Məhkəmə qərarları › İş №2(051)-561/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-561/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-561/2023 10.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi,Vəkil iştirakı ilə, Ərizəçi anasından qalmış mirasın qəbulu faktına dair qanun üzrə vərəsə kimi tanınmağı və ondan miras qalmış mənzilə və Mingəçevir şəhəri “Əşya bazarında” yerləşən iki yan-yana ticarət dükanına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi anasından qalmış mirasın qəbulu faktına dair qanun üzrə vərəsə kimi tanınmağı və ondan miras qalmış mənzilə və Mingəçevir şəhəri “Əşya bazarında” yerləşən iki yan-yana ticarət dükanına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin ərizədə ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutlar, qeyd edilən əmlakların mirasın kütləsinə daxil olmasını təsdiq edən sənədlər, vərəsələrin dairəsi barədə sənəd, maraqlı şəxslərin ünvanları və sair göstərilməmiş, qeyd edilmiş nöqsanlar da müəyyən edilmiş müddətdə aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən Ərizəçi ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, MPM-nin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi anasından qalmış mirasın qəbulu faktına dair qanun üzrə vərəsə kimi tanınmağı və ondan miras qalmış mənzilə və Mingəçevir şəhəri “Əşya bazarında” yerləşən iki yan-yana ticarət dükanına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, MPM-nin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar