Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-531/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı, vəkili Vəkil, tərcüməçi X2 iştirakı ilə, İddiaçı Aleksandrovanın cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2eviçə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2eviçə qarşı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin 66 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2eviçə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin 66 №-li mənzilində yaşayır. Həmin mənzilin ümumi sahəsi 32.8 kv.metr olmaqla 2 otaqdan ibarətdir. Mənzil Mingəçevir şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 212 saylı qərarına əsasən Mingəçevir şəhər İcra Hakimiyyətinin Orderi ilə onun və ailə üzvləri Cavabdeh1oviç, X5 və Cavabdeh2eviçin istifadəsinə verilmişdir. Anası Marina İstomina Cavabdeh1oviçlə nikahlarını 1989-cu ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından Yeqor adl bir övladı olmuşdur. Lakin onlar uzun müddət deyil, cəmi 2-3 il bir yerdə yaşamışlar. Belə ki, Cavabdeh1 oğlu Yeqoru götürərək Rusiya Federasiyasına getmişdir. Həmin vaxt Yeqorun 2-3 yaşı olmuşdur. Həmin vaxtdan da onlarla heç bir əlaqələri olmamışdır. Anası Marina xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda mənzildə tək yaşayır. Mənzili özəlləşdirmək istəyir. Lakin cavabdehlər harda olduqlarını və ya yaşayıb-yaşamadıqlarını bilmir. Bu səbəbdən də mənzili özəlləşdirə bilmir. Artıq 30 ildir ki, cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2eviçin Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin 66 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Vəkil da cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamamasını, başqa yaşayış sahəsinə köçüb orada yaşamasını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2000-ci ildən 14 saylı MİS-də rəis vəzifəsində işləyir. İddiaçını və onun anasını tanıyır. Mingəçevir şəhəri Ə.Vahid küçəsi(keçmiş Fuçik küçəsi) 4 №-li evin 66 №-li mənzilində iddiaçı anası ilə birlikdə yaşayırdı. Anası vəvat edəndən sonra iddiaçı həmin mənzildə tək yaşayır. Bu vaxta kimi cavabdehləri həmin mənzilə gəlib-gedən görməmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2000-ci ildən 14 saylı MİS-də pasport qeydiyyatçısı işləyir. Sözügedən mənzildə Anastasiya əvvəl anası ilə yaşayıb, anası rəhmətə gedəndən sonra tək yaşayır. O, işlədiyi vaxtdan iddiaçının həmin mənzildə yaşadığını görmüşdür. Başqa heç kimi görməmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 001776 №-li orderdən görünür ki, Mingəçevir şəhər X9 İcraiyyə Komitəsinin 212 №-li xx xxxxx 1991-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Fuçik küçəsi 4 №-li evin 66 №-li mənzili Cavabdeh1 adına qeyd edilməklə mənzil onun, arvadı X4, qızı İddiaçı, oğlu Cavabdeh2eviçin istifadəsinə verilmişdir. İşə əlavə edilmiş 14 №-li MİS-dən verilmiş xx xxxxx 2021-ci il tarixli 280 №-li arayışda göstərilir ki, İddiaçı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin 66 №-li mənzilində 1991-ci ildən yaşayır. İşdə olan 14 №-li MİS-in işçiləri və qonşular tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tatixli aktda göstərilir ki, Cavabdeh1 və Cavabdeh2 30 ildir Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin 66 №-li mənzilində yaşamırlar. İşə əlavə olunmuş 14 №-li MİS tərəfindən verilmiş 26.091.2021-ci il tarixli 84 № li forma 2 arayışdan görünür ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 № li evin 66 № li mənzili İcra Hakimiyyətinə məxsusdur, mənzildə Cavabdeh1, İddiaçı Aleksandr qızı, Cavabdeh2 qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi (keçmiş Fuçik küçəsi) 4 №-li evin 66 №-li mənzili dövlət fondu mənzilidir. Mənzil Mingəçevir şəhər X9 İcraiyyə Komitəsinin qərarı ilə 001776 №-li orderlə Cavabdeh1oviçin adına qeyd edilməklə onun, arvadı X4, qızı İddiaçı, oğlu Cavabdeh2eviçin istifadəsinə verilmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə uyğun olaraq şəxsin, müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərinin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehlərin adı mənzilin istifadəyə verilməsi barədə orderdə göstərilsə də onlar uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2oviçin Mingəçevir şəhəri Ə.Vahid küçəsi (keçmiş Fuçik küçəsi) 4 №-li evin 66 №-li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prossesual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253,360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2eviçin Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin 66 №-li mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-531/2021
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-531/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver