Məhkəmə qərarları › İş №2(051)-52/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-52/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-52/2020 04.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi, X1 İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, X1 İddiaçı ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ləğv Prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, MF-KL/01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, MF-KL/01 №li ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Yevlax rayonu Havarlı kəndində 0.05 ha torpaq sahəsində yerləşən, 74.2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin hazırda banka 5642 manat əsas kredit borcu, 700 manat faiz borcu olmaqla, cəmi 6342 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişim daşınmz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü Çıxarşların surətlətinin notarial qaydada təstiqlənməsi üçün 10 manat pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, ödəmənin Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ipoteka qoyulmuş Yevlax rayonu Havarlı kəndində 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinin yönəldilərək, həmin evin və torpaq sahəsini açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ASC-dən 7000 manat kredit götürmüşdür. Lakin maddi imkanı olmadığı üçün kredit borcunu tam ödəyə bilməmişdir. Kredit götürülərkən Yevlax rayonu Havarlı kəndindində 0.05 ha torpaq sahəsində yerləşən 47.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinə görə evin bazar dəyəri 35000 manat təşkil edir. Mənzilin qiymətləndirlməsi ilə bağlı mübahisə yoxdur. Ancaq evin satılmasına razı deyil. Kredit bocunu ödəyəcəklər. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış MF-KL/01 №li, xx.xx.2017ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh 60 ay müddətinə 7000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2017-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 7000 manat kredit götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus Yevlax rayonu Havarlı kəndindində 0.05 ha torpaq sahəsində yerləşən 47.2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka qoyulmuş fərdi yaşayış evin ilkin satış qiyməti 35.000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 17943 №li rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli MF- KL/01 №li kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu, 5639 manat əsas borc və 606.11 faiz borcu olmaqla, cəmi 6245.50 manat məbləğində kredit borcu müəyyən olunur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə İddiaçı ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülkli Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 5639.39 manat əsas borc və 606.11 manat faiz borcu olmaqla, cəmi 6245.50 manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 manat Cavabdeh alınaraq Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Yevlax rayonu Havarlı kəndində 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməli, ev açıq hərracda satılmalı, evin satışından əldə olunmuş pul vəsaitindən cavabdehin banka olan borcu ödənilməli, borcun ödənilməsindən sonra qalan pul cavabdehə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 5639.39 (beş min altı yüz otuz doqquz manat otuz doqquz qəpik) manat əsas borc və 606.11 (altı yüz altı manat on bir qəpik) manat faiz borc, cəmi 6245.50 (altı min iki yüz qırx beş manat əlli qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 (on) manat tutularaq X1 İddiaçı ASC-yə verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş evə yönəldilsin. Cavabdeh məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 35000 (otuz beş min) manat qiymətləndirilmiş Yevlax rayonu Havarlı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 74.2 kv.m. fərdii yaşayış evi açıq hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 5639.39 (beş min altı yüz otuz doqquz manat otuz doqquz qəpik) manat əsas borc və 606.11 (altı yüz altı manat on bir qəpik) manat faiz borcu olmaqla, cəmi 6245.50 (altı min iki yüz qırx beş manat əlli qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü Çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün 10 (on) manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan pul cavabdehə qaytarılsın. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Cavabdeh tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar