Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-574/2021 04.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdi ki, mülki iş üzrə cavabdeh “xxxx” MMC Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsində yerləşir. Ona görə də mülki işin ərazi aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş cavabdeh “xxxx” MMC-nin nümayəmdəsi və vəkilinin Mingəçevir şəhər məhkəməsinə göndəridiyi ərizəyə əlavə edilmiş X3 sistemindən çıxarışdan görünür ki, cavabdeh “xxxx” MMC ünvan 1 ünvanda yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa o halda başqa məhkəməyə verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.3, 44.2.2, 45.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-574/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-574/2021
04.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver