Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-591/2023 06.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) - Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X1rşı əmrin ona aid hissədə ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X1rşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 66 №li 10 iyun 2022-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə Liseyin informatika müəllimi vəzifəsinə bərpa olunmağı və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili)-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X7 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı 2014-cü ilin noyabr ayında işə qəbul olunub. 1 ay sonra müqavilə bağlayıb. Lakin müqavilədə müddət göstərilməyib. 2015-ci ildə yenidən müqavilə bağlanılıb. Bundan sonra iddiaçı 12 iyun 2017-ci ildə qismən ödənişli, sosial məzuniyyətə buraxılmışdır. xx.xx.2019-cu ildə körpə uşağa qulluqda əlaqədar sosial məzuniyyət xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Daha sonra müəssisəsinin müdiri tərəfindən 5 ildən çox informatika müəllimi kimi informatika fənni üzrə dərs aparmağa icazə verilmiş, 15 saat dərs yükü müəyyənləşdirilmişdir. xx.xx.2021-ci ildə isə 20 saat dərs yükü müəyyənləşdirilmişdir. xx.xx.2022-ci ildə isə əmək müqaviləsinə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır. Ona görə də ləğv edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim ediləsi əlavə sənədin və mübahisənin olmadığını bildirirək işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 66 №li, 10 iyun 2022-ci il tarixli əmrinin çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” hissəsinə uyğun (əmək müqaviləsinin bitməsi ilə bağlı) İddiaçı əmək müqaviləsinə 14 iyun 2022-ci il tarixdən xitam verilmişdir. İşdə olan Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 156 №li 27 noyabr 2014-cü il tarixli əmrinin çıxarışından görünür ki, riyaziyyat və informatika müəllimi İddiaçı N.Əbdülrəhmanovanın sosial məzuniyyətə getməsi ilə bağlı 01 dekabr 2014-cü il tarixdən 31may 2015-ci il tarixdədək onun dərsləriniin aparılmasına icazə verilmişdir. İşdə olan Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 123 №li xx.xx.2015-ci il tarixli əmrinin çıxarışından görünür ki, İddiaçı 16 sentyabr 2015-ci il tarixdən 2015/2016-cı dərs ilinin sonunadək lisey üzrə yaranmış informatika dərslərini aparmağa icazə verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Sadıqova X6 Şəhər Təbiət- Riyaziyyat və X8 Liseyin direktorundan evdə südəmər körpəsi olduğundan onun 12 iyun 2017-ci il tarixdən 25 yanvar 2019-cu il tarixədək analıq məzuniyyətinə çıxmağını xahiş etmiş və o xx.xx.2017-ci il tarixli əmrlə həmin tarixlərdə uşağa qulluq üçün haqqı qismən ödənilən sosial məzuniyyətə buraxılmışdır. İşdə olan Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 24 yanvar 2019-cu il tarixli 21 saylı əmrindən görünür ki, İddiaçı 24 yanvar 2019-cu il tarixdən sosial (ödənişsiz) məzuniyyətinin vaxtı 24 yanvar 2020-ci il tarixədək uzadılmışdır. İşdə olan Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 23 oktyabr 2020-ci il tarixli 80 saylı əmrindən görünür ki, İddiaçı 15 sentyabr 2020-cı il tarixdən 2020ci təqvim ilinin sonunadək “Rəqəmsal bacarıqlar” pilot layohəsi çərçivəsində informatika fənni üzrə dərs aparılmasına icazə verilmiş, dərs yükü 15 saat müəyyənləşdirilmişdir. İşdə olan Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyin direktorunun 19 oktyabr 2021-ci il tarixli 101 saylı əmrindən görünür ki, İddiaçı 19 oktyabr 2021-ci il tarixli 05-09- 846/13 nömrəli məktubuna əsasən 2021/2022-ci tədris ili üçün “Rəqəmsal bacarıqlar” pilot layohəsi üzrə vakant yaranan yerə müddətli olaraq ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilmişdir. Dərs yükü 20 saat müəyyənləşdirilmişdir. İşdə olan miq.edu.az elektron portalından çıxarışdan görünür ki, İddiaçı hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla müəllim vəzifəsində çalışdığı üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakı imkan xaricindədir. İşdə olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Sadıqova X6 Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyində müddətsiz müəllim vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi bağlanılmışdır. İşdə olan İddiaçı ilə bağlanmış sonuncu xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, o, müəllim vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2016-cı il tarixli müddətli müqavilə bağlanmaqla Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyində informatika müəlliməsi vəzifəsinə qəbul edimişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtarması isə xx.xx.2020-ci il tarixi qeyd olunmuşdur. İşdə olan B№236540 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, X13 2012ci il tarixdə Gəncə Dövlət Universitetinin tətbiqi riyaziyyat informatika ixtisasını bitirmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X14 arasında xx.xx.2014-cü il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 391 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, X2 vətən müharibəsi iştirakçısı olduğu üçün Prezident təqaüdçüsüdür. İşdə olan İ-12980 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X5 “Suqovuşanın azad olunmasına görə” medalla təltif olunmuşdur. İşdə olan İ-67947 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X5 “Vətən müharibəsi iştirakçısı” medallı ilə təltif olunmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli vəsiqədən görünür ki, X5 Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif olunmuşdur. İşdə olan şəxsi vəsiqədən görünür ki, X5 müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 16 noyabr 2014-cü il tarixdə Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyinin riyaziyyat və informatika müəllimi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli bağlanmış sonuncu əmək müqaviləsi ilə müəllim vəzifəsinə təyin edilmişdir. Mingəçevir Şəhər Təbiət- Riyaziyyat və X8 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmr ilə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtardığına görə ləğv edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə bağlanmış ilk əmək müqaviləsi və sonuncu yəni, xx.xx.2015-ci il tarixli bağlanmış sonuncu əmək müqaviləsi də müddətli əmək müqaviləsi olmuşdur. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış ilk və sonuncu müqavilə müddətli olsa da, lakin qanunvericiliyin tələblərinə əsasən bu müqavilə münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsi hesab edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilməlidir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin b bəndinəəsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Belə ki, bağlanmış sonuncu müqavilədən müəyyən olunur ki, müqavilə müddətli bağlanmış, müqavilədən onun bağlanma müddəti göstərilməmişdir. Halbuki, yuxarıda qeyd olunan maddənin məzmunundan görsənir ki, əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilməlidir. Eyni zamanda əmək müqaviləsi münasibətləri 5 ildən artıq davam etdiyindən, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş miq.edu.az elektron portalından çıxarışdan görünür ki, İddiaçı hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla müəllim vəzifəsində çalışdığı üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakı imkan xaricindədir. Eyni zamanda xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda İddiaçı əmək müqaviləsinə 14 iyun 2022-ci il tarixdən xitam verilməsi əsası göstərilməsi, işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanması, müəssisənin möhürü ilə təsdiqlənməsi öz əksini tapsa da, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi məsələsi öz əksini tapmamışdır. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmri qeyri-qanunidir və iddiaçı ilə əmək müqaviləsinə qeyr-qanuni xitam vermişdir. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyi tərəfindən iddiaçı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyinin 10 iyun 2022-ci il tarixli 66 saylı əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyində informatika müəllimi vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qeyri-qanunidir. Ona görə də iddia təmin olunmalı, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyinin 10 iyun 2022-ci il tarixli 66 saylı əmri ona aid hissədə ləğv edilməli, müddətsiz əmək müqaviləsi bağlanmaqla Liseyin informatika müəllimi vəzifəsinə bərpa edilməli, 10 iyun 2022-ci il tarixindən başlayaraq işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyinin direktorunun İddiaçı işdən azad edilməsi barədə 10 iyun 2022-ci il tarixli 66 saylı əmri ləğv edilsin. Sadıqova X6 Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla informatika müəllimi vəzifəsinə bərpa edilsin. Cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X8 Liseyi tərəfindən xx.xx.2022– ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-591/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-591/2023
06.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver