Məhkəmə qərarları › İş №2(051)-610/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-610/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-610/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi, vəkili X1 iştirakı ilə, Ərizəçi: Ərizəçi «doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində onun xx xxxx 1963-cü ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmasını, ata qrafasında X7, ana qrafasında X6 yazılması, doğum yeri Ağdam rayonu Qalayçılar kəndi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırır ki, bildirir ki, xx.xx.1963-cü il tarixdə Ağdam rayonu Qalayçılar kəndində anadan olmuşdur. X3, anası isə Alıyeva Adilə qızıdır. Onlar ailədə beş övlad olmuşlar və ailənin üçüncü övladı özüdür. Digər bacı və qardaşları kimi ona da Ağdam rayonu Əlimədədli kənd sovetliyi tərəfindən doğum haqqında şəhadəlnamə verilmişdir, lakin, ləınin şəhadətnaməni ilirmişdir. Ona görə də yeni şəxsiyyət vəsiqəsi ala bilmir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində yanlış olaraq ata adı Qədim kimi yazılmışdır. Əslində ata adı Qədim deyil. Qədirdir. Ata adının səhv olaraq Qədim kimi qeyd olunması onun üçün müəyyən çətinliklər yaradır. Belə ki, uşaqlarına şəxsiyyət vəsiqəsi də ala bilmir. Hazırda ata adına düzəliş olunaraq yeni şəxsiyyət vəsiqəsi almaq istəyir. Lakin bunun üçün ondan doğum haqqında şəhadətnamə tələb olunur. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə təqdim edə bilmir. Buna görə də təkrar doğum haqqında şəhadətnamə almaq üçün Ağdam rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də doğum barədə heç bir akt qeydi aşkar edilmədiyindən məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Başqa qaydada təkrar doğum şəhadətnaməni almaq mümkün deyil. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də, doğum haqqında akt qeydində onun xx xxxx 1963-cü ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmasını, ata qrafasında X7, ana qrafasında X8 yazılması, doğum yeri Ağdam rayonu Qalayçılar kəndi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili X2 da ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Ağdam rayon Qeydiyyat Şöbəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, doğum barədə heç bir akt qeydi aşkar olunmadığı üçün məhkəməyə müraciət etməsi tövsüyyə olunur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X9 xx.xx.2003-cü il tarixdə X10 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş Qaçqınların və X5 üzrə Dövlət komitəsinin xx.xx.2021-ci il tarixli 499 saylı arayışından görünür ki, Ərizəçi az dress qəsəbəsi Vaqonlarda yaşayır. Məhkəmə ərizəçinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi adına xx xxxx 1963-cü il tarixli doğum akt qeydi tərtib olunsun. Ərizəçi adına açılmış doğum akt qeydində ata adı X7, ana adı X6, doğulduğu yer kimi Ağdam rayonu Qalayçılar kəndi göstərilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar