Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-591/2021 25.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: Mingəçevir şəhər Bələdiyyəsinin cavabdeh: Cavabdeh qarşı «İcarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və Bələdiyyə bazarının boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mingəçevir şəhər Bələdiyyəsi Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və Bələdiyyə bazarının boşaldılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, Cavabdeh isə iddia tələbinin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanması və qaytarılması barədə ərizə verdiyinə, cavabdeh isə verərək iddia ərizəsinin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmalıdır. Həmçinin, izahat edilməlidir ki, MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və Bələdiyyə bazarının boşaldılması tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-591/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-591/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver