Məhkəmə qərarları › İş №2(051)-580/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-580/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-580/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, maraqlı şəxslər X10, X13 və X4 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsi məhrum atası X9 miras qalmışdır. Atasının ölümündən sonra torpaq sahəsindən yalnız o, istifadə etmiş, qoruyub-saxlamışdır. X1 xx.xx.2016-cı ildə vəfat etmişdir. Ailədə 5 uşaq olmuşlar. X5 da vəfat etmişdir. Digər bacıqardaşların razılığı ilə torpağı öz adına sənədləşdirmək üçün Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzində Notariat ofisinə və Reyestr xidmətinə müraciət etmiş, ona mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizənin təmin olunmasını, mərhum atası X9 miras qalmış Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsinin miras əmlak kimi tam şəkildə onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mərhum atası X9 miras qalmış Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsi miras əmlak kimi qardaşı Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Miras əmlaka bütöv şəkildə qardaşına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmsinə etiraz etmir, miras əmlakla bağlı heç bir mübahisəsi yoxdur. Maraqlı şəxs X10 məhkəmə iclasında verdiyi izahatında atası X9 miras qalmış torpaq sahəsinə bütöv şəkildə qardaşı Ərizəçi vərəsəlik haqqında şəhadətnamə verilməsinə etiraz etmədiyini, mirasın yalnız qardaşı Ayaz tərəfindən faktiki qəbul edildiyini bildirdi. Maraqlı şəxs X13 da məhkəmə iclasında atası X9 miras qalmış torpaq sahəsinə bütöv şəkildə qardaşı X14 vərəsəlik haqqında şəhadətnamə verilməsinə etiraz etmədiyini, mirasın qardaşı tərəfindən faktiki qəbul edildiyini bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsi xx.xx.2017-ci ildə mülkiyyət hüququ ilə X11 adına qeydə alınmışdır İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1966-cı ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1934-cü ildə Yevlax rayonun Erməni-Bazar kəndində anadan olmuş X2 və xx.xx.1930-cu ildə Yevlax rayonu Yedilli kəndində anadan olmuş X11 vərəsələri- uşaqları xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi, xx.xx.1959-cu il təvəllüdlü X13, xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.1966-cı il təvəllüdlü X8r. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, yalnız onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşə əlavə edilmiş maraqlı şəxslər X10, X13 və X4 notarial qaydada təstiq edilmiş ərizələrində xx.xx.2002-ci ildə vəfat etmiş ataları - X11 ölümündən sonra miras qalmış əmlakın qardaşı Ərizəçi tərəfindən qəbul edilməsi və bu barədə qardaşına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmədikləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, ərizəçi A.X3 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi atası X9 miras qalmış Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Çıxarışa əsasən X11 mülkiyyətində olmuş və miras kütləsinə daxil olan Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi atasından qalmış mirasın qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X9 miras qalmış, Yevlax rayonu Yedilli kəndində yerləşən 0.11 hektar torpaq sahəsinin miras əmlak kimi tam şəkildə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar