Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-524/2020 14.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «səhibdar cəmiyyətə aid olan sənədlərin tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pozulmuş hüququn bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Cavabdeh ASC-nin son tarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin surətini, 2) Cavabdeh ASC-nin 2017-ci cə 2018-ci ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun surətini:
3. Cavabdeh ASC-nin Emissiya Pospektinin surətini;
4. Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun surəti; Cavabdeh ASC-dən alınıb ona verilməsi, təqdim ediləcək sənədlərin surəti olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və möhrü vurulmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram göndərərək iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2019-cu il tarixli, № AA56654085 saylı, depo hesabında çıxarışa əsasən Cavabdeh ASC-nin səhmdarıdır. O, Cavabdeh ASC-nin səhmdarı olmaqla qanunvericiliklə səhmdarala verilmiş bütün hüquqlara malikdir. X3 rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixində İdarə Heyyətinin sədrinə mürüciət edərək Cavabdeh ASC-nin son tarixi Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətini, 2017-ci ilin yekununa dair keçirilmiş Ümumi yığıncaq protkolunun surətini, ASC-nin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Səhmdarların növbədənkənar Yığıncağının protokolunun surətini, Cavabdeh ASC-nin Emissiya Pospektinin surətini xahiş etsə də cavabdeh həmin sənədləri ona verməkdən imtina etmişdir. O göstərilən cəmiyyətə aid sənədləri rəsmi qaydada tələb etsə də sözügedən sənədlər ona təqdim olunmamışdır. Ona görə də 1) Cavabdeh ASC-nin son tarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin surətini, 2) Cavabdeh ASC-nin 2017-ci cə 2018-ci ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun surətini: 3. Cavabdeh ASC-nin Emissiya Pospektinin surətini; 4. Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun surəti; Cavabdeh ASCdən alınıb ona verilməsi, təqdim ediləcək sənədlərin surəti olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və möhrü vurulmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən tələb olunan sənədləri verməkdən imtina etmirlər. İddiaçı tərəfindən tələb olunmuş sənədlər ona təqdim olunmuşdur. Lakin yenidən sözügedən sənədlərin azımi qaydada təstiq edilmiş surətlərini verə bilərlər. Ona görə də iddianın təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qüvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı 4500 ədəd adi adlı səhmlərə malik olmaqla Cavabdeh ASC-nin səhmdarlarıdır (Milli Depozit Mərkəzi tərəfindən verilmiş depo hesabından çıxarışlar xx.xx.2019, № AA56654085). İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ASC-dən səhmdarlara aid sənədlər tələb etmiş, lakin həmin sənədlər ona təqdim edilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi sənədləri tələb etsə də cavabdeh tərəfindən göstərilən sənədlər təqdim olunmamışdır. İddiaçnın tələb etdiyi sənədlər aşağıdakilərdir: 1) Cavabdeh ASC-nin son tarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin surətini, 2) Cavabdeh ASC-nin 2017-ci cə 2018-ci ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun surətini:
3. Cavabdeh ASC-nin Emissiya Pospektinin surətini;
4. Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun surəti; Məhkəmə qeyd edir ki, Cəmiyyətin Nizamnaməsinin 5-ci maddəsində səhmdarların hüquq və vəzifələri təsbit olunmuşdur. Həmin maddənin 5.1-ci bəndinə əsaasən səhmdarın cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və ildə bir dəfə onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq və s. geniş hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsində səhmdar cəmiyyətin səhmdarlarının hüquqi anlayışı, həmçinin səhmdarların hüquqları təsbit olunmuşdur. Həmin Məcəllənin 106-1.3.2-ci maddəsinə əsasən də, səhmdarın qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ vardır. Göründüyü kimi, istər Mülki Qanunvericilik, istərsə də Mülki Qanunvericilik əsas götürülməklə tərtib və təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsi səhmdarlara Cəmiyyətin fəaliyyəti ilə bağlı hesabatlılıq baxımından geniş imkanlar tanıyır (verir). «Kommersiya sirri haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində kommersiya sirri hesab edilməyən məlumatlar öz əksini tapmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıların səhmdarları olduqları Cəmiyyətdən onlara təqdim olunmasını tələb etdikləri məlumatlar (sənədlər) «Kommersiya sirri haqqında» Azərbaycan Respublikası Qanununun təsiri altına düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin etirafları nəzərə alınmaqla iddiaçı tərəfindən tələb edilən ) Cavabdeh ASC-nin son tarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin surətini, 2) Cavabdeh ASC-nin 2017-ci cə 2018-ci ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun surətini: 3. Cavabdeh ASC-nin Emissiya Pospektinin surətini; 4. Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun surəti iddiaçıya təqdim olunmalıdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. 1) Cavabdeh ASC-nin son tarixli Qiymətli Kağız Mülkiyyətçilərini Reyestrinin, 2) Cavabdeh ASC-nin 2017-ci cə 2018-ci ilin yekunlarına dair keçirilmiş Ümumi Yığıncağın protokolunun: 3. Cavabdeh ASC-nin Emissiya Pospektinin; 4. Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Səhimdarlarının növbədənkənar Ümumi Yığıncağın protokolunun lazımi qaydada təstiq edilmiş surətləri İddiaçı təqdim edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ələkbər Hüseynov