Məhkəmə qərarları › İş №2(051)-57/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-57/2023

06.04.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-57/2023 06.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X5 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi X4 ərizəsini müdafiə edərək göstərdi ki, X10 onun doğma qızıdır. X10 xx.xx.1992-ci il tarixdə Migəçevir şəhərində anadan olmuşdur. X10 anadangəlmə əqli qüsurlu doğulmuşdur. Daimi müalicə olunsa da bir müsbət nəticə olmamışdır. 2003-cü ldən X8-nervoloji Dispanseridə «əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu» diaqnozu ilə qeydiyyatdadır. Daimi müalcəyə ehtiyacı var, öz hərəkətlərinitnq mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyildir.Bu günə qədər nəzarət altındadır. Müxtəlif sosial problemləri yerinə yetirmək üçün müxtəlif əqdlər, müqavilələr bağlanmalıdır, lakin psixi xəstəliyə düçar olduğundan bütün bunları edə bilmir. Ona görə də ərizəçi məhkəmədən xx.xx.1992-ci il tarixdə doğulmuş qızı X6 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Mingəçevir şəhər İHB yanında Qəyyumluq və Himayəçilik Orqanı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Mİngəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinn surətindən görünür ki, X2 şəhəri, Natəvan küçəsi ev 30/3, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinn surətindən görünür ki, ərizəçi X1 şəhəri, Mingəçevir şəhəri, Natəvan küçəsi ev 30/3, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mingəçevir şəhər Xəstəxanasının arayışdan görünür ki, X10 həqiqətən «əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu» diaqnozu ilə X8-nervoloji Dispanseridə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 778 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə məhkəmədə müəyyən edild ki, ərizəçinin oğlu X10 xx.xx.1992-ci il tarixdə Migəçevir şəhərində anadan olmuşdur. X10 anadangəlmə əqli qüsurlu doğulmuşdur. Daimi müalicə olunsa da bir müsbət nəticə olmamışdır. 2003-cü ldən X8-nervoloji Dispanseridə «əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu» diaqnozu ilə qeydiyyatdadır. O, öz hərəkətlərinin mənasını başa düşmür, eləcə də öz hərəkətlərini idarə edə bilmir. Bu günə qədər nəzarət altındadır. Müxtəlif sosial problemləri yerinə yetirmək üçün müxtəlif əqdlər, müqavilələr bağlanmalıdır, lakin X10 psixi xəstəliyə düçar olduğundan bütün bunları edə bilmir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317-321, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Mingəçevir şəhəri, Natəvan küçəsi ev 30/3, mənzil 2 qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar