Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-56/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 14MFBK/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.263,12 manat, faiz borcu üzrə 1.618,26 manat, cəmi 8.881,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulmasını; tələbin ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsi üzrə 8.881,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı Unibank» X7 Səhmdar Cəmiyyətinə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 (otuz səkkiz min) manat məbləğində müəyyən edilməsini; ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərmişdir ki, “Unibank» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 22% ödəmək şərti ilə 13.824 manat məbləğində kredit verilmişdir. (xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2018-ci il tarixli N-1 saylı sazişə əsasən kredit müqaviləsinin müddəti arıtırılaraq xx.xx.2024-cü ilə kimi müəyən edilmişdir). Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1, Cavabdeh2 və X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzili "xxxx" X7 Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. (xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli ipoteka müqaviləsinə edilmiş xx.xx.2018-ci il tarixli əlavə sazişə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit müqaviləsinin müddəti dəyişdirilərək xx.xx.2024-cü ilədək müəyyən edilir, 2.4-cü bəndində nəzərdə tutulmuş ipoteka predmetinin qiyməti dəyişdirilərək 38.000 manat müəyyən edilir). İpoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-ın 17 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (çıxarış seriya RX № 1295152, qeydiyyat №**********). Kredit müqaviləsinə əsasən 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.263,12 manat, faiz borcu üzrə 1.618,26 manat, cəmi 8.771,38 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzili xx.xx.2014-cü il tarixli, 14MFBK/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin edilmiş sazişə əsasən 38.000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, məhkəmədən Cavabdeh1 iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014cü il tarixli 14MFBK/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2018ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.263,12 manat, faiz borcu üzrə 1.618,26 manat, cəmi 8.881,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulmasını; tələbin ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsi üzrə 8.881,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı Unibank» X7 Səhmdar Cəmiyyətinə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 (otuz səkkiz min) manat məbləğində müəyyən edilməsini; ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, həqiqətən, o və “Unibank» KB ASC arasında xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 22% ödəmək şərti ilə 13.824 manat məbləğində kredit verilmişdir. Maddi problemlər yaşadığından aylıq ödənişlərini ödəyə bilməmişdir. Bununla belə bank məhkəməyə müraciət etdikdən sonra borcundan 4850 manat məbləğində ödəniş etmişdir. Ona görə də məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli əsas kredit müqaviləsindən görünür ki, “Unibank» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 1.000.000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli əsas kredit müqaviləsinin təmininat tədbiri kimi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh1, X4 məxsus olan və ipoteka kimi çıxış edən Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzili ipoteka saxlayana ipoteka qoyulmuşdur. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 14MFBK/14 nömrəli ipoteka müqaviləsinə əlavə sazişdən görünür ki, ipoteka qoyan ipoteka predmeti olan yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzili tam şəkildə Cavabdeh2, Cavabdeh1 və X5 tərəfindən “Unibank» KB ASC-nin Mingəçevir filialının xeyrinə yüklü edilmişdir. İşə əlavə olunmuş “Unibank» KB ASC-in qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətlndirilməsi barədə rəydən görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinin bazar qiyməti 48.000 manat, bir ay müddətində satış qiyməti 38.000 manat qiymətləndirilmişdir. İşə əlavə olunmuş 27 iyun 2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsindən görünür ki, “Unibank» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə 22% dərəcəsi ilə 13.824 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 27 iyun 2018-ci il tarixli 09MNG/18 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 “Unibank» KB ASC-yə hər ay xx.xx.2018-xx.xx.2021-ci il tarixləri ərzində 528 manat, son ay isə 524 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş pretenziya məktubundan görünür ki, cavabdehdən borcunu ödəməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə olunmuş ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə bildirişdən görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığını cavabdehin nəzərinə çatdırılmışdır. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 “Unibank» KB ASCyə 27 iyun 2018-ci il tarixli 09MNG/18 saylı kredit müqaviləsi üzrə 7.263,12 manat əsas, 1.618,26 manat faiz borcu olmaqla, cəmi 8.881,38 manat borcu hesablanmışdır. İşə əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2021-ci il tarixli 9/2849 №-li Ekspert rəyindən görünür ki, Cavabdeh1 “Unibank» KB ASC-yə 27 iyun 2018-ci il tarixli 09MNG/18 saylı kredit müqaviləsi üzrə 4.903,44 manat əsas borcu, 56,93 manat faiz borcu olmaqla, cəmi 4.960,37 manat borcu vardır. Cavabdehlər tərəfindən xx.xx.2021ci il tarixdən sonra 4.850 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən 4.850 manat məbləğində ödəniş nəzərə alınmamışdır. İşə əlavə olunmuş "xxxx" MMC-in 08 fevral 2022-ci il tarixli 0090/22/UB saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinin bazar qiyməti 68.000 manat, likvid qiyməti 58.000 manat təşkil edir. İşə əlavə olunmuş hesabdan çıxarış və 10 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “Unibank» KB ASC-yə əsas məbləğ üzrə 173,63 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ekspertiza rəyinə iş üzrə mötəbər sübut kimi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert rəyindən və hesabdan çıxarış və 10 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “Unibank» KB ASC-yə əsas məbləğ üzrə 173,63 manat borcu vardır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh1 173,63 manat borc tutularaq "xxxx" KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, işdə olan materiallardan görünür ki, cavabdehlərin iddiaçı banka 173,63 manat məbləğində borcu qalmışdır. İş üzrə ipoteka predmeti olan daşınmaz əmlak isə ekspert rəyinə əsasən 68.000 manat məbləğində qiymətləndilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti ilə borc arasında qiymət fərqi mütənasib dərəcədə yüksək olduğundan ipoteka predmetinə tutma yönəldilməsi məqsədə müvafiq deyil, həmçinin də ədalətli olmaz. Ona görə də iddia tələbinin tələbin ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli 09MNG/18 saylı əlavə kredit müqaviləsi üzrə 8.881,38 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı Unibank» X7 Səhmdar Cəmiyyətinə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 (otuz səkkiz min) manat məbləğində müəyyən edilməsini; ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 15 saylı evin 16 saylı mənzilinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 çıxarılması barədə hissəsi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 173,63 (bir yüz yetmiş üç manat, altmış üç qəpik) manat borc tutularaq "xxxx" KB ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul və və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbəğində pul vəsaiti də Cavabdeh1 tutulub "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutulsun. İddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-56/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-56/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver