Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-587/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi və Maraqlı şəxs rəisi Sevinc Hüseynovanın iştirakı ilə, Ərizəçi: Ərizəçinın «Doğum akt qeydinə düzəliş edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək ona məxsus “Doğum haqqında akt qeydində” soyadının “Sədiri” deyil, “Sədri” kimi göstərilməklə akt qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X4, anası isə X5r. Doğum haqqında şəhadətnamədə adı, ata adı və soyadı X6, doğum yeri isə Mingəçevir şəhəri qeyd edilmişdir. Eyni zamanda nikah haqqında şəhadətnaməsində və oğlunun doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı X2 qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də ona təkrar şəhadətnamə verilməsi mümkün olmamışdır. Belə ki, xx.xx.1970-ci il tarixli 468 saylı doğum haqqında akt qeydində soyadı Sədri deyil, Sədiri kimi qeyd edildiyi müəyyən olunmuşdur. Buna görə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ona ona məxsus “Doğum haqqında akt qeydində” soyadının “Sədiri” deyil, “Sədri” kimi göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində göstərdi ki, Firdovsinin qardaşıdı həqiqətəndə soyadları əslində Sədiri yox Sədridir sadəcə doğum haqqında akt qeydində soyadı qrafasında səhfən Sədiri kimi qeyd edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə doğulmuş və yaşayış yeri Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi ev 5, mənzil 11-dir. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1970-ci ildə Mingəçevir şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 1970-ci ildə 468 nömrə ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması akt qeydləri kitabında həmin tarixdə 494 nömrə ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 valideynləri X7 və X3 göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. xx xxxxx 1970-ci ildə Mingəçevir şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydində soyadı qrafasında “Sədiri” əvəzinə, “Sədri” kimi qeyd edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-587/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-587/2021
05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver