Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-562/2021 11.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxslər: Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalmış VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o, X13 ilə xx.xx.1978-ci il tarixdə nikah qeyd etdirməklə, evlənmişdir. Birgə nikahdan 5 övladı olmuş, onlardan Zahir adlı övladı xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O, X5 ilə birgə nikah dövründə, yəni xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsini almışdır. Həmin vaxt avtomaşın ərinin adına qeydiyyata alınmışdır. X5 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsi ərinin mülkiyyətində olmuşdur. Bununla belə o, ərinin vəfatından sonra həmin əmlakı faktiki olaraq qəbul etməklə həmin miras əmlakdan istifadə etmişdir. Hazırda miras əmlaka dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəmiş, bununla bağlı Mingəçevir Regional “Asan Xidmət” X6 müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün həmin orqan bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum əri X4 miras qalmış VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakı faktiki qəbul etməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi qızı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsi ərinin mülkiyyətində olmuşdur, əri xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra ondan miras qalmış həmin nəqliyyat vasitəsini faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi ona miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, atası X7 ölümündən sonra ondan VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Həmin miras əmlakını anası Ərizəçi atasının ölümündən sonra faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs3 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, atası X7 ölümündən sonra ondan VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Həmin miras əmlakını anası Ərizəçi atasının ölümündən sonra faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs4 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, atası X7 ölümündən sonra ondan VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Həmin miras əmlakını anası Ərizəçi atasının ölümündən sonra faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx.xx.1975–ci il tarixdə Ağdam rayonu, Sofulu kəndində doğulmuş və 1993-cü ildən məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdır. Ərizəçi onun qonşusudur. Aydın Rzayev xx.xx.2020–ci il tarixdə vəfat etmiş, ondan miras qalmış və VAZ-21063 markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsini ərizəçi faktiki olaraq qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 da şahid X3 göstərdiyi halları tam təstiq etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi haqlı olduğundan təmin edilməlidir. İşdə olan nikah haqqında haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X13 arasında xx xxxxxx 1974-cü il tarixdə 34 nömrə ilə Altay vilayəti, Krasnoqorsfk rayonu VVAQ Şöbəsində bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş Rzayeva (Abdullayeva) Aliyə Aydın qızının, xx.xx.1976-cı il tarixdə doğulmuş Maraqlı şəxs2, xx.xx.1978-ci il tarixdə doğulmuş Maraqlı şəxs3, xx.xx.1985-ci il tarixdə doğulmuş Maraqlı şəxs4 atası-X14, anası-Ərizəçidır. İşdə olan AC N 414714 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, VAZ- 21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı, XTA210610H1786499 Ban nömrəli, açıq-boz rəngli, 1987-ci il buraxılışlı nəqliyyat vasitəsinin sahibi mərhum X10r. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X13 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair xx.xx.2021–ci il tarixli qərardan görünür ki, xx.xx.2020–ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakı qəbul etmək üçün Ərizəçi Notariat Kontoruna müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2020–ci il tarixdə vəfat etmiş mərhum X13 ərizəçinin əri olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X4 VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət Qeydiyyat Nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X4 qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Ona görə də mərhum X4 miras qalmış nəqliyyat vasitəsini onun qanunüzrə birinci növbəli vərəsəsi Ərizəçi tərəfindən qəbul etmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X4 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, mərhum X8 vərəsələri olan Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 mərhum Aydın Rzayevdən qalmış mirasdan pay istəmədiklərini bildirmişlər. Digər vərəsə Maraqlı şəxs1 isə məhkəmə iclasına çağrılmasına baxmayaraq gəlməmiş, bununla belə mirasdan pay istəməməsi barədə Məhkəməyə notarius tərəfindən təsdiq edilmiş ərizə ünvanlamışdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X4 miras qalmış, VAZ-21063 minik markalı, Sedan, 50BR058 Dövlət qeydiyyat nişanlı, XTA210610H1786499 ban nömrəli, açıq-boz rəngli, 1987-ci il buraxılışlı nəqliyyat vasitəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-562/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-562/2021
11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver