Məhkəmə qərarları › İş №2(051)-522/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-522/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-522/2021 18.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 1966-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Lakin SSRİ pasportu alan zaman onun pasportdan doğum tarixi xx xxxxxx 1967-ci il kimi qeyd edilmişdir. SSRİ pasportu ləğv edildikdən sonra yeni Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi verilən zaman verilən şəxsiyyət vəsiqəsində də pasporta əsasən onun doğum tarixi xx xxxxxx 1967-ci il kimi qeyd edilmişdir. Uşaqlarına şəxsiyyət vəsiqəsi almaq üçün Mingəçevir Regional “ASAN xidmət” mərkəzinə müraciət edən zaman uşaqların doğum akt qeydi ilə onun doğum tarixində ziddiyyət yaranmışdır. Təktrar doğum haqqında şəhadətnamə almaq üçün Mingəçevir Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona sənədlərdə uyğunsuzluq olduğundan təkrar doğum haqqında şəhadətnamə vermək mümkün olmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşlər. Bu səbəbdən də məhkəməyə müracət etməli olub. xx xxxxxx 1966-cı ildə doğulması faktının başqa yolla müəyyən edə bilmir. Ona görə də onun xx xxxxxx 1966-cı ildə anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Doğumun qeyd edilməsi faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi doğma qardaşdır. Əkrəm xx xxxxxx 1966-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hər il dekabr ayının 02-də qardaşı Əkrəmin ad gününü qeyd edirlər. X2 məhkəmə iclsında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Əkrəm onun doğma qardaşıdı. Həqiqətən də, qardaşı Əkrəm xx xxxxxx 1966-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Əkrəm onun doğma qardaşıdır. Əkrəmin ad gününü həmişə xx xxxxxx 1966-cı ildə keçiriblər. İşə əlavə edilmiş şəxsyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs Ərizəçi 05/Q-140/15 saylı xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, Maraqlı şəxs tərəfindən tərtib olunmuş xx.xx.1966-cı il tarixli 1256 saylı doğum haqqında akt qeydinə əsasən doğum tarixi “xx.xx.1967-ci il” deyil, “xx.xx.1966-cı il” kimi qeyd edimişdir, ona görə də təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar üzrə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçi Baxşəliyev Əkrəm İsrafil oğlu xx xxxxxx 1966-cı ildə anadan olmuşdur. Lakin şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxxxx 1967-ci il yazılmışdır. Ərizəçi təkrar doğum haqqında şəhadətnamə almaq istəyir. Ancaq doğum akt qeydində doğum tarixi xx xxxxxx 1967-ci il deyil, xx xxxxxx 1966-cı il yazılmışdır. Ərizəçinin doğum tarixi ilə əlaqədar sənədlər arasında ziddiyyət olduğuna görə ərizəçiyə təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün hesab olunmamışdır. Məhkəmə iclasında ifadə vermiş şahidlər ifadələrində bildirdilər ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə deyil, xx xxxxxx 1966-cı ildə doğulmuşdur. Maraqlı şəxs imtina məktubunda da göstərilir ki, Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 1966-cı il tarixli 1256 saylı doğum haqqında akt qeydinə əsasən ərizəçinin doğum tarixi xx.xx.1967-ci il deyil, xx.xx.1966-cı il qeyd edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1966-cı ildə tərtib edilmiş doğum akt qeydində xx.xx.1967-ci ildə doğulacaq uşağın doğum qeydinin aparılması əsaslı və həqiqətə uyğun deyil. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi xx xxxxxx 1966-cı ildə doğulması faktı müəyyən edilməlidir. Faktın müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi xx xxxxxx 1966-ci ildə doğulması faktı müəyyən edilsin. Qətnamə ərizəçiyə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar