Məhkəmə qərarları › İş №2(051)-516/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-516/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-516/2021 11.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi Adgözəlova Vəfa Mürsəl qızı və Maraqlı şəxs rəisi Sevinc Hüseynovanın iştirakı ilə, Ərizəçi: Ərizəçi «Doğum akt qeydinə düzəliş edilməsi » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2010-cu il tarixdə 967 № ilə qeydə alınmış xx xxxxxx 2009-cu ildə Yevlax rayonu Tanrıqulular kəndində doğulmuş X2 doğum akt qeydində ata qrafasının İsmayılov Şəmil kimi yazılmasına düzəliş edilməsi, ata qrafasının İsmayılov Oğulcan kimi dəyişiklik edilməsi, analoji olaraq Mingəçevir şəhər X2 Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci ildə 17№ ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydində X3 adının X4 adına düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Adgözəlova Vəfa Mürsəl qızı məhkəmə iclasında izahatında göstərmişdir ki, ərizəçi Türkiyə respublikası vətəndaşı Oğulcan Çakmakla faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Ailə münasibətlərindən valideyinlərinin məlumatı olmamışdır. Onların birgə münasibətlərindən Tunar adlı uşaqları olmuşdur. Oğulcan həmin vaxt Gülnarı atıb getdiyindən ərinin türk vətəndaşı olduğunu valideyinlərindən gizlətmişdir. Ona görə də uşağın ata adını Azərbaycanlı adı qoymuşdur. Oğlu böyüdükdən sonra Oğulcanla biz bir daha görüşüb barışmışlar. O da könüllü öz doğma övladna atalıq vermişdir. Ancaq oğlu Tunara ilk dəfə doğum haqqında şəhadətnamə alarkən onun adını X1 qeyd etdirdiyindən oğluna atası tərəfindən atalıq verilərkən Tunarm əvvəlki ata adının Şəmil oğlu qeyd olunması ailəmdə sözsöhbət yaratmışdır. Ərizəçi əri Oğulcan Çakmakla birgə uşağın doğum akt qeydində ata adının düzgün olmaması səbəbindən dəyişiklik edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. xx xxxxxxx 2020-ci ildə oğlu Tunara atası Çakmak Oğulcan tərəfindən atalıq verilmiş və o, X2 atası hesab edilmişdir. Övladının ona əlavə suallar verməməsi, atasının adının əvvəllər başqa olması səbəbindən onun travma yaşamaması üçün doğum akt qeydində ata qrafasında ata adının Oğulcan kimi dəyişdirilməsini istəyirəm. Ona görə də Maraqlı şəxs tərəfindən xx xxxxxx 2010-cu il tarixdə 967 № ilə qeydə alınmış xx xxxxxx 2009-cu ildə Yevlax rayonu Tanrıqulular kəndində doğulmuş X2 doğum akt qeydində ata qrafasının İsmayılov Şəmil kimi yazılmasına düzəliş edilməsi, ata qrafasının İsmayılov Oğulcan kimi dəyişiklik edilməsi, analoji olaraq Mingəçevir şəhər X2 Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci ildə 17№ ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydində X3 adının X4 adına düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. Maraqlı şəxs tərəfindən xx xxxxxx 2010-cu il tarixdə 967 № ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydində ata qrafasında Şəmil əvəzinə Oğulcan kimi qeyd edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar