş 265355 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 1459 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs3 tərəfindən yazılmış ərizədən və Maraqlı şəxs2 tərəfindən göndərilmiş teleqramdan görünür ki, onlar mərhum atalarından miras qalmış torpaq sahəsinin ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. İşdə olan DƏDRX tərəfindən verilmiş **********417 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X4 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs3 və Maraqlı şəxs2 X1 qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0.057 ha torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar