Məhkəmə qərarları › İş №2(051)-593/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-593/2020

07.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-593/2020 07.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onun vəkili X10 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar: İddiaçı1 və İddiaçı2 Cavabdeh: Cavabdeh qarşı «mənzilin naturada bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 30 ünvanında yerləşən mənzilin 5 nəfər arasında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 1 mənzil 30 ünvanı beş nəfər arasında bölünmüş və onların paylı mülkiyyətdədir. Ev mərhum oğlu X6 məxsus olmuş və oğlu vəfat etdikdən sonra mənzil Cavabdeh, nəvələri X7, X11 və onlar arasında bərabər şəkildə bölünmüşdür. Lakin gəlini ilə bir evdə yaşaması qeyri mümkündür. Yaşayış evinin satılmasına dair aralarında ümumi razılığa gələ bilmirlər. Onlar ikinci qrup əlildirlər və cavabdehlə birlikdə yaşaya bilmirlər. Ona görə də ünvan 1 mənzil 30 ünvanında yerləşən mənzilin 5 nəfər arasında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2, onun vəkili X2 Şəhla Sabir qızının izahatına uyğun izahat verərərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cavabdeh onun qızıdır. İddiaçılar tərəfindən verilmiş iddia tam əsassızdır. Belə ki, ünvan 1 mənzil 30 ünvanı onun kürəkəni X6 məxsus olmuş və kürəkəni vəfat etdikdən sonra mənzil iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh olan qızı Cavabdeh, nəvələri X7, X11 arasında bərabər şəkildə bölünmüşdür. Cavabdeh başqa yaşayış yeri yoxdur və sözügedən mənzilin bölünməsi mümkün deyil. İddianın heç bir hüquqi əsası olmadığı üçün rədd olunmasını xahiş edir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzili İddiaçı1, İddiaçı2, cavabdeh olan qızı Cavabdeh, nəvələri X7, X11 arasında hər birinə bərabər 1/5 hissə olmaqla paylara bölünmüş və xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1432 saylı ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9a saylı evin, 30 saylı mənzili naturada təcrid şəklində paylara uyğun olaraq 4 hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.4, 2.9 bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarından da göründüyü kimiMəhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzili İddiaçı1, İddiaçı2, cavabdeh olan qızı Cavabdeh, nəvələri X7, X11 arasında hər birinə bərabər 1/5 hissə olmaqla paylara bölünmüşdür. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzilinin naturada bölünməsi mümkün deyil. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianın təmin edilməməsi qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilin naturada bölünməsi» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar