Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-540/2024 03.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən payın müəyyən edilməsi, fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni X10 və az yaşlı övladları – 12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 1ünvanda yerləşən torpaq və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etdərək, birgə nikah dövründə əldə olunmuş, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri fərdi yaşayış evindən onun payının 3/5 və Cavabdeh payının 2/5 hissədə müəyyən olunması və onun, yəni İddiaçı və az yaşlı övladları – 12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 11 sentyabr 2008-ci ildə Cavabdeh ilə nikahını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Toy şənliyindən sonra el adəti üzrə Cavabdeh yaşadığı, Mingəçevir şəhərinin Şəfəq küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt ona məxsus cehiz əmlakları da qeyd olunan fərdi yaşayış evinə yerləşdirilmişdir. Lakin həmin ev özəlləşməmişdir. Birgə nikahdan onların 12 noyabr 2008-ci ildə Xədicə və 25 aprel 2011-ci ildə Şəhla adlı övladları dünyaya gəlmişlər. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulandan sonra Xədicə və Şəhla adlı uşaqlarının onun yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin olunmuşdur. Qeyd edir ki, o, Cavabdeh ilə 2022-ci ilin avqust ayına kimi Mingəçevir şəhərinin Şəfəq küçəsində yerləşən 10 saylı fərdi yaşayış evində övladları ilə birlikdə yaşamış və onunla birgə mənzil təsərrüfatını idarə etmişdir. Cavabdehlə münasibətləri pozulandan sonra uşaqları ilə birlikdə qardaşına məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Lakin qardaşının ailəsi geniş olduğu üçün daimi olaraq bir yerdə yaşamaları mümkün deyil. Eyni zamanda da heç bir yerdə işləmədiyi və maddi imkanı aşağı səviyyədə olduğuna görə kirayə mənzil tutub yaşaya bilmir. Hesab edir ki, cavabdehə məxsus fərdi yaşayış evindən onun və övladlarının istifadə hüququ var. Eyni zamanda da Cavabdeh ilə birgə nikah dövründə qeyd olunan fərdi yaşayış evinin təmir olunmasında iştirak etmişdir. Belə ki, onlar birgə nikah dövründə Şəfəq küçəsi 10 ünvanda yerləşən torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişlər. Qeyd olunan fərdi yaşayış evi onun uzun illər banklardan götürdüyü kredit vəsaitlərinin hesabına tikilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəsini belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, onun, yəni X10 və az yaşlı övladları – 11 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X19 ilə birlikdə Mingəçevir şəhərinin Şəfəq küçəsi 10 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına ehtiyacı yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə görə birgə nikah dövründə əldə olunmuş və özəlləşdirilməmiş evlərin də birgə nikah dövründə əldə olunmuş əmlak kimi qəbul edilməsi və həmin əmlakdan payın müəyyən olunması nəzərdə tutulmuşdur. Bununla bağlı bildirir ki, o, İddiaçı Famiz qızı 11 sentyabr 2008-ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Toy şənliyindən sonra el adəti üzrə Cavabdeh yaşadığı, Mingəçevir şəhərinin Şəfəq küçəsində yerləşən yerləşən 10 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulandan sonra Xədicə və Şəhla adlı uşaqlarının onun yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin olunmuşdur. Qeyd edir ki, o, Cavabdeh ilə 2022-ci ilin avqust ayına kimi Mingəçevir Şəfəq küçəsində yerləşən 10 saylı fərdi yaşayış evində övladları ilə birlikdə yaşamış və onun birgə mənzil təsərrüfatını idarə etmişdir. Eyni zamanda da Cavabdeh ilə birgə nikah dövründə Mingəçevir şəhərinin Şəfəq küçəsi 10 ünvanda yerləşən torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişlər. Yeni fərdi yaşayış evi 5 otaqdan ibarətdir. Həmin evin tikilməsində o da yaxından iştirak etmişdir. Belə ki, qeyd olunan fərdi yaşayış evi onun uzun illər banklardan götürdüyü kredit vəsaitlərinin hesabına tikilmişdir. Məhkəmədən Mingəçevir şəhərinin Şəfəq küçəsində yerləşən 10 saylı fərdi yaşayış evindən onun payının 3/5 və Cavabdeh payının 2/5 hissədə müəyyən olunması və onun, yəni İddiaçı və az yaşlı övladları – 12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X16 ilə birlikdə Mingəçevir şəhərinin Şəfəq küçəsi 10 ünvanda yerləşən torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ona qarşı məhkəmədə fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsilə müraciəti etmişdir. Onun müraciətini əsassız və qanunsuz hesab edir. Belə ki, Mingəçevir şəhəri, Şəfəq küçəsi, ev 10 onun valideynlərinin, nənəsinin və babasının evi olmuşdur. Həmin vərəsəlik əsasında 1997-ci ildə onun adına keçmişdir. Nəzərə çatdırır ki, həmin ev Mingəçevir kəndində yerləşir və sel olarkən evi sel yuyub aparmışdır. Bu vurulmuş ziyanla əlaqədar olaraq, dövlət nənəsi və atasına evin tikilməsi üçün pul ödəmişdir. Həmin ödənilən pul məhlədə olan mal-qaranı sataraq, kredit götürərək, həmin evi bərpa etmişlər, öz vəsaitləri hesabına bunu etmişlər. Həmin evin tikilməsində anası və bacısının da vəsaiti də xərclənmişdir. Ona həmin mənzil 1997-ci ildə vərəsəlik əsasında keçmişdir. Onlar İddiaçı ilə 2008-ci ildə ailə qurmuşlar və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. İddiaçı atası evində yaşayır. Həmçinin həmin mənzildə onun anası və bacısı da qeydiyyatdadır. Nəzərə çatdırır ki, o, mövcud qanunların tələbinə uyğun olaraq, onu mənzilə qeydiyyata aldırmamışdır. Daha doğrusu, tərəf köhnə Mənzil Məcəlləsinin, yəni 1982-ci il uyğun olaraq, 123-cü maddənin tələbinə əsasən yaşayış hüququnun olmasını əsaslandırır. Nəzərə çatdırır ki, AR Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixdə qərarı verilmişdir və müəyyən edilmişdir ki, Mənzil Məcəlləsinin 123.1-ci maddəsinə görə yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürüldüyü vaxtda ailə üzvləri onların göstərişi zamanı başqa qeyri-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə hüququna malikdirlər. Bu hüquq mülkiyyətçiyə səlahiyyət verici hüquqdur. Bununla əlaqədar AR Ali Məhkəməsinin təcrübəsində yaranan mübahisə ilə əlaqədar, Mülki Məcəllənin 28.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair sorğu ilə AR Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Belə razılıq 2001-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Nəzərə çatdırır ki, belə bir razılıq olmamışdır və yuxarıda göstərildiyi kimi dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də, AR Konstitusiya Məhkəməsi qərara alır ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, 2004-də İqbal onu qaçırmış və həmin ilin 12 aprelində toyları olmuşdur. O, gəlin köçərkən sözügedən ünvanda yerləşən köhnə evə gəlin köçmüşdür. Mingəçevir şəhəri, Şəfəq küçəsində yerləşən 10 saylı ev, vərəsəliklə evlilikdən öncə yoldaşı İqbala keçmişdir. Onlarda övladları ilə birlikdə həmin evə qeydiyyata düşmüşlər. 2007-də hamilə olmuşdur. Övladının dünyaya gəlməsinə 2 ay qalmış nikaha girmişlər. 2008-ci ilin oktyabr ayında rəsmi nikahları olmuşdur. O, ev tələb etməmişdir. İstifadə hüququ və köçürmə istəmişdir. Sonra isə televizorda olan bir xəbərdə görmüş ki, birgə nikah dövründə tikilən evlərin bölünməsi artıq mümkündür. Cavabdeh alimenti ödəmir, xeyli aliment borcu var. Onun uşaqları ilə birgə yaşayışında problem var. O istəyir ki, ona pay verilsin və o da həmin payın üzərinə pul qoyub, özlərinə 1 otaqlı ev alsın. Əks halda köçürülmə olsun. O tələb edir ki, cavabdeh uşaqları üçün pay versin. O, gəlin gəldiyi vaxt həmin ünvanda heç bir tikinti işi başlamamışdır. Yer belə qazılmamışdır Həmin ünvanda yerləşən özbaşına tikilinin bünövrəsi 2008-ci ildə qoyulmuş, 2009-da tikilməyə başlamışdır. 2015-ci ildə fərdi yaşayış evinin 2 otağını düzəldib, o, yoldaşı və 2 uşağı həmin evə köçmüşlər. Ev 2020-2021-ci illərdə tam hazır olmuşdur. O vaxt köçəndə 1 otaq və 1 mətbəx və sanuzel olmuşdur. Hazırda isə fərdi yaşayış evinin 3 yataq otağı, geniş zal, qarşısında koridor, mətbəx, eyvan və sanuzeli vardır. Ev kürsülüdür. Bütün ailə o evin tikintisinə pul qoymuşdur. Həmin ev ssuda ilə tikilməyib. Ailələr arasında problemlər olmuş, uşağın vəziyyəti ilə əlaqədar olaraq 8-9 ay kirayədə qalmışdır. Təxminən 2014-2015-ci illər ərzində kirayədə qaldığını xatırlayır. Kirayəni ödəməyə imkanları çatmırdı. Qayınatası yeni evin tikintisini bitirib köçməyi təklif etdi. Qardaşıgil torpağı satıb tikinti üçün verdilər. Qayınata və qayınanası köhnə evdə yaşayırdılar. Baldızı boşanıb gəldikdən sonra demişlər ki, köhnə evin üstündə qızları və özləri üçün yeni ev tikəcəklər. Qayınatasıgil orada, onlar isə artıq yeni tikilmiş evdə yaşayacaqlar. Sonra isə qayınatası öldü və qayınanası və baldız onlarla birlikdə yaşamağa başladılar, yəni yeni tikiliyə köçdülər. Qayınatası 2015-ci ildə rəhmətə gedib. Atası əvvəl ona cehiz almamışdır. Sonra yeni evə köçərkən atası ona bir yataq və bir termo almışdır. Özü isə qonaq stolu da almışdır. Hazırda özünə aid olan bütün mebeli anasıgilin ona verdiyi bir otağa qoymuş və hazırda da uşaqları ilə birlikdə orada yaşayır. Özü evdən çıxmışdır. Çıxmazdan 1 gün qabaq yoldaşı onu ölümcül döymüşdür. Qızı onu atasının əlindən almışdır. O, evdən avqust ayında 2022-ci ildə çıxmışdır. 24 oktyabr 2022-ci ildə boşanmışlar. Yoldaşının onu döyməyə səbəb kimi onun sözünə baxmamasını, boşanmaya getməməsi üçün və əxlaqsızlıq etdiyini göstərmişdir. Mediatorda nikah, aliment və mülk ilə bağlı mübahisə qaldırılmışdır. Bir dəfə 1 iyun 2023cü ildə iddia ərizəsi vermişdir, lakin razılığa gələcəklərini düşündüyü üçün geri götürmüşdür. Cehizlərini oktyabr ayında boşanmadan 3-4 gün sonra götürmüşdür. O illər boyu işləmiş, pul qazanmış evin tikintisində iştirak etmişdir. Həmin evin tikintisinə onun qohumları ilə bərabər qayınatası və qayınanası da köməklik etmişdir. Onlar evi birgə nikah dövründə özləri tikmişlər. O, iki yerdə işləyirdi. Məktəbdə və 5+ marketdə gecə növbəsində axşam saat 6-dan saat 3-ə kimi işləmişdir. Belə ki, o, məktəbdə 2003-cü ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayına kimi işləmişdir. Marketdə isə 2017-ci ildən 2022-ci ilə kimi işləyib. Məktəbdə işləyərkən 320 manat, 270 manat isə 5+ marketdən maaş almışdır. Cavabdeh kariyerdə işləyirdi. 2016-2017-ci illərdə normal maaş alırdı. Hazırda isə o, işləmir. Cavabdeh xalasından qalan evi 17000-ə satmışdır. 17000 manat pul məbləğindən 14500 manatını tamamilə tikilən evə xərclənmişdir. Qalan 2500 pulu cavabdehin qardaşına vermişdir. Gəlin köçdüyü evi su basdığına görə verilən ssuda məbləğindən xəbəri yoxdur, buna görə heç bir yardım görməmişdir. Qohumlarının çoxu usta olduğundan tikinti üçün dayısı, qardaşı, əmisioğlu və xalasıoğlu usta kimi gəlmiş bundan başqa 2 nəfər usta cəlb etmişlər. Taxtanı dayısından almışdır. Onların dediyinə görə yardıma görə verilən həmin pulla avtomobil alınmışdır. Sözügedən avtomobil qəzalı vəziyyətdə həyətdə olmuş, sonra onu təmir etdirərək satmışlar. Bundan sonra həmin pulla qayınatası heyvan almışdır. Boşanma işi olduğu zaman o işləmək üçün xaricdə olmuşdur. Əvvəl Almaniya, sonra Dubayda 8 ay olmuşdur. Sonra mülk məsələsi ilə bağlı müraciət etmək istəsə də, iş uzanmışdır. Belə ki, həmin vaxtlar vəkilinin sübutlar toplaması gecikmişdir. Vəkilinin ərizəsinə diqqət edərkən görmüş ki, o, tutarlı səbəblər qoymamışdır. Ona görə də ərizəsini 2022-də geri götürmüşdür. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, özbaşına tikilmiş fərdi yaşayış evi həmin ünvanda yerləşir. Həmin yaşayış evi iddiaçının vəsaiti hesabına tikilib. Ona görə də iddia tələbinin həcmini artırmış və həmin yaşayış yerindən pay tələb etmişlər. Bununla bağlı ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli qərarına istinad etmişlər. Həmin qərara istinad etməklə iddia tələbinin həcmini artırmışlar. Qərarda ümumi əmlakın bölünməsinə dair kifayət qədər izah verilmiş və çıxarışsız evlərin də bölünməsi orada göstərilmişdir. İddia tələbini tam müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Həmin ünvanda yerləşən o ev uçmuşdur. Ev nənəsindən vərəsəliklə ona keçmişdir. 1997-ci ildə köhnə ev, həmçinin torpaq sahəsi də, onun üzərinə keçib. İddiaçı köhnə evə gəlin gəlmişdir, həmin vaxt yeni evin sadəcə bünövrəsi olmuşdur. Həmin vaxt iddiaçı ilə evli olmamışdır. Nikah 2008-də olub. Pay verilməsinə etiraz edir. Yeni tikilini isə onun atası öz pulu ilə tikmişdir. Bir yerdə yaşamaq isə mümkün deyildir. İddiaçı həmin evdə qeydiyyatda deyil. Köhnə ev sel zamanı uçub. O, təzə tikilmiş evdə yaşayır. Evi tikitisinə 1997-ci ildən başayıb, 2017-ci ildə tikiblər. Tikinti o vaxt bitsə də, hissə-hissə tikilmişdir. Maddi imkanı olduqca yavaş-yavaş tikilmişdir. Tikinti 1997-ci ildən başlayıb hissə-hissə tikilərək başa çatmışdır. Atası 2017-ci ildə rəhmətə getmişdir. Ssuda verilməsinə dair sənədi hal-hazırda yoxdur. Lakin bilir ki, 1997-ci ilin yay ayında bütün kəndə sel gəlmiş və demək olar ki, bütün evlər uçmuşdur. 2015-də kirayədə qalmışlar. 6 ay kirayədə qalmışlar və həmin il 2 otaq tikiləndə onlar yeni tikiliyə köçmüşlər. O iddiaçını da döyməmiş, boşanmadan imtina etməyə razı salmağa çalışmışdır. İddiaçının fikri boşanmaq olmuş, öz həyatını istədiyi kimi yaşamaq olmuşdur. Birlikdə yaşamaq mümkün deyil. Təzə ev 4 otaqlıdır. 3 otaq və 1 zaldan ibarətdir. Alimenti vaxtında və artıq ödəyir. Belə ki, aliment aylıq 280 manatdır. O, 300, 320 manat aylıq ödəniş edir. Evin tikintisinə əsas valideynləri vəsait ayırıb. Ona xalasından ev qalmış, həmin evi 17000-ə satmışdır. 1 otaqlı ev olmuşdur. Aldığı pulu heç kəsə vermədən yoldaşı olan iddiaçıya vermişdir. Pul iddiaçıda və onun anasında olmuşdur. Pul lazım olduqda ondan götürmüşdür. Pul hissə-hissə tikintiyə xərclənib. Həmin pul tamamilə evin tikintisinə xərclənmişdir. Pulun evə xərclənmiş, cəmi 2000 manatı qalmış, o puldan da xəbəri yoxdur. Mal-qara da satılıb tikintiyə xərclənmişdir. Tikinti hissə-hissə getmişdir. Tikinti materiallarının alınması və digər hərəkətlər ilə 11 ilə tikilmişdir. İddiaçı həmin dövrdə ki qazancını uşaqlar üçün xərcləmişdir. İddiaçı kredit götürmüş və sələm vermişdir. Kimə verib kimdən aldığını da iddiaçının özü bilir, şəxsən onun məlumatı yoxdur ki, o pullar nəyə xərclənib. O fəhləliklə evi dolandırır. Şəmkir şəhərində işləyir. İddiaçı evin tikintisi üçün kredit almayıb. Onun 200 manat maaş ilə 3500 manat kredit alması mümkün deyil. 2018-ci ilin ortasında ev tikilib bitdi. 2018-də tamam bitdi. İndi həmin evdə o, anası və bacısı yaşayır. 3 nəfər yaşayırlar. 2022-ci ildə iyul ayında iddiaçı evdən çıxmışdır. Evdəki ona məxsus bütün əşyaları çıxarıb aparmış, hətta “pitiminutkanı” da çıxartmışdır. Hazırda işləmir. Əvvəl Komoxozda və Bakıda balıq zavodunda işləyib. O, Kariyerdə işləmişdir. 2004-ci ildən 2016-cı ilə kimi işləmişdir. 500- 700 manat arası maaş verilirdi. Evi sel basdığından 1997-ci ildə pul verilmişdir. Həmin pul yeni evin tikintisinə xərclənmişdir. Təxmin edir ki, 1000 manat edir. Həmin pulla bünövrə töküb. Sonra yavaş-yavaş tikinti başlamışdır. Evin satışından əldə edilən 17000 manat pul, ata-anasının pensiyası ilə və bu yardım ilə tikinti həyata keçirilmişdir. İddiaçı əvvəlki uçuq evə gəlin gəlmişdir. Həmin vaxt evin sadəcə bünövrəsinin yeri qazılmışdır. Ev onun atası və anasının pensiyası ilə tikilmişdir. O nə qazanmışdırsa, ailəyə xərcləmişdir. İddiaçı isə həmin vaxt 90 manat maaş almış, maaşı sonradan 270 manata qalxmışdır. İddiaçı özü tikintiyə heç nə xərcləməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, bu ev Mingəçevir kəndindədir. O vaxt selə görə evlər uçmuşdur. Evi uçan hər kəsə o vaxt pul, yəni ssuda verilmişdir. Həmin pul və mal-qara hesabına, avtomobilin satılması hesabına ev tikmişlər. Həmin evdə onun atası, anası və bacısı yaşamışdır. 1997-ci ildə ev və torpaq vərəsəlik yolu ilə cavabdehə keçmişdir. Onlar öz vəsaitləri hesabına evi tikmişlər və orada da yaşayırlar. Anası, bacısı və cavabdeh birlikdə həmin evdə yaşayırlar. Uçmuş evi bərpa edərək yeni ev tikmişlər. İddiaçı həmin evdə yaşayan şəxsləri cavabdeh kimi qoymayıb. Qeyd edir ki, onların da hüquqları vardır. Evi də atası tikib. Onlar isə kirayədə yaşamışlar. Kirayədə yaşaya bilmədiklərindən cavabdehin atası onları yeni evə köçürmüşdür. İddia ərizəsində iddiaçı kredit aldığını bildirsə də, evin tikintisində iştirak etməmişdir. Sonra isə boşanıblar. Qız uşaqları ilə birlikdə evi tərk etmişdir. Hazırda isə yeni ərizəyə əsasən iddiaçı mənzil bölgüsü tələb edir. Bununla bağlı Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarlarına əsasən ev bölünə bilməz. Ev cavabdehə məxsusdur. Orada onun anası və bacısı da yaşayır. 1997-ci ildə həmin mənzil bibisi və atası tərəfindən İqbala bağışlanmışdır. 6 sot torpaq var ki, həmin torpaq da əvvəldən İqbalın adına olub. Uçmuş evin yerinə həmin torpaq sahəsinə yeni ev atası tərəfindən tikilmişdir. Həmin vaxt İqbal kirayədə yaşayıbdır. O etirazda qeyd etmişdir, belə ki, AR Mülki Məcəlləsinin 228-ci maddəyə əsasən köçürmə qanunsuzdur. Belə ki, köçürmə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında olmalı idi. İddiaçının maaşı 250 manat deyil, 120 manat olmuşdur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edirəm. İş üzrə şahid qismində dindirilmiş X15 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun oğludur. 1997-ci ildə onların yaşadığı Mingəçevir kəndində sel oldu və onların evi uçdu. Gəlib onlara pul verdilər. Həmin vaxtlar bu hadisəyə görə hamıya pul verilirdi. Onlar vəziyyətləri ilə əlaqədar olaraq evi tikə bilmədilər. Bir müddət sonra həmin pulla ev tikmək üçün material aldılar. Yoldaşı 2-ci qrup əlil idi. Camış və qoyun sürüləri var idi. Yoldaşı həmin sürüləri baxırdı. 2007 və ya 2008-ci illərdə onlara verilən pul vəsaiti ilə evi tikməyə başladılar. Evin bünövrəsini qoydular. Qaz-24 markalı avtomobillərini satıb hissə-hissə evi tikməyə başladılar. 2015-ci ildə tikintini bitirdilər. Lakin tam bitirə bilmədilər. Cavabdeh olan oğlunun evlənməsi barədə deyir ki, 2008-ci ildə onlar nikaha daxil olublar. Ancaq 2004-cü ildə toyları olub. Gəlin həmin uçuq evə gəlmişdir. Gəlin də onlarla müəyyən qədər müddət həmin uçuq evdə yaşamışdır. Yan-yana yaşamışlar. Yoldaşı söyləmiş ki, uçuq evdə nə qədər yaşayacaqlar. Evlərinə gələn qohumlar isə sonunda bu evin başlarına uçacaqlarını deyərək xəbərdarlıq edirmişlər. Oğlu evin şəraitinin pis olması səbəbindən kirayə evə getdilər. Oğlu gəlib kirayə haqqını ödəməkdə və bununla dolanmaqda çətinlik çəkdiyini söyləmişdir. Bundan sonra yoldaşı uşaqları evə yığmaq qərarına gəlmişdir. 2015-ci ildə yeni tikilmiş evə uşaqları yığmışdır. Yoldaşı İİ qrup əlil olmuş, 200-250 azn pensiya məbləği almışdır, 2017-ci ildə rəhmətə getdi. Sənədləşmə işini apara bilmədən yarımçıq işi qalmış vəziyyətdə rəhmətə getdi. O həyətdə hazırda bir ev mövcuddur. Köhnə evin üstündə deyil, təxminən 10 metr aralıda həmin həyətdə yeni ev tikmişlər. Həmin köhnə ev dursa da, kərpic evdir və hazırda da durur. Köhnə ev sökülməmişdir. Gəlin 2004-də köhnə evə, 2015-ci ildə isə yeni evə köçmüşdür. Ev o və yoldaşının vəsaiti hesabına tikilmişdir. O müəllimə olmuş və əmək haqqı almışdır. Şirvan dövründə işləmiş və 200, 250 manat əmək haqqı almışdır. Yoldaşı Dormanşda işləmiş və orada qəzaya düşmüşdür. Təxminən 1983 və ya 1985-ci ildə qəzaya düşmüş və İİ qrup əlillik almışdır. Pensiya alırdı. Pensiya sonradan artdı. Ona 200 manat pensiya və zavoddan 50 manat verilirdi. Oğlu dövlətdə və ya digər bir yerdə rəsmi iş tapa bilməmiş və onun-bunun yanında günəmuzd işləri ilə məşğul olur. Gəlin məktəbdə katibə işləmiş və o vaxt 90 manat əməkhaqqı almışdır. Sonradan bu məbləğ artmışdır. O hazırda 380 və ya 370 manat pensiya alır. Gəlinin maaşı sonradan 130 və 180 manat olmaqla artmışdır. Evin tikintisi üçün 2014, 2015, 2016-cı illərdə kredit götürmüşdür. Bundan əlavə qızı musiqi müəlliməsidir. Lotoreya oynamaq üçün pensiyasından pul göndərmiş və həmin lotereyadan isə 1000 manat və 2000 manat olmaqla pul udmuşdur. Həmin vəsait hesabına evin dam örtüyü qoyulmuşdur. Ustanın pulunu vermək üçün Muğanbankdan da pul götürmüş və ustanın pulunu vermişdir. Bu iş 2017 və ya 2018-ci ildə olmuşdur. Ev tikilən zaman oğlu və gəlini kirayədə yaşayırdılar. Gəlinlə oğlunu yeni evə köçürsələr də, özləri köhnə evdə yaşamışlar və yoldaşı da orada rəhmətə getmişdir. Onun İqbaldan başqa bir böyük oğlu vardır. Onun öz təsərrüfatı vardır. O torpaq sahəsi satmış və həmin vəsaitlə evi tikməkdə onlara köməklik göstərmişdir. Vərəsəlik qaydasında ev heç kəsə keçməmişdir. Ev qayınanasının adına olmuşdur. Köhnə ev nənənin adınadır. Ev babadan nənəyə keçmiş. Nənədən nəvəyə keçmişdir. Dedilər ki, əvvəl oğula sonra nəvəyə keçməlidir. Ona görə də əvvəl oğula sonra nəvəyə keçib. Yeni evin sənədi yoxdur. Oğlu və gəlini evin tikilməsində onlara kömək etməmişlər. Onlar qazandıqları pulla yalnız özlərini dolandırmışlar. Həmin vaxtlar yadına belə gəlir ki, onlara 4.000.000 pul verilmişdir. Onlar uçuq evdə yaşaya bilməmiş və neçə ay çadırda yaşamışlar. Yoldaşı və uşaqları ilə birgə qudasıgildə də yaşamışlar. Onun cehiz əşyaları başqa bir yerə aparılmış sonra geriyə qaytarılmışdır. Onlara pul verilsə də, həmin vaxtlar tikinti aparmağa gücləri olmadığından evi tikməmişlər. Onlar materialları almış və tikintiyə hazırlaşmışlar. Bünövrəni böyük götürmüşlər. Bünövrə qoyulduqdan sonra kubikləri tökmüşlər və ustaya tikdirməyə başlamışlar. Qalan bu müddət ərzində onların başı xeyirşər işlərinə qarışmışdır. Gəlin də həmin evə köçmüş və orada yaşamışlar. Orada 2015-ci ilə kimi yaşamışlar. Nə qədər vəsaitə başa gəldiyini bilmir. Yoldaşının qoyun sürüsü var idi. Onun satışı ilə də məşğul olmuşdur. Camışları və inəkləri də olmuşdur. Bir də Qaz-24 avtomobilləri olmuşdur. Onu da satıb həmin evə xərcləmişlər. Ona 1000 manat kredit verilmişdir. 2 dəfə Unibank-dan götürmüşdür. 3 dəfə də BeynəlxalqBankdan götürmüşdür. 1 dəfədə 1000 manat MuğanBankdan götürüb. Beynəlxalqbankdan 1 dəfə 1000 manat, 1 dəfə 600 manat, 1 dəfə 1200 manat götürmüşdür. Oğlu torpaq satmış və 1000-2000 manat o da köməklik etmişdir. Yoldaşı kredit götürməyib. Oğlu kredit götürməyib. Cavabdeh olan oğlu onlara pul verməyib. Gəlin işləyibdir və kredit götürmüşdür. Lakin evin tikintisinə gəlin kömək etməyib. Gəlin aldığı krediti öz ehtiyaclarına xərcləmişdir. Evin tikintisinə kömək bir yana, heç maaşını da onlara verməmişdir. Evdən 2014-də getmiş və yeni evə 2015-də gəlmişlər. Qızı boşanmışdır və həmin evdə yaşayır. Qızı 2014-cü ildən yaşayır. Onun əri və uşağı yoxdur. Qardaşı və onunla birlikdə yaşayır. İş üzrə şahid qismində dindirilmiş X20 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh ilə qonşudur və əmisi nəvəsidir. Əvvəl köhnə ev olub sonradan yeni ev tikilib. Dəqiq tarixləri bilmir və deyə bilməz. Ev Əmikişi tərəfindən onun sağlığında tikilmişdir. Onlara belə məlumdur. Onlar birlikdə bu evi tikmişlər. Köhnə ev uçduqdan sonra yeni evin tikintisinə başlamışlar. Əsas pula isə İqbalın bibisindən qalmış 5-ci mərtəbədəki evin satılması ilə əldə edilmişdir. Həmin ev İqbalın bibisi Cənnətə məxsus olmuşdur. Cənnət və yoldaşı öldükdən sonra ev İqbala qaldı. Həmin evi onlar satdılar və əldə edilən pulu həmin evin tikintisi üçün xərclədilər. Həm qonşu, həm də qohum olduqlarından evin satılmasından əldə edilən pulun həmin evin tikintisinə xərclədiklərini bilir. Kəmalə 60-70 manata qulluqçu işləmiş qadındır. Onlar valideynsiz evi tikə bilməzlər. O ev valideynlərin gücünə tikilmiş evdir. Bibisinin evi İqbala bağışlamış olmalıdır. Təxmin edir ki, həmin evin satışından əldə edilən pulla tikinti aparılmışdır. Əmikişinin qoyun, inək və camış sürüləri var idi. Özü də zəhmətkeş adam idi. İşləmiş adam idi. Oğlu və gəlinin o evi tikəsi gücü yox idi. Onlar əvvəl kirayədə idilər. O Əmikişinin evin tikintisinə nə qədər xərclədiyini bilmir. Lakin bilir ki, onun oğlu və gəlininin elə bir imkanı olmayıb. Evin tikinsinin 80 yaxud 90% xərcini Əmikişi çəkmişdir. Onun belə düşünməsinə əsas verən odur ki, Əmikişinin heyvan sürüləri var idi. Bundan başqa satılan evdən gələn pul və onların evini sel basanda verilən pulu da o nəzərə alır. İş üzrə şahid qismində dindirilmiş X22 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısıdır. Mülk mübahisəsi gedir hazırda. Əslində onlarda vaxtında evin tikintisinə köməkliklər etmişlər. Belə ki, əgər xırda köməkliklərini çıxsa, bir dəfə 2500-3000 manat köməklik etmişdir. Evlərinin tikintisi üçün köməklik etmişdir. Tarixləri xatırlaya bilmir. Buna görə ki, müharibədən sonra onda yaddaş pozuntusu əmələ gəlmişdir. Bacısı həmin evdə boşanmalarından 1,5-2 ay əvvəl sonuncu dəfə olmuşdur. Bundan başqa xırda olaraq 200-300 manat köməklik etmişdir. Bacısı həmin vaxtlar işləməmişdir. Bir dəfə anasının, sonra xalasının adından kredit götürmüşdür. Anasının adına səhv etmirsə, 2500 manat kredit götürmüşdür. Xalasının da adına kredit götürmüş, lakin məbləğini bilmir. Kredit götürməkdə məqsəd həmin tikintiyə dəstək vermək üçün olmuşdur. Həmin evin tikintisinin müəyyən hissəsini o görmüşdür. Döşəməni və tavanı vurmuş və divarın usta işini görmüşdür. Kəmalə də kredit götürmüşdür. Onun da məbləğini bilmir. Məqsədi evin tikintisi olmuş, başqa məqsədi olmamışdır. O həmin evdə dayısı ilə birgə usta işləmişdir. 2500 manatın nəyə xərclədiyini bilmir. Müəyyən bir məbləğ olmuşdur. Həmin məbləğ bitdikdən sonra yalnız kreditlə tikinti davam edə bilmişdir. Cehiz əmlakı verə bilmədiklərindən müəyyən pul məbləğini kömək üçün vermişlər. Həmin vaxtlar yeznəsigillə münasibətləri olmadığından həmin 2500 manatı bacısına vermişdir. Belə ki, onlar arasında uzun illər mübahisələr olmuş və onlar gah danışmış, gah da danışmamışlar. O, hərbidə işləyir. Yəqin edir ki, evin sənədi ola bilər. Onun bundan tam xəbəri yoxdur. O bunu bilmir. Satılan evin dəyəri aşağı olmuşdur. Həmin satışdan gələn pul kömək olmuş ola bilər. O ev 17000-ə başa gələ biləcək bir ev deyil. Seldən dağılmış evə görə aldıqları pulla bir dənə Qaz-24 almışlar. Bacısını qaçırandan sonra o balaca olduğundan həmin həyətə gedib-gəlmişdir. Həmin Qaz-24 qəzalı olduğundan həyətdə saxlanılırdı. Sonra onu təmir etdirib 600 yaxud 700 manata satdılar. Həmin pulla bir dənə dana aldılar. Həmin dana da oğurlandı. Həmin pulun evin tikintisinə aidiyyəti olmamışdır. Evin satışından əldə olunan pulun hamısı tikintiyə xərclənməyib. Belə ki, bunlar bir neçə qardaş-bacıdırlar. Onların hər birinə həmin puldan verilib. Satışdan evə gələn pul 14000 və neçə yüz manat olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısı qızıdır. Bildiyi qədər o, məhləyə gedəndən, yəni qaçırılan vaxtdan həmişə çalışıb. Məhləni satdılar. Yeni ev tikmək istəyəndə o, bankdan kredit götürüb bacısı qızına vermişdir. Bacısıqızı isə həmin krediti ödəmişdir. 3000, 2500, 2800 məbləğlərində kredit götürmüşdür. İddiaçının anası xəstələnib, ona görə də kredit almışdır. O pulu bacısıoğlu ödəmişdir. Digər kreditlər isə bacısıqızına verilmişdir. Tikintiyə pul çatmadığından o onlara belə bir köməklik edib. İddiaçının anası pensiyasından qardaşı isə evdən köməklik üçün pul vermişdir. Cehiz üçün verilən pul da ortada xərclənmişdir. Kredit aldığı tarixlər yadında deyil. Krediti öz adına götürmüşdür. Lakin bacısıqızı ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə, onun nümayəndəsi və vəkilinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini, iddiaçının və onun nümayəndəsinin vəkilinin və cavabdehin və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X16 adlı uşaqların atası Cavabdeh anası İddiaçıdır. İşdə olan AZ-İ seriyalı 431683 №-li nömrəli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 may 2023-cü ildə 76 nömrə ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Mingəçevir Şəhər Qeydiyyat şöbəsində bağlanmış və 341 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Xədicə, xx.xx.2011-ci il təvəllüdlü Şəhla adlı uşaqların anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Xədicə, xx.xx.2011-ci il təvəllüdlü Şəhla adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan 08 avqust 2022-ci il tarixli, 633/00337 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış, X6, İddiaçı tərəfindən təsvir edildiyi kimi, birgə nikahın pozulması, uşaqların anada qalması, aylıq aliment ödənişi və əmlak tələbi mübahisəsi üzrə 08 avqust 2022-ci il tarixində, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 8(051)-157/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş və məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan İddiaçı vəkillə təmin olunması, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evlərindən biri uçuq vəziyyətindədədir, digəri isə yəni yeni tikilən evdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlandığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına mənzil mənzil qeydiyyata alınıb-alınmaması və Mingəçevir, Şəfəq küçəsi 10 nömrəli fərdi yaşayış evinin kimin adına olması barədə məlumat verilməsi ilə bağlı sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Sorğuya cavab olaraq arxiv materiallarına istinadən bildirmişlər ki, ünvan 6 fərdi yaşayış evinə dair Cavabdeh adına Mingəçevir TİB tərəfindən xx.xx.1997-ci il tarixli, 8420B nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Mingəçevir şəhər Məhkəməsini icraatında olan iş ilə əlaqədar olaraq ünvan 6 ünvanda yerləşən əmlakın Cavabdeh adına qeydiyyata alınmasına əsas olan sənədin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı məktubuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildirir ki, ünvan 6 fərdi yaşayış evinə dair Cavabdeh adına Mingəçevir şəhər TİB tərəfindən xx.xx.1997-ci il tarixli, 8420 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Mingəçevir şəhəri, Şəfəq küçəsi 10-da X11 və Cavabdeh qeydiyyatdadır. İşdə olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci ildə X4 X5 TİB-nin xx.xx.1997-ci il tarixli, 8420 reyestrli, 198 №-li qeydiyyat vəsiqəsinə əsasən X7 adına olan Şəfəq ev 10-da yerləşən, əsas sahəsi 32 kv.m olan ümumi sahəsi 54.2 kv.m olan iki otaqlı ev miras qalmışdır. İşdə olan 1997-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 şəhəri Qeydiyyat İdarəsinin 8420 saylı, 04 sentyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Mingəçevir şəhəri Şəfəq küçəsi ev 10-da yerləşən mənzili Cavabdeh bağışlamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 01 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsinin arxiv materiallarına əsasən bildirir ki, Mingəçevir DTİ və MHQİ-nin 13 saylı reyestr kitabının 28-ci səhifəsinə əsasən Mingəçevir şəhəri, Şəfəq küçəsində 10 saylı ev xx.xx.1987-ci il tarixində 8420a reyestr nömrəsi ilə X3 adına, xx.xx.1997-ci il tarixində 3 saylı Dövlət Notariat Kontorunun 3M-11-96 reyestr saylı müqaviləsi əsasında Cavabdeh adına 8420b reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC-yə məxsus 09-xx-xx-019935 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X15 27% faizlə 1000 ABŞ dolları məbləğində kredit götürmüş və ödəniş cədvəlinə əsasən 04 iyun 2015-04 noyabr 2016-cı illər ərzində aylıq 68.17-68.18 ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş X8 17 noyabr 2016-02 aprel 2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, kredit dövriyyə 1298,40 debit dövriyyə -1298,40 olmuşdur. İşdə olan "xxxx" 17 noyabr 2016-cı il tarixli kredit müqaviləsi № 1-dən (pensiyaçılar üçün kredit) kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X18 illik 29% dərəcəsi ilə 12 ay müddətinə 600 manat kredit götürmüş və aylıq 58.20 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş X8 xx.xx.2014-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 2709,06, ekvivalenti (in AZN): kredit 2125, 15 debet 2125,52, çıxış qalıq (final balance): 0,00 ekvivalenti (in AZN): 0,00 qeyd olunmuşdur. İşdə olan "xxxx" ASC-dən verilmiş İddiaçı hesabdan çıxarışından görünür ki, xx.xx.2016-cı il tarixli hesabat tarixində - cəmi dövriyyələr – kredit 692.50 manat, debet 692.50 manatdır görünür. xx.xx.2017-ci il tarixli hesabat tarixində - cəmi dövriyyələrdə debetdə 1303.80 manat kreditdə 1303.80 manat görünür. xx.xx.2017-ci ilin hesabat tarixində – cəmi dövriyyələr debetdə 3184.88 manat, kreditdə 3184.88 manat görünür. xx.xx.2021-ci ilin hesabat tarixində - cəmi dövriyyələr debetdə 3816 manat kreditdə 3816 manat görünür. xx.xx.2022-ci ilin hesabat tarixində - cəmi dövriyyələrdə debetdə 4870 manat kreditdə 4870 manat görünür. İşdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində dövr üzrə məxaric olunub: -509.88 manat, dövr üzrə mədaxil olunub: 509.88 manat-dır. İşdə "xxxx" QSC-yə məxsus ödəniş planından görünür ki, İddiaçı 19 may 2014-19 oktyabr 2015-ci il tarixlərin hər ay 57.89, sonuncu ay isə 57.77 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2013-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 3488,03 debet - 3488,03-dır. Ekvivalenti (in AZN): kredit – 2735,76 debet – 2736,77. Çıxış qalıq (Final Balance): 0,00 ekvivalenti (in AZN): 0,00 qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2012-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 1539,00 debet – 1539,00. Çıxış qalıq (Final balance): 0,00 qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2011-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 2635,40 debet – 2635,40. Çıxış qalıq (final balance): 0,00 qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2013-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 1539,00 debet – 1539,00. Çıxış qalıq (final balance): 0,00 qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2012-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 259,10 debet – 259,10. Çıxış qalıq (final balance): 0,00 qeyd edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2013-xx.xx.2024-cü il tarixləri ərzində hesabdan çıxarışından görünür ki, cəmi dövriyyə (total amount): kredit – 1798,64 debet – 1798,64. Çıxış qalıq (final balance): 0,00 qeyd edilmişdir. İşdə olan 05 sentyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsində yerləşən ümumi sahəsi 54,2 kv.m yaşayış sahəsi 32,0 kv.m iki otaqdan ibarət olan ev 10 saylı yaşayış mənzili 3 saylı notariat kontorunun 05 sentyabr 1997-ci il tarixli, 3M11-96 reyestr saylı müqaviləsi ilə vətəndaş Cavabdeh adına qeydə alınmışdır. İşdə olan AN-İ seriyalı, ******* nömrəli, 25 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Əmikiş oğlu X23 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 33.36 kv.m, yaşayış 17.2 kv.m, yardımçı sahəsi 16.16 kv.m olan 1 otaqlı mənzili 14800 manata satmışdır. İşdə olan vəsiyyətnamənin surətindən görünür ki, 28 oktyabr 2008-ci il tarixli saat 12:00-da X2 şəhərində M.Müşfiq küçəsi, ev 11/19, mənzil 13-də yerləşən 1 (bir) otaqlı mənzilini Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər Məhkəməsinə cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, Şəfəq küçəsi 10 ünvanında yerləşən qeydiyyat vəsiqəsi əsasında Cavabdeh məxsus mənzildən başqa həmin ünvanda inşa edilmiş fərdi yaşayış evinə aid ilkin hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-415F 90200002 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh Əlikişi oğlu 0.06 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh faktiki olaraq 2004-cü ildə evlənmişlər və iddiaçı cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, Şəfəq küçəsi 10 saylı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamışlar. Tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü Xədicə adlı və xx.xx.2011-ci il təvəllüdlü Şəhla adlı uşaqları doğulmuşdur. İddiaçının izahatına əsasən sonradan tikilmiş fərdi yaşayış evinin 2008- 2009-cu il tarixlərində bünövrəsi qoyulmuş, cavabdeh isə izahatında evin 1997-ci ildən tikilməyə başaldığını, edilən sual-cavabda isə evin 2017-ci ildə tikilməyə başaldığını və həmin evin 11 il ərzində imkanları olduqca tikildiyini, 2018-ci ildə artıq bütün otaqların hazır olduğunu bildirmişdir. Tərəflərin ailəvi problemləri yarandığından 2015-ci il tarixində qaldıqları evdən kirayə mənzilə çıxıb getmiş və bir müddət (iddiaçının izahatına əsasən 8-9 ay, cavabdehin izahatına əsasən 6 ay) orada yaşamışlar. Daha sonra həmin həyətdə mübahisəli fərdi yaşayış evinin tikintisi 2015-ci ildə qismən hazır vəziyyətə (tərəflərin hər ikisi bu halı təsdiq edir) gətirilərək, iddiaçı və cavabdeh uşaqları ilə birlikdə həmin tikiliyə köçmüş, həmin mübahisəli fərdi yaşayış evinin tikintisinə sonradan yenidən başlanmışdır. Həmçinin tərəflər izahatları ilə yeni tikilmiş fərdi yaşayış evinin tikintisi tərəflərin birgə nikahı dövründə, habelə ər-arvad kimi yaşadıqları dövrdə başa çatdığını və iddiaçının 2022-ci ildə həmin evi tərk edib cavabdehdən ayrılanadək həmin evdə yaşadığını və birgə təsərrüfat idarə etdiklərini təsdiqləmişlər. Sonradan tərəflər arasında münasibətlər pozulduğundan 2022-ci ildə iddiaçı uşaqları ilə birlikdə yeni tikilmiş fərdi yaşayış evini tərk etmişdir. İddiaçı cavabdehə qarşı nikahın pozulması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Nəticədə həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş və cavabdehdən hər uşaq üçün hər ay 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı sonradan tikilmiş fərdi yaşayış evindən payın müəyyən edilməsi, həmin fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair cavabdehə qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Məhkəmə işdə olan fotokoşəkillərə baxış keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, fərdi yaşayış evinin yerləşdiyi ünvanda iki tikili yerləşir. Tikililərdən birinin qeydiyyat vəsiqəsi olmasına baxmayaraq artıq tam uçmuş və yaşamaq üçün tam yararsız vəziyyətdə olan tikildir, digəri isə yeni tikilmiş fərdi yaşayış sahəsinin heç bir hüquqmüəyyənedici sənədi olmasına baxmayaraq yaşamaq üçün yararlı vəziyyətdə olmasına, hazırda da orada yaşayış olmasına dair izahatlar verildi ki, belə ki, hər iki tərəf məhkəmə iclası zamanı bildirdi ki, cavabdeh, cavabdehin anası və bacısı hazırda həmin evdə yaşayır. Tərəflər arasında o da mübahisə doğurmur ki, iddiaçı hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilidir. Tərəflər arasında mübahisə doğuran hal həmin tikilinin kimin tərəfindən və kimin vəsaiti hesabına inşa edilməsidir. Cavabdeh mübahisəli fərdi yaşayış evinin özünün, anasının və atasının vəsaiti hesabına, inşa edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Eyni zamanda cavabdeh izahatında bildirmişdir ki, mübahisəli evi ona xalasından vərəsəliklə keçən evin satışından əldə etdiyi vəsaitlə tikmişdir. Lakin məhkəmə qeyd edir ki, vərəsəliklə keçən ev barəsində alqı-satqı 2017-ci il tarixində olmuş, tərəflər isə özbaşına tikintiyə evin satışından əvvəl 2015-ci il tarixdə uşaqları ilə birgə köçmüşlər. Həmçinin müəyyən olunduki ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Məhkəmə cavabdehin etiraz ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehlə mübahisəli evdə (özbaşına tikilidə) uzun müddət yaşamışlar. İddiaçının cavabdeh ilə nikahının pozulması, eləcə də nikah pozulduqdan sonra iddiaçının valideynlərinin evində yaşaması, mənzilə qeydiyyata alınmaması köçürülmə barədə iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Eyni zamanda mübahisəli ev - tərəflərin izahatı ilə müəyyən olduki gəlin gəldikdən sonra tikilməyə başlaşmış və 2015-ci il tarixində qismən tikilmişdir. Məhz iddiaçının həmin evdə uşaqları ilə birgə cavabdehlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının uşağı ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi mövcud olmaqla, tərəflərin (ər-arvad) birgə nikah dövründə tikilmişdir, iddiaçı azyaşlı uşaqları ilə birlikdə uzun müddət həmin evdə cavabdehlə birgə təsərrüfat aparmaqla yaşamış, həmin tikilidə yaşayışın təmin olunması tərəflərin birgə nikahı dövründə baş vermişdir. İş üzrə cavabdeh əksini iddia etsə də, məhkəməyə bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, əksinə verdiyi izahatında iddiaçının da işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Məhkəmə şahid ifadələrini dinləyib ətraflı araşdıraraq şahidlərin hər birinin iddiaçı və ya cavabdehlə qohumluq münasibəti olduğundan, həmçinin şahid X20 ehtimallara söykənən, həqiqətdən uzaq və dəqiq olmayan ifadə verdiyindən şahid ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi: Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11ci maddəsinə əsasən hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında “12 mart 2024-cü il tarixli Qərarına əsasən, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakmiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər və arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və.s predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Qərarda oda qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər–arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Beləliklə İstər faktiki, istər rəsmi ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi süuta yetirilən tikili daşınmaz əmlakın reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanundayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilknövbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığıyerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1- ci və 2ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Cavabdeh1lə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilməilənəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməkləmənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsinbeləbir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əkstəqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanunp ozuntusunu nnəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, tərəflərin birgə nikahları dövründə, yəni 2015-ci ildə yarımçıq olsa da tikilmiş, onlar həmin ildə evə köçmüş, onların yaşayış sahəsi kimi istifadə olunmuş, iddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Xədicə, xx.xx.2011-ci il təvəllüdlü Şəhla adlı uşaqların anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Hazırda İddiaçı az yaşlı övladları 12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X16 ilə birlikdə mübahisəli evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki qanunvericiliyin 27.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddiaçının himayəsində olan qızı 12 noyabr 2008-ci il təvəllüdlü X14 və qızı 25 aprel 2011-ci il təvəllüdlü X16 da iddiaçı ilə birlikdə həmin mübahisəli fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən - İddiaçı ev az yaşlı övladları12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 8 ünvanda yerləşən torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməli hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 1/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarının 4.11-ci bəndindən görünür ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16-cı bəndindən görünür ki, Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin mübahisəli fərdi yaşayış evinin paylara bölünməsi hissəsi əsassız olduğundan iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinə istifadə hüququnun müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən - İddiaçı az yaşlı övladları 12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 8 ünvanda yerləşən torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməli hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı az yaşlı övladları 12 noyabr 2008-ci il təvəllüdlü X14 və 25 aprel 2011-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-540/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-540/2024
03.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver