Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-613/2023 06.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X10 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildə yaşamağa mane olan hərəkətlərə son qoyulması, mənzilin boşaldılması» tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə daxil olmağına və orada yaşamağına mane olan hərəkətlərin qadağan edilməsi, cavabdehin ailə üzvlərinin və əşyalarının həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ona 15 fevral 1980-ci il tarixdə Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin, arxiv fondunun sənədlərinə əsasən ev bölgüsü aparılaraq, 297 saylı Qərara əsasən Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli binanın 51 nömrəli mənzili verilmişdir, əvvəl oradan ona 2 otaqlı 32, 78 kv.m-lik mənzil verilsə də, sonradan onu Maraqlı şəxsnə çağıraraq xahiş etmişlər ki evini rus qadınına məxsus digər 2 otaqlı məhləli ev ilə dəyişsin. Ona görə ki, həmin rus qadının yoldaşı erməni olub və ölüb, indi də qonşu uşaqlar onu daşlayır, o da qorxudan çölə çıxa bilmir. Onun da həmin qadına yazığı gəldiyi üçün mənzilini dəyişmişdir. Ona verilən evi də kredit alaraq təmir etdirmişdir. Hazırda XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən ev bölgüsü aparılaraq onların 297 saylı Qərarına əsasən verilən Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzilinin qaytarılmasını istəyir. Hazırda orada Cavabdeh yaşayır. Hesab edir ki, cavabdeh və ailə üzvləri əşyalarla birgə həmin evdən çıxarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi tam qanunsuz və əsassızdır. İddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində özü də etiraf etmişdir ki, ona XDS-nin qərarı ilə ev verilmiş, sonradan həmin ev dəyişdirilmiş və başqa şəxsə verilmişdir. Mənzil Cavabdeh tərəfindən xx.xx.2022-ci ildə X3 alınmış, xx.xx.2023-cü il tarixdə isə X1. Hazırda nə sözügedən iddianın nə də həmin mənzilin cavabdehə heç bir aiddiyyatı yoxdur. Bundan əlavə iddiaçının hüquqi anlamda heç bir əsası yoxdur. Belə ki, iddiaçının heç vaxt mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmamış və onun Mingəçevir şəhəri, H.Əliyev prospekti 76 saylı evin, 51 saylı mənzilinə münasibətdə hər hansı sərəncam və ya istifadə hüququ yoxdur. Uzun illər əvvəl satılmış və ya dəyişdirilmiş mənzilə görə cavabdehin və ya digər mülkiyyətçilərin hüquqlarının pozulması qanunsuzdur. Bu cür iddialar yalnız cavabdehin hüquqlarımı pozur və məhkəmələrin əlavə yüklənməsinə səbəb olur. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclası göstərdi ki, Mingəçevir Şəhər XDS İK xx.xx.1980-ci il tarixli, 68 saylı qərarından çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzili İddiaçı verilmiş , daha sonra Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx.xx.1989-cu il tarixli 297 saylı Qərarı ilə iddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzili, Mingəçevir şəhəri M.Müşfiq küçəsi 7 saylı evin 2 saylı mənzili ilə X14 ilə dəyişmişdir. Bununla da, iddiaçının Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzilinə olan hüquqları itirilmişdir. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər XDS İK tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş 68 saylı qərardan çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzili İddiaçı verilmişdir. İşdə olan Mingəçevir Şəhər XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 297 saylı qərardan çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində 76 nömrəli evin 51 nömrəli mənzili X11 verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış 1788 saylı məktubdan görünür ki, şəhərin Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin iki otaqlı, yaşayış sahəsi 32,78 kv.metr olan 51 nömrəli mənzili Mingəçevir şəhər X9 icraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmiş, Mingəçevir şəhər X9 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə İddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 otaqlı 2 nömrəli mənzili ilə vətəndaş X12 ilə dəyişmişdir. İşdə olan Maraqlı şəxs İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1612 saylı məktubdan görünür ki, şəhərin H.Əliyev prospektindəki 76 nömrəli evin yerləşdiyi əraziyə xidmət göstərən 4 nömrəli Mənzil İstismar Sahəsinin arxiv sənədlərindən müəyyən edilmişdir ki, H.Əliyev prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzili xx.xx.1996-ci il tarixdə 1467 nömrəli qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X13 tərəfindən xüsusiləşdirilmiş, vətəndaş X13 xx.xx.2004-cü il tarixdə mənzili vətəndaş X4 vəsiyyət etmişdir. İşdə olan Maraqlı şəxs İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1886 saylı məktubdan görünür ki, S. Camalovanın müraciəti ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə şifahi sorğu edilmiş və xidmətdən cavab verilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 76 ,mənzil 51 xidmətin elektron baza sistemində xüsusi mənzil kimi qeyd edilib və mənzilin mülkiyyətçisi X5 göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili X2. İşdə olan daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-532/2023 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 76 saylı evin 51 saylı mənzili üzərində X6 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, Lenin (indiki H.Əliyev) prospektindəki 76 nömrəli evin 51 nömrəli mənzili Mingəçevir şəhər X9 İcraiyyə Komitəsinin 15 fevral 1980-ci il tarixli 68 nömrəli qərarı ilə üç nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin 15 fevral 1980-ci il tarixli, 68 saylı qərarı ilə İddiaçı adına ev bölgüsü qeyd edilmişdir. Mingəçevir şəhər X9 İcraiyyə Komitəsinin 27 iyul 1989-cu il tarixli 297 nömrəli qərarı ilə iddiaçı həmin mənzili hal-hazırda yaşadığı M.Müşfiq küçəsindəki 7 nömrəli evin 2 nömrəli mənzilin sahibi X12 ilə dəyişmişdir. Daha sonra həmin mənzil X5 tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə həmin mənzili X2. Hazırda həmin mənzil X6 mülkiyyətindədir. Bununla belə iddiaçı hazırda həmin mənzilə daxil olmağına və yaşamağına maneə olan hərəkətlərin qadağan edilməsini, həmçinin cavabdehin və onun ailə üzvlərinin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb edir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən qənaətə gəlir ki, iddianın uğurluluq məsələsi həll edilmədən əvvəl, ilk növbədə iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olub–olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Bununla bağlı məhkəmə hesab edir ki, subyektiv hüququn əmələ gələməsinə əsas olan hallar, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterindən asılıdır. Ona görə də iddiaçının subyektiv hüququnun mövcud olub–olmaması, həmçinin həmin hüququnun məhz cavabdehlər tərəfindən pozulub–pozulmaması məsələsini müəyyən etmək üçün ilk növbədə tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə nə məcmu halında, nə də ayrı-ayrılıqda mövcud olmamışdır. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmamış, eləcə də mübahisəli mənzil hazırda cavabdehin istifadəsində və sahibliyində deyildir. Həmin mənzil mülkiyyət ilə başqa şəxsə məxsusdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki vəziyyətdə iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmadığına görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1–ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İşin müəyyən edilmiş hallarına görə iddiaçı mülkiyyətçi olmadığına görə hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmamış, yəni subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyar yaranmamış, subyektiv hüququn ikinci və üçüncü elementləri isə birinci elementin mövcudluğu ilə bağlı olduğundan, iddiaçının cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüququ mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri H.Əliyev prospektindəki 76 saylı evin 51 saylı mənzilində yerləşən evə daxil olmağına və orada yaşamağına mane olan hərəkətlərin qadağan edilməsi, cavabdehin və ailə üzvlərinin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-613/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-613/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver