Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-58/2020 11.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva AləmzarHəmid qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi, vəkil x1və Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «Torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona məxsus, Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan, eni 20 metr uzunluğunda olan torpaq sahəsinin həmin məsafədə 50 sm enindən Cavabdeh ona məxsus zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi ona məxsusdur. Torpaq sahəsində 124.90 kv.metr olan ev inşa etdirmişdir. Həmin torpaq sahəsi və evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarış verilmişdir. Lakin, buna baxmayaraq onun torpaq sahəsi qonşusu, Cavabdeh tərəfindən zəbt edilmişdir. Özünün torpaq sahəsinin eni 19.55 metr, uzunluğu isə 30.6 smdir. Özünə məxsus torpaq sahəsinin təxminən 20 metr sahəsinin 50 sm-ni cavabdeh zəbt etmişdir. Hazırda cavabdehə məxsus torpaq sahəsi iləöz torpaq sahəsi arasında hasar çəkmək istəyir. Ancaq cavabdeh mübahisə yaradaraq buna imkan verməmişdir. Qeyd olunanlara əsasən ona məxsus, Mingəçevir şəhəri, ünvan 1 ünvanda yerləşən, mülkiyyətində olan, eni 20 metr uzunluğunda olan torpaq sahəsinin həmin məsafədə 50 sm enindən Cavabdeh ona məxsus zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil x1 da iddia ərizəsinə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, özünə məxsus, Mingəçevir şəhərinin ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və evdən istifadə etmişdir. Onun tərəfindən iddiaçının torpaq sahəsinə daxil olunmamışdır. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Samux küçəsi, 39-A ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən bağ evi İddiaçı adına 29 mart 2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Samux küçəsi, 39-C ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən bağ evi Cavabdeh adına 04 iyul 2019-cu il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 28 aprel 2020ci il tarixli, 23243 saylı rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və x2 Mərkəzinin Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən, Mingəçevir şəhəri, Samux küçəsi, 39-A ünvanda yerləşən, 0,06 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə mübahisənin həllinə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Mülki Məcəlləsinin müddəaları baxımından qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatından bəhs edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görəəmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşıəmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərədə mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq sahəsinə iddiaçının sahibliyi məsələsi araşdırılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. TorpaqMəcəlləsinin 48-cimaddəsindəgöstərilmişdirki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqişəxsləri torpaq sahələrini mülkiyyət, istifadə vəicarə hüququnda əldə edə bilərlər. HəminMəcəllənin 49-cumaddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə vəicarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin göstərişinə əsasən, torpaqların icarəyə verilməsi müvafiq müqaviləilə rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 50-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin maddənin dördüncü hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaq Məcəlləsinin torpaq sahəsi üzərində icarə hüququnu tənzimləyən 51-ci maddəsində göstərilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləriçıxış edirlər. İcarənin şərtləri, müddəti vəicarə haqqı tərəflərin razılığıilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığıilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinciəldən icarəyə) verə bilər. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində göstərilir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı vəölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verirki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. Bu hal iş üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 aprel 2020-ci il tarixli rəyi ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, işüzrə 100 manat məbləğdə ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı cavadeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. İşüzrə 100 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-58/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-58/2020
11.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver