Məhkəmə qərarları › İş №2(051)-551/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-551/2021

11.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-551/2021 11.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 Cavabdeh: Cavabdeh1 Səfər oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə, mənzildən istifadə etməyə olan maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onların Mingəçevir şəhəri Vaqonlar yaşayış massivi Barak küçəsi ev 5, 3 otaq, mətbəx və digər yardımçı sahələrdən ibarət mənzil 23 ünvana köçürülməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadələrinə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 izahatında göstərmişdir ki, İddiaçı1 İddiaçı2 ilə 02 avqust 1984-cü ildə Ağdaş rayonunda nikaha girməklə evlənmişəm. İddiaçılardan Anar və Gülara Əhmədovlar bizim övladlarımız, İddiaçı4 isə İddiaçı3 arvadıdır, onlar 21 yanvar 2012-ci ildə rəsmi nikaha giriblər və birgə evlilikdən onların 28 avqust 2011-ci il təvəllüdlü Fidan, 30 iyul 2014-cü il təvəllüdlü Aydan, 19 aprel 2017- c il tvəllüdlü Aytac adiı uşaqları vardır. Qızım İddiaçı5nm isə 13 mart 2020-ci il təvəllüdlü Əkbər adlı övladı vardır. Mən İddiaçı1 1985-ci ildən hazırki müddətə qədər Mingəçevir şəhər «xxxx» MMC-də müxtəlif işlərdə əmək fəaliyyətimi davam etdirmişəm. İşə girdikdən sonra məni mənzil növbəliyinə götürüb idarənin balansında olmuş yataqxanaya qeydiyyata düşməyimə şərait yaratmışlar. 1988-ci ilin aprel ayında Az DRES qəsəbəsində Tərəvəzçilik Sovxozu deyilən yerdə, Barak binanın 1 otağını Afət və Şairə Babayevlər adlı ər-arvaddan MİS vasitəsilə satın almışıq. Həmin vaxtdan MİS-də bizim adımıza kartoçka açılmış və yaşayış yerimiz kimi qeydiyyata götürülmüşük. Daha sonra həmin 1 otağın qarşısında 2 otaq, 1 mətbəx, hamam-ayaqyolu, eyvan, hin, əl-damı, hasar, qapı, çardaq inşa etdirmişik. 27 dekabr 2006-cı ildə 4 saylı MİS-in rəisi nümayəndəsi N.Rəcəbov, E.Talıbov və qonşularım T.Məmmədov, Ç.Cəfərov, K.Balakişiyevin iştirakı ilə həmin evdə 1988-ci ildən mənim və ailə üzvlərimin yaşaması ilə bağlı akt tərtib edilmiş, onun əsasında 100 kv. metr sahədən ibarət torpaq sahəsində inşa edilmiş tikililərin sxemi tərtib olunmuşdur. Bu sənəd əsasında evə yeni işiq sayğacı çəkilmiş, ***-**-** telefon xətti çəkilmiş və istifadəmizə verilmişdir. Yaşayış evimizə Barak küçəsi ev 5, mənzil 23 ünvanı verilmişdir. Ailə problemlərimdə əlaqədar şəxsi vəsaitim hesabına inşa etdirdiyim tikililəri həmin bir otaqla bərabər satmaq qərarına gəlmişdim. 2018-ci ildə qonşum Kamil vasitəsilə Cavabdeh1 tanımışam. O da mənim evimi almaq qərarına gəldiyindən 3 otaq, mətbəx, hamam-ayaqyolu, eyvan, hin, əl-damı, hasar, qapı və çardaqdan ibarət tikililərimi 5450 manat satmağa 5 nəfər ailə üzvümüzlə bərabər razılaşmışıq. Evi satıb həmin əmlakımızı Cavabdeh1 və onun arvadı Cavabdeh2 təhvil verib evdən çıxmışıq. Ancaq 3 aydan sonra Cavabdeh1 etiraz edib evi qaytarmaq istədiyini bildirmiş və pulunun qaytarılmasını tələb etmişdir. Biz də həmin pulu qonşuların iştirakı ilə cavabdehlərə qaytarmışıq. Ona görə də onların Mingəçevir şəhəri Vaqonlar yaşayış massivi Barak küçəsi ev 5, 3 otaq, mətbəx və digər yardımçı sahələrdən ibarət mənzil 23 ünvana köçürülməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadələrinə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçıların nümayəndəsi və vəkili X6 və digər iddiaçılarda İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Səfər oğlu məhkəmə iclası zamanı iddia tələbinə etiraf edərək izahatında göstərmişdir ki, iddiaçılar evin satış məbləğini ona qaytarmış, lakin onun evə yatırdığı 2000-3000 manat məbləğində təmir xərcini qaytarmamışlar. O da buna görə təmir xərcini vermədiklərini səbəb göstərərək evdən çıxmaqdan imtina etdiyini söyləmiş və evin satış məbləği olan 5400 manat pulu geri qaytarmışdır. İddia tələbi əsassızdır və iddia tələbi ilə razı deyil. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, o qonşudur. 1984-cü ildən Vaqonlar massivində yaşayır. Cavabdeh1 mübahisəli evin satışda olduğunu söyləməklə, evin alınmasını ona təklif etmişdir. Cavabdeh1 iddiaçılara evi qaytarmaq istədiyini söyləmiş, evin satış məbləğini qaytarmaları şərti ilə evdən çıxacağını bildirmişdir. Ev satılarkən cavabdehin verdiyi 5400 manat məbləğində pul iddiaçılar tərəfindən geri qaytarılərkən o da şahid olmuşdur. Mülki işə əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 ünvan 2 ünvanda qeydiyyatdadır. Mülki işə əlavə olunmuş “Disk”-ə video baxış keçirilən zamanı oradaki görüntülərdən müəyyən edilmişdir ki, Cavabdeh1 Səfər oğlu evin satış qiyməti olan 5400 manatı İddiaçı1 sayaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Mingəçevir şəhəri Vaqonlar yaşayış massivi Barak küçəsi 5, 5, 3otaq mətbəxt və digər yardımçı sahələrdən ibarət 23 saylı həmçinində iddiaçıların mübahisəli mənzildən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, işdə olan şahid ifadəsi, “Disk”-dəki video görüntülər və digər sənədlərlə cavabdehin iddiaçılardan evin satış məbləği olan 5400 manat məbləğində qəbul etməsi faktiki halı təsdiqini tapır, əksinə cavabdehin iddiaçıya qeyd olunan məbləği geri qaytarması iddiası isə öz təsdiqini tapmır. Cavabdeh evin satış məbləğini iddiaçılara qaytarması iddiasına dair heç bir əsaslı sübut irəli sürə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüquq əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin qanunun 8.08-ci maddəsinə görə bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. “Akimovanın Azərbaycana qarşı işi” üzrə İnsan Hüquqları üzər Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir; o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Əhmədova X1 şəhəri Vaqonlar yaşayış massivi Barak küçəsi 5, 3 otaq mətbəxt və digər yardımçı sahələrdən ibarət 23 saylı mənzilinə köçürülməli və onların mənzildən istifadə etmələrinə olan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Əhmədova X1 şəhəri Vaqonlar yaşayış massivi Barak küçəsi 5, 3otaq mətbəxt və digər yardımçı sahələrdən ibarət 23 saylı mənzilinə köçürülsün və onların mənzildən istifadə etmələrinə olan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar