Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-527/2021 09.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşınikahın etibarsız sayılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı1 Cavabdeh ilə 2019-cu ildı Bakı şəhərində tanış olmuşlar. Həmin vaxtdan etibarən tərəflər arasında dostluq münasibəti yaranmışdır. 2020-ci ilin fevral ayında Cavabdeh Bakı şəhərində ipoteka ilə mənzil almaq məqsədilə iddiaçıya onunla nikaha daxil olmağa təklif edib. Razılaşmaya görə Samir tez bir zamanda bu məsələni həll etməsini və daha sonra nikahın pozulmasını vəd vermişdi. Aralarında olan səmimi münasibətə görə iddiaçı cavabdehin təklifi ilə razılaşıb xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzində nikahlarını rəsmiləşdirmişlər. Lakin mart ayında Covid-19 pandemiyasının surətlə yayılması, dövlət idarə və təşkilatlarının bağlandığına görə cavabdeh vəd etdiyi müddətdə ipoteka ilə mənzili ala bilməmiş, iddiaçı ilə cavabdeh arasında narazılıq yaranmışdı. Onların toy mərasimi olmamış, aralarında heç bir ailə münasibətləri olmamış, yalnız nikah bağlamışlar. Ona görə də iddianın təmin olunmasını, tərəflər arasındaki nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, iddiaçı ilə nikahı ailə qurmaq niyyəti ilə bağlamamışlar. Onun niyyəti Bakı şəhərində yaşayan iddiaçı ilə rəsmi nikah qeyd etdirib, ipoteka ilə mənzil almaq, sonra nikahı pozmaq olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini və cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 06 mart 2020-ci ildə 867 № ilə 5 saylı Bakı şəhər “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasındakı nikah ailə qurmaq niyyəti ilə bağlanmamışdır. Onların arasında ailə münasibətləri yoxdur, ayrı yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Göstərilənlərə əsasən iddia təmin olunmalı, tərəflər arasındakı nikah etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25, Mülki Prosessual Məcəllənin 216-220ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı1 ilə Cavabdeh arasında 5 saylı Bakı şəhər “Asan Xidmət” Qeydiyyat şöbəsində 06 mart 2020-ci ildə 867 № ilə qeydə alınmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-527/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-527/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver